Pərviz Parastuyi

Pərviz Pərəstuyi (fars. پرویز پرستویی‎‎; 24 iyun 1955[1], Kəbudər Ahəng, Həmədan ostanı) — İran azərbaycanlılarından olan aktyormüğənni.

Pərviz Pərəstuyi
پرویز پرستویی
Pərviz Pərəstuyi Fəcr Beynəlxalq Film Festivalında
Pərviz Pərəstuyi Fəcr Beynəlxalq Film Festivalında
Doğum tarixi 24 iyun 1955(1955-06-24)[1] (69 yaş)
Doğum yeri
Həyat yoldaşı Nəstərən Pərəstuyi
Uşağı 2
Milliyyəti Azərbaycanlı
Fəaliyyəti aktyor, müğənni, səsləndirmə aktyoru[d], televiziya aktyoru, teatr aktyoru
Fəaliyyət illəri 1983-cü ildən
Mükafatları Fəcr Beynəlxalq Film Festivalı Kristal Simurq mükafatı
Fəcr Beynəlxalq Film Festivalı Ən Yaxşı Aktyor mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Pərviz Parastuyi Həmədan ostanının Kəbudər Ahəng şəhərində 24 iyun 1955-ci ildə azərbaycanlı ailədə dünyaya gəlmişdir.[2] [3][4][5]

Pərviz Parastuyi aktyor olmamışdan əvvəl məhkəmə sahəsində çalışmışdır. Onun film karyerası Diar-e Aşeghan (Aşıqlər diyarı) filmi ilə başlamışdır. Bu filmin uğurlu olmasından sonra onun uzun müddətdir davam edən film karyerası başlamışdır.

Film karyerası

[redaktə | mənbəni redaktə et]

Piştazan-i Fəth (Fəthin öncülləri), Shekar (Ov) kimi filmlərdə məşhurlaşdıqdan sonra Pərviz Parastuyi özünü komediya janrında da yoxlamağa başladı. Leily Ba Man (Leyla mənimlədir) filmində komik obraz olan Sadiq Meşkini obrazını canlandıran Pərviz Parastuyi, tənqidçilər tərəfindən yüksək qiymətləndirildi. Bu film İran filmoqrafiyasında İran-İraq müharibəsinə fərqli yöndən baxmağın əsasını qoydu. Çünki İran-İraq müharibəsi o dövrə qədər İran filmoqrafiyasında tabu materialı idi. Bu filmdə isə baş verən hadisələr komediya janrında əks etdirilirdi. İran televiziyasının müxbiri müharibə bölgəsindən reportaj etməli olur. Laki güclü müharibə qorxusuna görə azır və müharibə zonasından qaçmaq istəyərkən, azaraq düşmən xəttlərinə doğru irəliləyir.

Komediya filmində ilk dəfə çəkildikdən sonra yüksək qiymətləndirilən Pərviz Parastuyi bundan sonra da xeyli inqilabi komediya janrında olan filmlərə çəkilmişdir.

Pərviz Parastuyi İbrahim Hatemikiyanın çəkdiyi bir çox döyüş filmlərində də çəkilmişdir:

  • Rooban-e Ghermez (Qırmızı lent)
  • Ajans-E Shisheh-i (Şüşə agentliyi)
  • Moje Mordeh (Ölü dalğa)

Həmçinin o, Kamal Təbrizinin çəkdiyi bir çox komediya filmlərində də çəkilmişdir:

  • Eshgh-e Shisheh-yi (Şüşə sevgi)
  • Adam Barfi (Qar adamı)
  • Mard-e Avazi (Dəyişmiş insan)

Bundan əlavə o, bir satira filmində də çəkilmişdir:

  • Marmoulak (Kərtənkələ)

O, bu filmdəki Reza Marmoulak rolu ilə öz şöhrətinni zirvəsinə çatmışdır. Onun ən məşhur rollarına misal olaraq Məcid Məcidinin Bid-e Majnoon (Söyüd ağacı) filmindəki Yusif rolunu göstərmək olar.

