Xəyyam Mirzəzadə (5 oktyabr 1935, Bakı – 30 iyul 2018, Bakı) — Azərbaycan bəstəkarı, pedaqoq, professor (1979), Azərbaycan SSR xalq artisti (1987), 2 dəfə Azərbaycan SSR Dövlət mükafatı laureatı (1976, 1986).
Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən orada çalışır. 1969–1983-cü illərdə kompozisiya kafedrasının müdiri olub.
Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunub. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələmişdir.[1]
Xəyyam Mirzəzadə 52 il Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olduqdan sonra oradan ayrılıb.[2]
Görkəmli bəstəkar 30 iyul 2018-ci ildə, 82 yaşında uzun sürən xəstəlikdən sonra evində dünyasını dəyişmişdir.[3] II Fəxri Xiyabanda dəfn olunmuşdur.
Haqqında hələ bəstəkarın sağlığında "Bir ömrün fəsilləri: Xəyyam Mirzəzadə-75" və "Maestro. Özüm və zaman haqqında" adlı sənədli filmləri çəkilmişdir.[4]
- Musiqi (1964)
- Üç xoreoqrafik şəkil (1969)
- I Simfoniya (1957)
- II Simfoniya (Triptix, 1970)
- Kiçik lirik süita (1963)
- Oçerklər-63 simfonik poema (1963)
- "Muğan çöllərində" süitası (1967)
- "Çiçəklən, Vətənim" (1964) — E. Mahmudovla birgə, sözləri: Zeynal Cabbarzadə
- Partiya haqqında oda (1975) — sözləri: Bəxtiyar Vahabzadə
- I Kvartet (1956)
- II Kvartet (1961)
- Dörd miniatür (1958)
- Noraşen rəqsləri (1972)
- Sonatina (1950)
- Poema vä sketso (1952)
- Abidələr danışır (film, 1964)
- Abşeron ritmləri (film, 1970)
- Afroditanın qolları (film, 1987)
- Axınla aşağı (film, 2014)
- Arxada qalmış gələcək (film, 2004)
- Arxadan vurulan zərbə (film, 1977)
- Bağ mövsümü (film, 1985)
- Bakı eyvanları (film, 1986)
- Bakıda küləklər əsir (film, 1974)
- Baş tutmayan ziyafət (film, 1981)
- Belə də olur (film, 1988)
- Bir ailəlik bağ evi (film, 1978)
- Birisigün, gecəyarısı... (film, 1981)
- Bir ömrün fəsilləri. Bəstəkar Xəyyam Mirzəzadə (film, 2010)
- Bizim küçə (film, 1961)
- Bu, Qum adasında olmuşdur (film, 1962)
- Cazibə qüvvəsi (film, 1964)(film, kinoalmanax)
- Çay daşı (film, 2001)
- Daş (film, 1977)
- Dənizə çıxmaq qorxuludur (film, 1973)
- Düyün (film, 2008)
- Əlamət (film, 1982)
- Ev (film, 2007)
- "Fransız" (film, 1995)
- Gənc memar (film, 1978)
- Güllələnmə təxirə salınır!... (film, 2002)
- Günlərin bir günündə... (film, 1975)
- Havalansın Xanın səsi (film, 2001)
- Xatirələr sahili (film, 1972)
- İlıq dənizdə buz parçası (film, 1983)
- İliçin döyünən qəlbi (film, 1967)
- Kinorejissor Arif Babayev (film, 2000)
- Maestro. Özüm və zaman haqqında. Bəstəkar Xəyyam Mirzəzadə (film, 2011)
- Mahnı qanadlarında (film, 1972)
- Meşəyə insan gəlir (film, 1980)
- Məhv olmuş gündəliklər (film, 1999)
- Mənim ağ şəhərim (film, 1993)
- Mənim günahım (film, 1985)
- Mikayıl Abdullayev (film, 1972)
- Mir Teymur (film, 2003)
- O dünyadan salam (film, 1991)
- Oqtay Ağayev. Ötən günlər (film, 2004)
- Sonuncu şahid (film, 2004)
- Yanmış körpülər (film, 2007)
- Yarımçıq təsərrüfatlar (film, 1988)
- Yeddi oğul istərəm... (film, 1970)
- Zirzəmi (film, 1990)
- Toyda görüş (film,1970)