Pərviz Mahmudov

Pərviz Mahmudov (29 iyun 1983, Bakı, Azərbaycan SSR) — Azərbaycanlı bəstəkar.

Pərviz Mahmudov
Pərviz Fərhad oğlu Mahmudov
Ümumi məlumatlar
Doğum tarixi (41 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar
Fəaliyyət illəri 2004—h.h.
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

29 iyun 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur[1].

1989–2000-ci illərdə Bakı şəhəri Nizami rayonu 109 saylı orta məktəbdə təhsil almışdır.

2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili-teatr fakültəsinə daxil olmuş, 2004-cü ildə oranı bitirmişdir.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

19 avqust 2014-cü ildə ailə qurmuşdur.[1] İki övladı var.

Universiteti bitirdikdən sonra Azərbaycan teleməkanında ilk dəfə olaraq ATV telekanalında keçirilən "Yeni ulduz-1" mahnı müsabiqəsinə qatılmış və finalçı olmuşdur.

2006-cı ildən bəstəkar kimi fəaliyyətə başlamışdır. Bu günə qədər 100-dən çox əsərin müəllifidir.

Bəstəkarı olduğu mahnılar ifa edildikdən sonra qısa müddət ərzində hitə çevrilir[2]. O, Aygün Kazımovanın ifasında "Alışdırma", Röyanın "Bəlkə də", "Bir il keçdi", Sevda Yəhyayevanın "O zaman", "Sənsiz", "Buz kimi", Günay İbrahimlinin "İzlər", "Səndən öncə, səndən sonra", İlhamə Qasımovanın "Səni sevdim" kimi populyar hitlərinin bəstəkarıdır[3].

Sevda Yəhyayeva onun bəstələdiyi mahnını ifa etməklə tez bir zamanda məşhurlaşmış; Günay İbrahimli "Səndən öncə, səndən sonra", Zarina "Sevmə ürək" mahnıları ilə tanınmağa başlamışlar[2].

2006-cı ildə ilin bəstəkarı adına layiq görülmüşdür.

Bəstələdiyi bir sıra mahnılar dinləyicilər tərəfindən sevilib, ilin mahnısı nominasiyasına layiq görülmüşdür.

2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə və "V&V" təqdimatı ilə "QRAND 2011" müstəqil ictimai mükafatı Diplomunu alaraq, "İlin bəstəkarı" adına layiq görülmüşdür.

Brilliant Dadaşova (Xalq artisti)

  1. "Bilirəm" (2018)

Aygün Kazımova (Xalq artisti)

  1. "Alışdırma" (2008)
  2. "Gəl bax gör" (2011)
  3. "Paramparça" (2019)
  4. "Dənizin ortasında" (2021)

Röya Ayxan (Xalq artisti)

  1. "Bir il keçdi" (2009)
  2. "Bəlkə də" (2011)
  3. "Son görüş" (2011)
  4. "Sil getsin" (2012)
  5. "Çarəsiz xəstəlik" (2013)
  6. "Mən sənsiz" (2014)
  7. "Sultanım" (2014)
  8. "Mirasuel" (2017)
  9. "Problemdi sevgimiz" (2018)
  10. "Gelmə yaxınıma" Roya&Yaşar (2020)

Sevda Yəhyayeva

  1. "O zaman" (2007)
  2. "Sənsiz" (2007)
  3. "Buz kimi" (2009)
  4. "Saxta" (2012)
  5. "Sən" (2012)
  6. "De mənə" (2013)
  7. "Bağlanıb ürək" (2014)
  8. "Yalan " (2014)
  9. "Ağlım səndə" (2017)
  10. "Son xəbər" (2019) [ölü keçid]
  11. "Sevgi etirafı"(2020)
  12. "Gəl Mənə"(2021)

Günay İbrahimli

  1. "İzlər" (2011)
  2. "Səndən önce səndən sonra" (2012)
  3. "Ola bilərdin" (2014)
  4. "Dəlisiyəm gecənin" (2014)
  5. "Yollar" (2016)
  6. "Sürgün" (2017)
  7. "Ürəyimin qatili" (2017)
  8. "Əllərim darıxmasın" (2018)
  9. "Vallah" (2019)
  10. "Mehriban" (2019)
  11. "Ölümmü gərək" (2019)
  12. "Yansın" (2020)

Könül Kərimova

  1. "Hardan hara" (2014)
  2. "Eşqin dərindedir" (2015)
  3. "Hardasan" (2016)

Leyla Ramazanlı

  1. "İsti-isti" (2012)
  2. "Nələr oldu nələr" (2012)
  3. "Sənə dəyməz" (2014)
  4. "Məsafələr" (2015)
  5. "Çox özəl" (2017)

Zarina

  1. "Sevmə ürək" (2011)
  2. "Həyat səhnə" (2011)
  3. "Bir acı" (2014)

Pərviz Mahmudov

  1. "Sığortasız sevgi" (2012)
  2. "Hardasan" (2011)
  3. "Canımda cansan" (2014)
  4. "Vətənim qayıdıb" (2020)
  5. "Akustik 5"
  6. "Bile Bile

Sevda Sonaliyeva

  1. "Gedə gedə" (2007)
  2. "Sus sus" (2008)
  3. "Dön mənə" (2017)

Elgün Hüseynov

  1. "Gizli söz" (2016)

Qasımova

  1. "Səni sevdim" (2012)
  2. "Nələr oldu" (2021)

Xalid Hacıyev

  1. "Sən hər yerdə" (2011)
  2. "Hardan hara" (2017)

Gülay Zeynallı

  1. "Canın Sağ Olsun"
  2. "Tək başına"

Turkan Velizade

  1. Her gece

Turk pop

  1. "Kim anlayacak"

Sevda Giray (2019)

  1. "Kimsin"

Leyla Boztaş (2019)

  1. "Yalan"

Sılanaz (2019)

  1. "Yol Verdim Gitti O"

Sevinç Sultan (2021)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]