POST (ing. Power-On Self-Test) — qurğu işə düşdüyü zaman, qurğunun aparat təminatını yoxlaması əməliyyatı. Bu əməliyyat ana platanın BIOS-una daxil olan proqramlarla yerinə yetirilir.
POST əməliyyatının natamam (qısa) yoxlama ardıcılıllığı:
POST əməliyyatının tam yoxlama ardıcıllığı:
Kompüter qoşulduğu zaman POST-un tam və ya natamam yoxlanması əməliy yatını baza sisteminə giriş-çıxış tənzimləmələrindən yəni, BIOS Setupdan quraşdırmaq olar. ---Fərdi kompüterlərin əksəriyyətində POST əməliyyatı müvəffəqiyyətlə başa çatdıqda sistem dinamiki bir qısa səs siqnalını çıxarır. Bundan başqa bu siqnallar və kodlar yoxlanma zamanı baş verən xətanı müvafiq ardıcıllıqdan ibarət siqnallarla istifadəçiyə çatdırır. Həmçinin POST-card qurğusu ilə ana platanın diaqnostikası və yaranmış xətanın hansı sektorda olduğunu bilmək olar.
Konkret olaraq, səsli kod və ya monitorda mətn mesajı kompüterin yükləməsi zamanı nasazlığın səbəbi ilə çatdırılır. Bu kodlar BIOS, ana plata və ya qurğu idarəedicilərinin modellərinə uyğun olaraq fərqlidir.
Səs siqnallarının ardıcıllığı | Səhvin təsviri |
---|---|
1 qısa | POST əməliyyatının müvəffəqiyyətlə başa çatması |
1 siqnal və boş (qara) ekran | Videosistem nasazdır |
2 qısa | Videosistem nasazdır |
3 uzun | Ana plata (klaviatura idarəedicilərində xəta) nasazdır, əməli yaddaş qoşulmayıb |
1 uzun, 1 qısa | Ana plata nasazdır |
1 uzun, 2 qısa | Videosistem (Mono/CGA) nasazdır |
1 uzun, 3 qısa | Videosistem (EGA/VGA) nasazdır |
Təkrarlanan qısa siqnal | Nasazlıqlar qidalandırma blokuyla və ya ana platayla bağlıdır |
Fasiləsiz siqnal | Qida bloku və ya ana plata ilə problemlər |
Siqnal yoxdur | Qida bloku, ana plata, və ya BIOS dinamikləri nasazdır |
Səs siqnallarının ardıcıllığı | Xətanın təsviri |
---|---|
1 qısa | POST əməliyyatının müvəffəqiyyətlə başa çatması |
2 qısa | Yüngül xətalar. Monitorun ekranında CMOS Setup Utility proqramına girmək və vəziyyəti düzəltmək təklifi göstərilir. Sərt disklə ana platanın konnektorlarında şleyflərin bərkidilməsinin sazlığını yoxlayın. |
3 uzun. | Klaviatura idarəedicilərində xəta |
1 qısa, 1 uzun. | Əməli yaddaş (RAM) xətası |
1 uzun, 2 qısa | Videokart xətası |
1 uzun, 3 qısa. | Klaviatura səhvi |
1 uzun, 9 qısa. | Daimi yaddaş qurğusundan oxunma zamanı xəta |
Təkrarlanan qısa |
|
Təkrarlanan uzun. | Əməli yaddaş qurğusu ilə bağlı problemlər |
Təkrarlanan yüksək-aşağı tezlikli siqnal. | CPU-la bağlı problemlər |
Fasiləsiz siqnal. | Qida bloku ilə bağlı problemlər |
Səs siqnallarının ardıcıllığı | Xətanın təsviri |
---|---|
1 qısa | Xəta aşkar edilməmişdir, FK saz vəziyyətdədir |
2 qısa | Əməli yaddaş qurğusunda cütlük xətası və ya siz skaneri (və ya printeri) söndürməyi unutmusunuz |
3 qısa | Birinci 64 KB əməli yaddaş qurğusunda xəta |
4 qısa | Sistem taymerinin nasazlığı. Ana platanı dəyişin. |
5 qısa | Prosessorla problemlər |
6 qısa | Klaviaturanın idarəedicilərinin inisializasiya xətası |
7 qısa | Ana plata ilə bağlı problemlər |
8 qısa | Videokart yaddaşında xəta |
9 qısa | BIOS-un nəzarət qiyməti səhvdir |
10 qısa | CMOS-da yazı xətası |
11 qısa | Ana platada yerləşmiş gizli yerdə baş vermiş xəta |
1 uzun, 1 qısa | Qida bloku ilə bağlı problemlər |
1 uzun, 2 qısa | Videokart (Mono-CGA) xətası |
1 uzun, 3 qısa | Videokart (EGA-VGA) xətası |
1 uzun, 4 qısa | Videokart mövcud deyil |
1 uzun, 8 qısa | Videokartla bağlı problemlər və ya monitor qoşulmamışdır |
3 uzun | Əməli yaddaş — oxunma/yazma testi xəta ilə başa çatmışdır. Yenidən işə salın;. |
Görüntü yoxdur və ya boş ekran | Prosessor nasazdır. Ola bilər ki, prosessorun əlaqədə problem var. Prosessoru yoxlayın. |
Fasiləsiz səs siqnalı | Qida blokunun nasazlığı və ya kompüterin çox qızması |
Səs siqnallarının ardıcıllığı | Xətanın təsviri |
---|---|
1 qısa | Prosessor registrlərinin yoxlanması zamanı xəta. Prosessorun nasazlığı |
2 qısa | Klaviatura idarəedicilərinin bufer xətası. Klaviatura idarəedicilərinin nasazlığı. |
3 qısa | Klaviatura idarəedicilərində xəta. Klaviatura idarəedicilərinin və ya sistem platasının nasazlığı. |
4 qısa | Klaviatura ilə əlaqə xətası. |
5 qısa | Klaviatura — daxil edilmə xətası. |
6 qısa | Sistem platada xəta. |
9 qısa | BIOS-un daimi yaddaş qurğusunun nəzarət uyğunsuzluğu. BIOS daimi yaddaş qurğusunun mikrosxemi nasazdır. |
10 qısa | Sistem taymerində xəta. Taymerin sistem mikrosxemi nasazdır. |
11 qısa | Mikrosxem dəstlərində xəta. |
12 qısa | Enerjidən asılı olmayan yaddaşda, registr xətası. |
1 uzun | DMA 0 idaredicilərində xəta. DMA 0 idaredicilərinin mikrosxemi nasazdır. |
1 uzun, 1 qısa | DMA 0 idaredicilərində xəta. DMA 0 idaredicilərinin mikrosxemi nasazdır. |
1 uzun, 2 qısa | Videoadapter nasazdır. |
1 uzun, 3 qısa | Video yaddaşda xəta. Videoadapterin yaddaşı nasazdır. |
1 uzun, 4 qısa | Videoadapter xətası. Videoadapter nasazdır. |
1 uzun, 5 qısa | 64K yaddaşının xətası. |
1 uzun, 7 qısa | Sistem videokartı inisializasiya etməyi bacarmadı. |
1 uzun, 8 qısa | Video yaddaşda xəta. |