Pərviz Pərəstuyi (fars. پرویز پرستویی; 24 iyun 1955[1], Kəbudər Ahəng, Həmədan ostanı) — İran azərbaycanlılarından olan aktyor və müğənni.
Pərviz Pərəstuyi | |
---|---|
پرویز پرستویی | |
| |
Doğum tarixi | 24 iyun 1955[1] (69 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı | Nəstərən Pərəstuyi |
Uşağı | 2 |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | aktyor, müğənni, səsləndirmə aktyoru[d], televiziya aktyoru, teatr aktyoru |
Fəaliyyət illəri | 1983-cü ildən |
Mükafatları |
Fəcr Beynəlxalq Film Festivalı Kristal Simurq mükafatı Fəcr Beynəlxalq Film Festivalı Ən Yaxşı Aktyor mükafatı |
Vikianbarda əlaqəli mediafayllar |
Pərviz Parastuyi Həmədan ostanının Kəbudər Ahəng şəhərində 24 iyun 1955-ci ildə azərbaycanlı ailədə dünyaya gəlmişdir.[2] [3][4][5]
Pərviz Parastuyi aktyor olmamışdan əvvəl məhkəmə sahəsində çalışmışdır. Onun film karyerası Diar-e Aşeghan (Aşıqlər diyarı) filmi ilə başlamışdır. Bu filmin uğurlu olmasından sonra onun uzun müddətdir davam edən film karyerası başlamışdır.
Piştazan-i Fəth (Fəthin öncülləri), Shekar (Ov) kimi filmlərdə məşhurlaşdıqdan sonra Pərviz Parastuyi özünü komediya janrında da yoxlamağa başladı. Leily Ba Man (Leyla mənimlədir) filmində komik obraz olan Sadiq Meşkini obrazını canlandıran Pərviz Parastuyi, tənqidçilər tərəfindən yüksək qiymətləndirildi. Bu film İran filmoqrafiyasında İran-İraq müharibəsinə fərqli yöndən baxmağın əsasını qoydu. Çünki İran-İraq müharibəsi o dövrə qədər İran filmoqrafiyasında tabu materialı idi. Bu filmdə isə baş verən hadisələr komediya janrında əks etdirilirdi. İran televiziyasının müxbiri müharibə bölgəsindən reportaj etməli olur. Laki güclü müharibə qorxusuna görə azır və müharibə zonasından qaçmaq istəyərkən, azaraq düşmən xəttlərinə doğru irəliləyir.
Komediya filmində ilk dəfə çəkildikdən sonra yüksək qiymətləndirilən Pərviz Parastuyi bundan sonra da xeyli inqilabi komediya janrında olan filmlərə çəkilmişdir.
Pərviz Parastuyi İbrahim Hatemikiyanın çəkdiyi bir çox döyüş filmlərində də çəkilmişdir:
Həmçinin o, Kamal Təbrizinin çəkdiyi bir çox komediya filmlərində də çəkilmişdir:
Bundan əlavə o, bir satira filmində də çəkilmişdir:
O, bu filmdəki Reza Marmoulak rolu ilə öz şöhrətinni zirvəsinə çatmışdır. Onun ən məşhur rollarına misal olaraq Məcid Məcidinin Bid-e Majnoon (Söyüd ağacı) filmindəki Yusif rolunu göstərmək olar.
Parastuyinin televiziya işləri məhdudur:
Zir-e Tigh televiziya serialındakı roluna görə insan tərəfindən heyranlıqla qarşılanmışdır. Buradakı roluna görə Roma TV Proqramları Festivalında Ən Yaxşı Aktyor mükafatına layiq görülmüşdür.[6]
İl | Ad (orijinal) | Ad (azərbaycanca) | Rejissor | Mükafat |
---|---|---|---|---|
1983 | Diar-e Asheghan | Aşıqlər diyarı | Həsən Qarbaxş Rəvari | Beynəlxalq Fəcr Film Festivalında Ən Yaxşı Köməkçi Aktyor mükafatı |
1984 | Pishtazan-e Fath | Fəthin öncüləri | Nasir Məhəmmədpur | |
1987 | Sazmane 4 | Gizli komitə | Həsən Cavanbaxş | |
1988 | Shekar | Ov | Məcid Cavanmərd | |
1990 | Hekayate An Marde Khoshbakht | Xoşbəxt şəxsin macəraları | Rza Heydərnejat | |
1991 | Maar | İlan | Məcid Cavanmərd | |
1992 | İmam Əli (TV serialı) | İmam Ali | Davud Mirbağiri | |
1995 | Adam Barfi | Qar adam | Davud Mirbağiri | |
1996 | Leily Ba Man Ast | Leyla mənimlədir | Kamal Təbrizi | Beynəlxalq Fəcr Film Festivalında Ən Yaxşı Aktyor mükafatı |
