P.S Mən Səni sevirəm 2007-ci ildə Riçhard LaGravenes tərəfindən çəkilmiş Amerika dram filmidir. Ssenari müəllifləri isə Riçhard LaGravenes və Steven Rogersdir. Filmin ssenarisi Seselia Ahemin 2004-cü ildə qələmə aldığı eyni adlı romana əsaslanır. Film produser Molli Smitin bacısı Vindland Smitin xatirəsinə həsr olunub.
P.S Mən Səni Sevirəm | |
---|---|
P.S. I Love You | |
Janr | Dram, Romantik |
Rejissor | Riçard LaGravenes |
Prodüserlər | Vendy Finerman, Broderik Jonson, Andreu Kosov, Molli Smit |
Əsərin müəllifi | Seselia Ahern |
Ssenari müəllifləri | Riçard LaGravenes,Steven Rogersd |
Baş rolda |
Hilary Swank Gerard Butler Lisa Kudrow Gina Gershon James Marsters Kathy Bates Harry Connick Jr. Jeffrey Dean Morgan Nellie McKay |
Operator |
|
Bəstəkar |
|
Distribütor | Warner Bros., Netflix |
İlk baxış tarixi | 20 dekabr 2007[1], 17 yanvar 2008[2] |
Müddət | 125 dəq. |
Büdcə | $30 million |
Gəlir | $156,835,339 |
Ölkə | Amerika |
Dil | İngilis |
İl | 2007 |
Bölüm sayı | 1 |
Rəng | rəngli |
Çəkiliş yeri | Nyuyork, Viklov, İrlandiya |
IMDb | ID0431308 |
Holli və Gerri Manhattanın şərqində yaşayan evli cütlükdür. Onlar bir-birini çox sevirlər, lakin gözlənilmədən Gerri beyin xərçəngindən vəfat edir. Holli həyat yoldaşının onun üçün nə qədər önəmli insane olduğunun fərqinə varır. Holli güclü stress keçirir, ailəsindən və dostlarından uzaqlaşır. Otuzuncu yaş günü ailəsi və dostları ona gələcəyi görmək, həyata sarılmaq və gələcəklə bağlı seçimlər etməsi üçün bu gənc dul qadını həvəsləndirmək qərarına gəlirlər. onlar Hollinin mənzilinə gəlir, evi bəzəyir onun üçün tort hazırlayırlar. Bir də Gerridən məktub qoyurlar onun üçün. Bu, Gerrinin ölümündən sonra Hollinin “P.S Mən Səni sevirəm” sonluğu ilə bitən çoxlu məktublardan birincisi olur. Hər keçən fəsildən sonra o, yeni məktub alır və onun üçün yeni macəralar başlayır. Hollinin anası ianır ki, Gerrinin məktubları qızını keçmişə bağlayır. Lakin, əslində bu məktublar onu gələcəyə doğru itələyir. Gerrinin hər sözünü özünə bələdçi kimi qəbul edərək Holli yeni səyahətlərə çıxır və yeni kəşflər edir öz həyatında. Gerri Holli və onun dostları Denis və Şaronu öz vətəni İrlandiyaya getmələri üçün hər şeyi hazır etmişdi. Irlandiyada onlar Uilliam ilə tanış olurlar. İfaçı olan Uilliam Holliyə mərhum həyat yoldaşını xatırladır. Sonra Uilliam onun üçün mahnı oxuyur, lakin Holli zalı tərk edir. Çünki bu Gerrinin ona həsr etdiyi mahnı idi. Səyahət zamanı üç rəfirə gölün ortasında avarlarsız qayıqda qalırlar. Elə bu zaman Denis nişanlandığını, Şaron isə hamilə olduğunu söyləyir. Bu xəbərlər emosional cəhətdənHolliyə təsir edir və onun özünə qayıtmasına kömək edir. Uilliam onları xilas edir və qızlar onu şam yeməyinə dəvət edirlər. Gecəni Holli ilə keçirən Uilliam uşaqlığından danışır və məlum olur ki, o, Gerri ilə uşaqlıq dostu olub. Holli narahat olmağa başlayır, lakin Uilliam ona Gerri ilə başına gələn əhvalatları danışır. Səhəri gün Holli Uilliamın ailəsinə baş çəkir, elə bu zaman Gerridən növbəti məktub gəlri. Məktubda onalrın ilk görüşündən bəhs olunurdu. Daha sonra Holli moda dərslərində iştirak edir və qadın ayaqqabıları hazırlamaqda xüsusi bacarığa sahib olduğunu kəşf edir. Bu özünəgüvən ona yenidən dostlarına dönməyə və onların xoşbəxtliyinə şərik olmağa kömək edir. Bir gün anası ilə gəzintiyə çıxır və anası bildirir ki, məktubları göndərən məhz odur. Gerri hollinin anasından məktubları göndərməsini istəyibmiş. Holli anasını da götürüb İrlandiyaya səyahət edir və film burda bitir. Göründüyü kimi, Holli səyahətlərə başlayır və yenidən sevmək qorxusuna qalib gəlir.
Nyu-York; Viklov, İrlandiya
Soundtrack-lərə Pogues qrupun ifa etdiyi "Love You 'til the End" və "Fairytale of New York" Heartbroken” , Academy is… qrupunun iafə etdiyi "Everything We Had", Stills qrupunun ifa etdiyi "In the Beginning", Çak Prophetin ifa etdiyi "No Other Love", Needtobreathe qrupunun iafə etdiyi "More Time", Tobi Laytmanin "My Sweet Song", Flogging Mollinin "If I Ever Leave This World Alive", James Blunatın "Same Mistake" musiqiləri daxildir.
Film Şimali Amerikada 2,454 kinoteatrda nümayiş etdirilmiş və ilk həftəsində 6,481,221 gəlir əldə etmişdi. Bununla da reytinq cədvəlində 6-cı yerə gəlib çıxmışdı. Daha sonra Şimali Amerikada 53,695,808 dollar, digər ölkələrdə isə 91,370,273 dollar gəlir gətirmişdir. Ümumilikdə, film 156,835,339 dollar gəlir gətirib.
Hillary Svank 2008-ci ildə ən yaxşı xarici aktrisa naminasiyası üzrə Xalq Seçimi İrlandiya Film və televiziya(People's Choice Irish Film and Television Award) mükafatı qalibi olub.