Super Mushshak (Urduca: سپر مشاق ) Pakistan istehsalı MFI-17 "Mushshak" təlim təyyarəsinin təkmilləşdirilmiş variantı. "Pakistan Aeronautical Complex" şirkəti tərəfindən dizayn olunub və istehsal olunur. İstehsalına 1995-ci ildən başlanılıb.
Super Mushshak | |
---|---|
| |
Tipi | Təlim təyyarəsi |
İstehsalçı | Pakistan Aeronautical Complex |
İlk uçuş | 1995 |
İstismara verilmə tarixi | 1996 |
İstismarçılar |
Pakistan HHQ Türkiyə HHQ Azərbaycan HHQ |
İstehsal ili | 1995-günümüzə |
Buraxılış sayı | 391+ |
Baza modeli | PAC MFI-17 Mushshak |
Vikianbarda əlaqəli mediafayllar |
“Super Mushshak” xarici asqıda 300 kq yük götürmə qabiliyyətinə malikdir. Bu təlim təyyarəsi hərbi aerodomlar olmayan, əvvəlcədən uçuş üçün hazırlanmayan istənilən əraziyə eniş edə bilir və təhlükəsizlik standartlarına tam cavab verir. 4-5 saat havada qalmaq imkanına malikdir. Bu üstünlüklərinə görə, təyyarədən hava patrul xidmətinin təşkilində istifadə etmək də mümkündür. “Super Mushshak” əsas versiyadan fərqli olaraq, ABŞ-nin “Lycoming” şirkətinin daha güclü mühərrikinə, daha müasir panelə və kabin kondisionerinə malikdir.
Təyyarəyə istənilən silahı və kameraları inteqrasiya etmək imkanı mövcuddur. Müasir və təhlükəsiz olan təyyarə ilkin təlim-tədris və uçuş proqramının tələblərinə tam uyğundur.
Təyyarənin avionika və idarəetmə sistemləri mürəkkəb deyil. Bunun sayəsində gənc pilotlar təyyarəni öyrənməkdə və istismarını qısa müddətdə mənimsəyə bilir. Öz sinfində olan digər təyyarələrlə müqayisədə “Super Mushshak”ın pilotaj imkanları daha yüksəkdir. İlkin təlimlər zamanı ən çətin mənimsənilən uçuş mərhələlərindən olan təyyarənin havaya qalxması və aerodroma enməsi prosesi “Super Mushshak”ın köməyi ilə kifayət qədər sadələşir. Təlimatçılar üçün bu təyyarənin üstün keyfiyyətlərindən biri də oturacaqların yanaşı olmasıdır. Bunun nəticəsində təlimatçı gənc pilotun fəaliyyətini daha rahat müşahidə edə bilir və buraxdığı nöqsanlara vaxtında müdaxilə etmək imkanı qazanır. Uçuşlar daha aşağı sürətlə yerinə yetirilir ki, bu da öyrənən heyətdə səmtləşmənin aparılmasını, uçuş zonalarının öyrənilməsini, diqqətin paylanmasını rahatlaşdırır və uçuş vərdişlərinin daha da yaxşı inkişafına zəmin yaradır.