Televiziya karyerası

[redaktə | mənbəni redaktə et]

Parastuyinin televiziya işləri məhdudur:

  • Emam Ali (İmam Əli)
  • Zir-e Tigh (Boyunduruq altında)
  • Mənzil

Zir-e Tigh televiziya serialındakı roluna görə insan tərəfindən heyranlıqla qarşılanmışdır. Buradakı roluna görə Roma TV Proqramları Festivalında Ən Yaxşı Aktyor mükafatına layiq görülmüşdür.[6]

Filmoqrafiyası

[redaktə | mənbəni redaktə et]
İl Ad (orijinal) Ad (azərbaycanca) Rejissor Mükafat
1983 Diar-e Asheghan Aşıqlər diyarı Həsən Qarbaxş Rəvari Beynəlxalq Fəcr Film Festivalında Ən Yaxşı Köməkçi Aktyor mükafatı
1984 Pishtazan-e Fath Fəthin öncüləri Nasir Məhəmmədpur
1987 Sazmane 4 Gizli komitə Həsən Cavanbaxş
1988 Shekar Ov Məcid Cavanmərd
1990 Hekayate An Marde Khoshbakht Xoşbəxt şəxsin macəraları Rza Heydərnejat
1991 Maar İlan Məcid Cavanmərd
1992 İmam Əli (TV serialı) İmam Ali Davud Mirbağiri
1995 Adam Barfi Qar adam Davud Mirbağiri
1996 Leily Ba Man Ast Leyla mənimlədir Kamal Təbrizi Beynəlxalq Fəcr Film Festivalında Ən Yaxşı Aktyor mükafatı
Ava-ye Fakhteh (TV serialı) Quqqultunun səsi Bəhmən Zərin
1997 Zir-e Chatr-e Khorshid (TV serialı) Günəş çətiri altında Bəhmən Zərrinpur
Mehr-e Madari Sevgili ana Kamal Tabrizi
Ravani Axmaq Daryuş Fərhəng
Ajanse Shishei Şüşə agentliyi İbrahim Hatemikiya Beynəlxalq Fəcr Film Festivalında Kristal Simurq mükafatı
Film Mərkəzinin Ən Yaxşı Aktyor mükafatı
Beynəlxalq Etnoloji Film festivalında Ən Yaxşı Aktyor mükafatı
Moqavemat Film Festivalında Ən Yaxşı Aktyor mükafatı
Ən Yaxşı Aktyorluğa görə Hafiz mükafatı
Marde Avazi Dəyişmiş adam Məhəmməd Rza Hünərmənd
1999 Rooban-e Ghermez]] Qırmızı lent İbrahim Hatemikiya
Shookhi Zarafat Hümayun Əsədiyan
2000 Eshgh-e Shisheh-yi Şüşə sevgi Rza Heydərnejad
Moomiayi 3 Mumiya III Məhəmməd Rza Hünərmənd
2001 Moje Mordeh Ölü dalğa İbrahim Hatemikiya
Ab va Atash Su və od Firudin Ceyrani
Khak-e Sorkh (TV series) Qırmızı ürək İbrahim Hatemikiya
2002 Azizam Man Kook Nistam Mən havalı deyiləm Məhəmməd Rza Hünərmənd Ən Yaxşı Aktyorluğa görə Hafiz mükafatı
Divanei Az Ghafas Parid Qu quşunun yuvasından bir uçuş Əhmədrza Mütəmadi
2003 Banooye Man Mənim xanımım Yadullah Səmədi
2004 Duel Duel Əhməd Rza Dərviş
Marmoulak Kərtənkələ Kamal Təbrizi Seatl Beynəlxalq Film Festivalında Xüsusi Münsif Mükafatı
Fəcr Beynəlxalq Film Festivalında Xüsusi Münsif Heyətinin Ən Yaxşı Aktyoru
Film Mərkəzinin Ən Yaxşı Aktyor mükafatı
2005 Border Café Tranzit kafe Kambuziya Partovi Fəcr Beynəlxalq Film Festivalında Xüsusi Münsif mükafatı
Beed-e Majnoon Söyüd ağacı Məcid Məcidi Fəcr Beynəlxalq Film Festivalı
2006 Be Name Pedar Atanın adı ilə İbrahim HatEmikiYa Fəcr Beynəlxalq Film Festivalında Kristal Simurq mükafatı
Zire Tigh (TV serialı) Boyunduruq altında Məhəmməd Rza Hünərmənd Roma Televiziya Proqramları Festivalında Ən yaxşı Aktyor mükafatı
Fans Azarkeşlər Məhəmməd Rəhmanyan Teatr Tənqidçiləri Cəmiyyəti tərəfindən Ən yaxşı Aktyor mükafatı
2007 Padashe Sokoot Səssizliyin mükafatı Maziyar Miri
Sad Sal Be In Sal-ha Miss İran Saman Müqəddəm
2008 Ketabe Ghanoon Qanun kitabı Maziyar Miri
2008 Bist On iki Əbdülrza Kahani] Batumi Beynəlxalq Film Festivalında Ən Yaxşı Aktyor mükafatı
2010 Sizdah 59 On üç 59 Saman Salur
2010 Khers Ayı Xosro Məsumi
2011 Man-o Zbia Ziba və mən Firudin Ceyrani Kanadadakı İran Film Festivalında Ən Yaxşı Aktyor mükafatı
2013 Mehman Darim Biz qonaqlar Məhəmməd Mehdi Əsgərpur
2014 Emrooz Bu gün Rza Mirkərimi Rabat Beynəlxalq Film Festivalında Ən Yaxşı Aktyor mükafatı
Fəcr Beynəlxalq Film Festivalında Kristal Simurq mükafatına namizəd göstərilmişdir
San-Fransiskodakı İran Filmləri Festivalında Ən Yaxşı Aktyor mükafatı
Caypur Beynəlxalq Film Festivalında Ən Yaxşı Aktyor Mükafatı
2014 Bidari Baraye Se Rooz Üç günlüyünə oyanmaq Məsud Amini
2014 Bofalou Buffalo Kaveh Səyyadi
2015 Dou İki Süheyla Gülüstani
2015 Badigard Can güdən İbrahim Hatemikiya Fəcr Beynəlxalq Film Festivalında Kristal Simurq mükafatı

