Paşa Bayram oğlu Zamanov (13 mart 1927, Sədərək, Naxçıvan MSSR – 12 oktyabr 2018, Bakı) — Aqrokimyaçı alim, aqrar elmləri doktoru, professor; Azərbaycanın əməkdar elm xadimi.[1]
Paşa Zamanov | |
---|---|
Zamanov Paşa Bayram oğlu | |
Doğum tarixi | 13 mart 1927 |
Doğum yeri | |
Vəfat tarixi | 12 oktyabr 2018 (91 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | Aqrokimya |
Elmi dərəcəsi | Aqrar elmlər doktoru |
Elmi adı | Professor |
İş yerləri | |
Təhsili |
|
Mükafatları |
|
Paşa Zamanov 13 mart 1927-ci ildə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda anadan olmuşdur.[2]
1952-ci ildə Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasının Aqronomluq fakültəsini bitirib.
12 oktyabr 2018-ci ildə Bakı şəhərində vəfat edib.[3]
Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasının Aqronomluq fakültəsinin "Suvarılma əkinçiliyi" üzrə alim aqronom diplomunu aldıqdan sonra təyinatla Ümumittifaq Kənd Təsərrüfatı Akademiyasının tabeliyində olan Azərbaycan Pambıqçılıq institutuna göndərilmişdir. Həmin institutun Naxçıvan təcrübə tarlasına müdir təyin edilmişdir. İşlədiyi vaxt ərzində Naxçıvan MR-nın iqlim və torpaq şəraitində yüksək və keyfiyyətli məhsul verən pambıq, qarğıdalı, yonca və başqa yem bitkiləri sortlarının seçilməsi və yayılması sahəsində elmi tədqiqat işləri aparmışdır.
1958-ci ildə AMEA-nın aspirantırasına daxil olmuş və Azərbaycanın əsas tütünçülük rayonlarında tütün bitkisinin gübrələnməsi və becərilməsi sahəsində olan mövzunun icraçısı olmuşdur, 1963-cü ildə AMEA-nın Biologiya bölməsinin birləşmiş müdafiə şurasında namizədlik dissertasiyasını müdafiə emiş, kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır.
1967–1968-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi katibi, 1975-ci ildən bu günə qədər İnstitutun Üzvi gübrələr labortaoriyasının müdiri işləmişdir.
1991-ci ildə Moldova EA Bitki fiziologiyası İnstitutunun nəzdindəki ixtisaslaşdırılmış müdafiə şurasında "Azərbaycanda tütün bitkisinin gübrələnmə sistemi və qidalanmasının nizamlanması" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, aqrar elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.
Elmi kadr hazırlanması sahəsindəki xidmətlərinə görə 1992-ci ildə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən "Professor" adına layiq görülmüşdür.
Apardığı elmi-tədqiqat işlərinin nəticəsi olaraq, 24 mövzuda tətbiq işlərinin müəllifi və iştirakçısı olmuşdur. 246 elmi əsərin, onlardan 1 monoqrafiya, 16 kitab, 5 tövsiyə, 14 patent və ixtiranın müəllifidir; 16 fəlsəfə doktorunun elmi rəhbəri, 30 nəfərin isə opponenti olmuşdur. 43 Beynəlxalq konfrans və müşavirələrdə elmi məruzə ilə çıxış etmişdir. P.B.Zamanov 1985-ci ildən AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu nəzdində Birləşmiş Müdafiə Şurasının üzvü olmuşdur. Respublika və rayon qəzetlərində 44 dəfə müsahibə və məqalə ilə çıxış etmişdir.