Paçinko (yap. パチンコ) — Yaponiyada yaradılmış, kiçik metal şarlarla oynadılan, pinbol və oyun avtomatının qarışığı olan oyun avtomatı. Şarları avtomata atıb, sonra o şarlar qapılardan keçib ya avtomat tərəfindan sovrulur, ya da oyunçuya daha çox şar olaraq geri dönür.[1] Bir-birinə və metala çarpan yüksək sürətli şarlar böyük desibelli mexanik səslər çıxardır.[1]
Yaponiyada qumar qadağan olduğundan, qazanan pul deyil, jeton ya da kiçik hədiyyələr alır; bunlar paçinko salonu xaricində pula çevrilə bilinir.[2]
Yaponiya ictimaiyətində Paçinko salonlarında siqaretin qadağan olunması haqqında müzakirələr aparılsa da, hal-hazırda salonlarda siqaret çəkməyə icazə verilir.[3]