Musiqiçi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Bütün bu fəaliyyətləri ilə yanaşı Pərviz Parastuyi eyni zamanda həm də müğənnidir. Bu zamana qədər onun 3 albomu çıxmışdır. Albomları bunlardır:

  • Ata (2006)
  • Mən Pərviz Parastuyiyəm (2013)
  • Mən bir aktyoram (2014)
  1. 1 2 http://www.iran-daily.com/News/137997.html.
  2. زندگینامه: پرویز پرستویی (۱۳۳۴-) Arxivləşdirilib 2018-07-14 at the Wayback Machine. Hamshahri. 2015-11-11 tarixində arxivləşdirilib.
  3. اسطوره و پهلوانی برخاسته از دیار الوند، پهلوانی برای همه Arxivləşdirilib 2016-03-10 at the Wayback Machine. Bornanews.ir. 2015-10-16 tarixində arxivləşdirilib.
  4. "Starnews". 2018-09-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-10-04.
  5. من «پرویز پرستویی» یک روستایی روستایی زاده‌ام/هنوز خودم را همان پسرک شرمگین می‌دانم Arxivləşdirilib 2017-02-06 at the Wayback Machine. Fars News. 2016-03-06 tarixində arxivləşdirilib.
  6. An Iranian Actor Won the Best Actor of TV Programs Award Arxivləşdirilib 2021-08-05 at the Wayback Machine International Rome TV Programs Festival.İyul 19, 2007