Brilliant Süleyman qızı Dadaşova (15 sentyabr 1965[1] və ya 15 sentyabr 1959[2][3], Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının əməkdar artisti (1998)[5]; Azərbaycan Respublikasının xalq artisti (2008)[6].
Brilliant Dadaşova | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 15 sentyabr 1965[1] (59 yaş) və ya 15 sentyabr 1959[2][3] (65 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, pianoçu, aparıcı, televiziya aparıcısı |
Fəaliyyət illəri | 1983-cü ildən |
Janrlar | pop musiqisi, estrada[d] |
Musiqi alətləri | piano |
Təhsili | Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti |
Boyu | 1.64 sm[4] |
Mükafatları | |
brilliantdadashova.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Brilliant Dadaşova 15 sentyabr 1965-ci ildə (bəzi mənbələrə görə 1959-cu ildə[7][8][9]) Bakı şəhərində anadan olub.
Brilliant Dadaşovanın musiqi karyerası 1983-cü ildə Eldar Mansurovun mahnıları ilə başlandı. 1985-ci ildə Brilliant Dadaşova Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında ilk dəfə böyük səhnəyə gəldi.
1986-cı ildə Brilliant Dadaşova və Akif İslamzadə "Hər şey gözəldir həyatda" adlı mahnını yazdırırlar və bu mahnı Azərbaycanda çox məşhur olur. Həmin ildə Dadaşovanın eyni adlı musiqi albomu çıxır.
1987-ci ildə o, sovet ifaçıları arasında keçirilən müsabiqədə birinci yerə nail ola bildi.
1988-ci ildə Topxana meşəsindəki hadisələrdən sonra müğənni "Haydı, ər igidlər" mahnısını ifa etdiyinə görə ciddi töhmət alır.
1989-cu ildə Brilliant Dadaşovanın çox məşhur "Bayatılar" adlı mahnısı işıq üzü görür. Qısa müddətdə xitə çevrilən "Bayatılar" mahnınısı Brilliantdan sonra Sezen Aksu, Edvvard Maya, Keti Garbi, Reno, Levent Yüksel, Monika Salmaso, "Brazilian girls", "N Dubz", DJ Brizi və Eusebio Belli və başqa dünya ulduzları tərəfindən yüzlərlə verisyada ifa olunmuşdur.
1990-cı ildə müğənninin mövcud Sovet rejimin əleyhinə oxuduğu "Heykəllər" mahnısına görə yenidən qadağalara məruz qalır. Elə həmin illərdə o Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "musiqili teatr aktyoru" fakültəsini bitirir. Həmin ildə də Türkiyəyə ilk dəvət alan müğənni TRT kanalının "Avrasiya konseri" çəkimlərində iştirak edir.
1991-ci ildə Brilliant Dadaşova Yaşıl Teatrda ilk solo konsert proqramı ilə çıxış edir. 1993-cü ildə dövlət televiziyasında "Bu axşam" proqramının aparıcılığını etməklə Azərbaycanda ilk aparıcı müğənni olur. Həmin il müğənninin "Azərbaycanın səsi" adlı ilk albomu işıq üzü görür. 1994-cü ildən müğənni indiki Heydər Əliyev adına Sarayda ilk böyük solo konsert proqramı ilə çıxış edir.
Brilliant Dadaşova Azərbaycanı İsveç, Avstriya, Almaniya, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və digər dövlətlərdə uğurla təmsil etməyə başladı. Sovet İttifaqı dağıldıqdan sonra Rusiyada solo konserti ilə çıxış edən ilk Azərbaycan müğənnisi məhz Brilliant Dadaşova oldu. O, Rusiyanın ən iri iki şəhərində — Moskvada və Sankt-Peterburqda çıxış etdi.
Brilliant Dadaşovanın 1994-cü ildə "Sevəcəyəm" adlı musiqi albomu çıxır. Bu disk həm Azərbaycanda, həm də Türkiyədə çox uğurlu olur.
1995-ci ildə "Züleyxa" mahnısına çəkilmiş videoklip Rusiya kanalında nümayiş etdirilməyə başladı və kanalın qızıl onluğunda uzun müddət ərzində ön cərgələrdə sabit qaldı. Həmin o ildə, müğənninin "Züleyxa" adlı diski çıxır.
1998-ci ildə "Dərdimdən öləcəksən" adlı disk çıxır.
1997-ci ildə Brilliant Dadaşovaya Azərbaycanın əməkdar artisti adı verildi. Həmin ildə o, bir sıra Azərbaycan müğənnisi və Norveçin SKRUK ansamblı ilə birlikdə "Landet vi kommer fra" Azərbaycan-Norveç layihəsində iştirak edirdi.
1999-cu ildə müğənninin Türkiyədə "Seyduna Türküləri" adlı ikinci diski işıq üzü görür. Daha sıx-sıx Türkiyə telekanallarında görünən müğənni ard-arda Memedeli Arbil, Seda Sayan, Beyaz, Esra Ceyhan, Metin Şentürk kimi tanınmış aparıcıların proqramlarında qonaq olur. Həmin illərdə müğənnini oğluna həsr etdiyi "Maç-maç, quc-quc" mahnısı Türk bəstəkarı və müğənnisi Oqtay Raqa tərəfindən oğurlanır və Turkcellin reklam kompaniyasında istifadə olunmağa başlayır. Müəllif hüquqlarının qorunması üçün məhkəməyə müraciət edən Briliant Dadaşovanın müəllifliyini tanıyan Türkcell şirkəti onunla 5 illik müqavilə imzalayır.
