Pərviz Abdullayev (mühəndis)

Pərviz Abdullayev — texnika elmlər doktoru, professor.

Pərviz Abdullayev
Doğum tarixi
Doğum yeri Qaraçanta, Amasiya rayonu, Şörəyel mahalı
Elmi dərəcəsi texnika elmlər doktoru
İş yeri Milli Aviasiya Akademiyası

Pərviz Şahmurad oğlu Abdullayev 1967-ci ildə Qərbi Azərbaycanın (keçmiş Ermənistan SSR) Amasiya rayonunun Əzizbəyov kəndində (keçmiş Qaraçanta kəndi) anadan olmuşdur. Süleymanlılar tayfasının nümayəndələrindəndir.

Orta təhsilini rayon mərkəzində Amasiya kənd məktəbində tamamlamışdır.

1990-cı ildə Leninqrad Mexanika İnstitutunu «Uçuş aparatlarının mühərrikləri» ixtisası üzrə bitirmişdir.

1990-1993-cü illərdə Bakı Aviasiya İstehsalat Birliyində müxtəlif mühəndis vəzifələrində çalışmışdır.

1993-cü ildə Azərbaycan Milli Aviasiya Akademiyasında (MAA) müəllimlik fəaliyyətinə başlamışdır. 2003-cü ilin may ayından müsabiqə yolu ilə «UA və AM K və İ» kafedrasının müdiri vəzifəsinə təyin edilmişdir. Hal-hazırda Abdullayev P.Ş. həmin vəzifəni icra edir.

2001-ci ilin oktyabrında Sankt-Peterburq Mülki Aviasiya Akademiyasının İxtisaslaşdırılmış Şurasında «Hava nəqliyyatının istismarı» ixtisası üzrə «Uçuş informasiyası əsasında qaz turbin mühərriklərinin diaqnozlaşdırma metodikasının təkmilləşdirilməsi» mövzusunda namizədlik dissertasiyasının müdafiəsini keçərək Rusiya Federasiyası Təhsil Nazirliyi yanında Ali Attestasiya Komissiyası tərəfindən texnika elmlər doktoru elmi dərəcəsini almış, professordur.

Apardığı elmi-tədqiqat işləri üzrə 64 elmi məqalə və tezis çap etdirmiş, müxtəlif beynəlxalq, ümumrusiya və respublika elmi texniki simpozium, konfrans və seminarının işində iştirak etmişdir. 5 dərs və metodiki vəsaitlərin həmmüəllifidir.