Ava-ye Fakhteh (TV serialı) | Quqqultunun səsi | Bəhmən Zərin | ||
1997 | Zir-e Chatr-e Khorshid (TV serialı) | Günəş çətiri altında | Bəhmən Zərrinpur | |
Mehr-e Madari | Sevgili ana | Kamal Tabrizi | ||
Ravani | Axmaq | Daryuş Fərhəng | ||
Ajanse Shishei | Şüşə agentliyi | İbrahim Hatemikiya | Beynəlxalq Fəcr Film Festivalında Kristal Simurq mükafatı Film Mərkəzinin Ən Yaxşı Aktyor mükafatı Beynəlxalq Etnoloji Film festivalında Ən Yaxşı Aktyor mükafatı Moqavemat Film Festivalında Ən Yaxşı Aktyor mükafatı Ən Yaxşı Aktyorluğa görə Hafiz mükafatı | |
Marde Avazi | Dəyişmiş adam | Məhəmməd Rza Hünərmənd | ||
1999 | Rooban-e Ghermez]] | Qırmızı lent | İbrahim Hatemikiya | |
Shookhi | Zarafat | Hümayun Əsədiyan | ||
2000 | Eshgh-e Shisheh-yi | Şüşə sevgi | Rza Heydərnejad | |
Moomiayi 3 | Mumiya III | Məhəmməd Rza Hünərmənd | ||
2001 | Moje Mordeh | Ölü dalğa | İbrahim Hatemikiya | |
Ab va Atash | Su və od | Firudin Ceyrani | ||
Khak-e Sorkh (TV series) | Qırmızı ürək | İbrahim Hatemikiya | ||
2002 | Azizam Man Kook Nistam | Mən havalı deyiləm | Məhəmməd Rza Hünərmənd | Ən Yaxşı Aktyorluğa görə Hafiz mükafatı |
Divanei Az Ghafas Parid | Qu quşunun yuvasından bir uçuş | Əhmədrza Mütəmadi | ||
2003 | Banooye Man | Mənim xanımım | Yadullah Səmədi | |
2004 | Duel | Duel | Əhməd Rza Dərviş | |
Marmoulak | Kərtənkələ | Kamal Təbrizi | Seatl Beynəlxalq Film Festivalında Xüsusi Münsif Mükafatı Fəcr Beynəlxalq Film Festivalında Xüsusi Münsif Heyətinin Ən Yaxşı Aktyoru Film Mərkəzinin Ən Yaxşı Aktyor mükafatı | |
2005 | Border Café | Tranzit kafe | Kambuziya Partovi | Fəcr Beynəlxalq Film Festivalında Xüsusi Münsif mükafatı |
Beed-e Majnoon | Söyüd ağacı | Məcid Məcidi | Fəcr Beynəlxalq Film Festivalı | |
2006 | Be Name Pedar | Atanın adı ilə | İbrahim HatEmikiYa | Fəcr Beynəlxalq Film Festivalında Kristal Simurq mükafatı |
Zire Tigh (TV serialı) | Boyunduruq altında | Məhəmməd Rza Hünərmənd | Roma Televiziya Proqramları Festivalında Ən yaxşı Aktyor mükafatı | |
Fans | Azarkeşlər | Məhəmməd Rəhmanyan | Teatr Tənqidçiləri Cəmiyyəti tərəfindən Ən yaxşı Aktyor mükafatı | |
2007 | Padashe Sokoot | Səssizliyin mükafatı | Maziyar Miri | |
Sad Sal Be In Sal-ha | Miss İran | Saman Müqəddəm | ||
2008 | Ketabe Ghanoon | Qanun kitabı | Maziyar Miri | |
2008 | Bist | On iki | Əbdülrza Kahani] | Batumi Beynəlxalq Film Festivalında Ən Yaxşı Aktyor mükafatı |
2010 | Sizdah 59 | On üç 59 | Saman Salur | |
2010 | Khers | Ayı | Xosro Məsumi | |
2011 | Man-o Zbia | Ziba və mən | Firudin Ceyrani | Kanadadakı İran Film Festivalında Ən Yaxşı Aktyor mükafatı |
2013 | Mehman Darim | Biz qonaqlar | Məhəmməd Mehdi Əsgərpur | |
2014 | Emrooz | Bu gün | Rza Mirkərimi | Rabat Beynəlxalq Film Festivalında Ən Yaxşı Aktyor mükafatı Fəcr Beynəlxalq Film Festivalında Kristal Simurq mükafatına namizəd göstərilmişdir San-Fransiskodakı İran Filmləri Festivalında Ən Yaxşı Aktyor mükafatı Caypur Beynəlxalq Film Festivalında Ən Yaxşı Aktyor Mükafatı |
2014 | Bidari Baraye Se Rooz | Üç günlüyünə oyanmaq | Məsud Amini | |
2014 | Bofalou | Buffalo | Kaveh Səyyadi | |
2015 | Dou | İki | Süheyla Gülüstani | |
2015 | Badigard | Can güdən | İbrahim Hatemikiya | Fəcr Beynəlxalq Film Festivalında Kristal Simurq mükafatı |
Bütün bu fəaliyyətləri ilə yanaşı Pərviz Parastuyi eyni zamanda həm də müğənnidir. Bu zamana qədər onun 3 albomu çıxmışdır. Albomları bunlardır: