Paşa Rüstəmov

Paşa Həbib oğlu Rüstəmov (20 may 192027 oktyabr 1997) — kimya elmləri doktoru (1967), professor (1968), AMEA-nın müxbir üzvü (1983).[1]

Paşa Rüstəmov
Paşa Həbib oğlu Rüstəmov
Doğum tarixi
Doğum yeri Şuşa, Şuşa qəzası, Gəncə quberniyası, Azərbaycan SSR
Vəfat tarixi (77 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi kimya
Elmi dərəcəsi professor (1968)
Elmi adı professor
İş yerləri Qeyri-üzvi və Fiziki Kimya İnstitutu
Təhsili Bakı Dövlət Universitetinin Kimya fakültəsi
Üzvlüyü AMEA

Rüstəmov Paşa Həbib oğlu 1920-ci il mayın 20-də Şuşa şəhərində sənətkar ailəsində anadan olub. O, 1934-cü ildə Şuşa şəhər orta məktəbini bitirib. 1937-ci ildə Şuşa Pedaqoji işçi fakültəsini bitirərək Bakı Dövlət Universitetinin Kimya fakültəsinə daxil olub. 1941-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsini bitirib.[1]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Paşa Rüstəmov 1941-1942-ci illərdə Şuşa Uşaq Vərəm Sanatoriyasında müəllim işləyib. P.Rüstəmov müharibədən qayıtdıqdan sonra 1945-1948-ci illərdə Şuşa 1 saylı orta məktəbində tədris-hissə müdiri və 1948-1952 -ci illərdə Şuşa rayon maarif şöbəsinin müdiri olmuşdur. 1959-1983-cü ilə qədər Azərbaycan SSR EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda laboratoriya müdiri, 1983-ildən ömrünün axırına kimi Bakı Dövlət Universitetində kafedra müdiri olub.[1]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Paşa Rüstəmov 1953-cü ildə Azərbaycan EA Kimya İnstitutunun aspiranturasına daxil olmuş, 1957-ci ildə kimya üzrə fəlsəfə doktoru və 1967-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1968-ci ildə isə professor elmi adını almış, 1983-cü ildə Azərbaycan EA-nın müxbir üzvü seçilmişdir.[1]

P.Rüstəmov Azərbaycanda fiziki-kimyəvi analizin və yarımkeçiricilər kimyasının əsasını qoyan alimlərdən biridir. O, ikili, üçlü və daha mürəkkəb sistemlərin hal diaqramını öyrənmiş, yarımkeçirici materialların sintezi və tədqiqində diq¬qətəlayiq nəticələr əldə etmişdir. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə yüksək temperaturda davamsız kükürdlü birləşmələrin sintez şəraiti təkmilləşdirilmiş və materialşünaslıqda istifadə üçün tövsiyə edilmişdir. Alimin elmi məqalə və ixtiralarında xalkogenid birləşmə və bərk məhlullar əsasında onun yaratdığı yüksək effektli fotoçeviricilər, termoelektrik materiallar və radiasiya fazasını təyin etmək üçün qamma-detektorlarının hazırlanma texnologiyaları öz əksini tapmışdır. P.Rüstəmovun rəhbərliyi ilə 10 elmlər doktoru, 50 fəlsəfə doktoru yetişdirilib. P.Rüstəmov 600-dən çox elmi əsərin, o cümlədən 51 müəlliflik şəhadətnaməsi və 14 monoqrafiyanın müəllifidir.[1]

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]
  • П.Г.Рустамов. «Халькогениды галлия». Баку. Изд-во АН Азерб. ССР. 1967. 130 c
  • П.Г.Рустамов. «Тройные халькогениды редкоземельных элементов». Баку. Изд-во АН Азерб. ССР. 1981. 226 c.

Müəllif şəhadətnamələri və patentləri

[redaktə | mənbəni redaktə et]

P.Rüstəmov 51 müəlliflik şəhadətnaməsinin müəllifidir.[1]

Beynəlxalq konfranslarda iştirakı

[redaktə | mənbəni redaktə et]

Çoxlu sayda beynəlxalq konfranslarda iştirak etmişdir.

Dissertantlara elmi rəhbərlik və opponent

[redaktə | mənbəni redaktə et]

P.Rüstəmovun rəhbərliyi ilə 10 elmlər doktoru, 50 fəlsəfə doktoru yetişdirilib.[1]

Pedaqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1983-1986-cı illərdə BDU-nun Kimya fakültəsi Qeyri-üzvi kimya kafedrasının müdiri, 1986-1997-ci illərdə həmin kafedranın professoru olmuşdur.

Təltif və mükafatlar

[redaktə | mənbəni redaktə et]

O, I dərəcəli "Vətən müharibəsi" ordeninə, akademik Kurnakov adına medala və Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin bürünc medalına layiq görülüb.[1]

  1. 1 2 3 4 5 6 7 8 "Rüstəmov Paşa Həbib oğlu" (Azərbaycan). science.gov.az. 21.09.2021 tarixində arxivləşdirilib.