Brilliant Dadaşova 1999-cu il bələdiyyə seçkilərində qalib gələrək Bakı şəhəri Səbail bələdiyyəsinə üzv seçilmişdir.[10]
2000-ci ildən 2005-ci ilədək o, Azərbaycanın Space TV kanalında "Gözəllik dünyanı xilas edəcək" adlı veriliş aparırdı. Hazırda müğənni musiqi istedadı olan gənclərə karyera qurmaqda yardımçı olan "Akademiya" layihəsində iştirak edir.
2008-ci ildə isə müğənni "Lider" televiziyasında "Mən sənətkaram", 2012-ci ildə Türkiyənin TMB kanalında "Pirlantalı Gecələr" proqramının aparıcısı olur. 2009-cu ildə Türkiyədə ona novbəti uğur gətirən "Masal dünyam" adlı albomu işıq üzü görür. 2012-ci ildə balaban ustası Əlixan Səmədovla birgə "Çıx Yaşıl Düzə" mahnısını yeni versiyada ifa edir və mahnıya çəkilən klip Türkiyə telekanallarında böyük uğurla yayımlanır. 2013-cü ilin may ayında müğənni 13 il fasilədən sonra Azərbaycanda yenidən solo konsert proqramı ilə çıxış edir.
2008-ci ildə Brilliant Dadaşova Azərbaycanın Xalq artisti fəxri adına layıq görülür.
2021-ci ildə Adriano Celentano ilə birgə Per Sempre mahnısı yayımlanır.
Həm Azərbaycan, həm də Türkiyə vətəndaşıdır.
Brilliant Dadaşovanın anası avtomobil qəzasında həlak olmuş məşhur Azərbaycan qarmon ifaçısı Qızxanım Dadaşovadır. Lalə, Sədaqət, İradə adlı üç bacısı var.
Həyat yoldaşı Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyevdir, bir oğlu var.[11]
Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti Rəfael Dadaşovun əmisi qızıdır.
Tarix | Ad |
---|---|
1994 | Sevəcəyəm...(Cavanşir Quliyevin mahnıları) |
1997 | Brilliant Dadaşova, İlqar Muradov, SKRUK – Azerbaycan Şarkıları |
2001 | Eldar Mansurovun Mahnıları |
2002 | Səninləyəm |
2003 | Qəm Eyləmə |
2003 | Dönməz Daha Gedən Qatar |
2008 | Masal Dünyam |
2015 | Menim Dünyam (feat. Alihan Samedov) |
Say | Ad | Tarix |
---|---|---|
01 | Züleyxa | 1994 |
02 | Seveceğim | 1998 |
03 | Azərbaycanım, Oy | 1999 |
04 | Oh Dedim, Ah Dedim | 1999 |
05 | Самолёт | 1999 |
06 | Dərdimdən Öləcəksən | 1999 |
07 | Gözlərin Deyir Ki, Sevirsən | 1999 |
08 | Ayrılıq Yağışı | 2000 |
09 | Aytən | 2001 |
10 | Falçı | 2002 |
11 | Səninləyəm | 2002 |
12 | Yalnız Səninəm | 2002 |
13 | Mən Səni Sevirəm ft. Anar Nağılbaz | 2002 |
14 | Gecələr ft. Anar Nağılbaz | 2003 |
15 | Maç-Maç Kuç-Kuç | 2003 |
16 | Yalan Dünya | 2004 |
17 | Güllərim | 2004 |
18 | Vokaliz | 2004 |
19 | Əgər Məni Unutsan | 2005 |
20 | Bir Sözünlə Dönərəm | 2005 |
21 | Ata | |
22 | Azərbaycan | 2007 |
23 | Yağış | 2007 |
24 | Aman (1) | 2008 |
25 | Aman (2) | 2008 |
26 | Gecə Yaman Uzundur | 2008 |
27 | Aklım Sende Kaldı | 2008 |
28 | Ata ft. Uşaq Xor Kapellası | 2010 |
29 | Dalğalar | 2011 |
30 | Əlvida | |
31 | Çık Yeşil Düze ft. Alihan Samedov | 2012 |
32 | Apar Məni | 2012 |
33 | Səndən Ayrı | 2014 |
34 | Asiyanın Ariyası | 2015 |
35 | Məni Axtar Darıxanda ft. Rəsul Əfəndiyev | 2018 |
36 | Tet-A-Tet | 2019 |
37 | Para Para | 2019 |
38 | Şükür Ola | 2019 |
39 | Bu Gala Daşlı Gala | 2020 |
40 | Əsgər Marşı ft. Tünzalə Ağayeva, Sevda Ələkbərzadə | 2020 |
41 | Bir Dəfə Yaşayırıq ft. Akif İslamzadə | 2021 |
42 | Zəfər Mahnısı ft. Zamiq, Tünzalə, Elçin, Alim, Samir | 2021 |
43 | Təşəkkür ft. Murad Arif | 2022 |
44 | Nə Əcəb | 2023 |
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |