Torpaqşünaslıq və Aqrokimya İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilatdır. Direktoru aqrar elmlər üzrə elmlər doktoru, professor Əlövsət Quliyevdir.[1].
Torpaqşünaslıq və Aqrokimya İnstitutu |
Torpaqşünaslıq və Aqrokimya İnstitutu 1945-ci ildə keçmiş SSRİ EA Azərbaycan filialının Torpaqşünaslıq sektoru əsasında yaradılmışdır.
İnstituta aşağıda adları çəkilən görkəmli alimlər rəhbərlik etmişlər:
- prof. V. R. Smirnov-Loqinov;
- akad. C . M. Hüseynov, V. R. Volobuyev;
- EA-nın müxbir üzvləri: S. Ə. Əliyev, M. M. Salayev;
- akad. Q. Ş. Məmmədov;
- akad. M. P. Babayev.
İnstitutda bir neçə elmi məktəb yaradılmışdır:
- akad. H. Ə. Əliyev — torpaqların coğrafiyası, ekologiyası;
- V. R. Volobuyev — torpaqların meliorasiyası və energetikası;
- C. M. Hüseynov- aqrokimya; M. M. Salayev — torpaqların genezisi, diaqnostikası;
- Q. Ş. Məmmədovun rəhbərliyi altında elmi istiqamətlər — torpaqların aqroekologiyası və ekoloji monitorinqi sahələrində mühüm nəticələr əldə edilmişdir.
- M. R. Babayev tərəfindən antropogen torpaq əmələgəlmə prosesi-nin elmi-nəzəri əsasları işlənilmişdir
- Ə. G. Quliyev-torpaqların təkrar şorlaşmasına qarşı tədbirlər, meliorasiiyası, rekultivasiyası,
- Torpaqların genezisi, Beynəlxalq standartlara uyğun müasir nomenklaturası, təsnifatı, suvarılan torpaqlara antropogen təsirin nəzəri əsaslarının işlənməsi və torpaqların deqradasiyası;
- Torpaq proseslərinin idarə olunmasının elmi əsasları;
- Azərbaycanda Dövlət torpaq kadastrının elmi əsaslarla aparılması, torpaqların ekoloji münbitlik modelləri əsasında rayonlaşdırılması və Respublikada keçirilən torpaq islahatının elmi təhlili;
- Torpaqların mineraloji tərkibinin, bioloji fəallığının, humusluq vəziyyətinin tədqiqi və münbitliyin bərpasının ekoloji və aqrokimyəviəsasları;
- Aqrokimyanın ekoloji problemləri;
- Torpaqların aqrofiziki, optik və istilik xassələri bankının tərtibi;
- Respublika torpaqları üçün avtomatlaşdırılmış informasiya sisteminin yaradılması, aqroekoloji sistemin əsas göstəricilərinin müqayisəli təhlili və Azərbaycan torpaqlarının elektron xəritələrinin tərtibi;
- Respublika torpaqlarının meliorativ səciyyəsi, duzluluq dərəcəsi və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı arasında əlaqənin tədqiqi.
- Torpaqların genezisi, coğrafiyası və kartoqrafiyası laboratoriyası;
- Torpaq örtüyünün strukturası laboratoriyası;
- Torpaqların aqroekologiyası və bonitirovkası laboratoriyası;
- Torpaqların mineralogiyası və kimyası laboratoriyası;
- Torpaqların biologiyası laboratoriyası;
- Torpaq coğrafi informasiya sistemləri laboratoriyası;
- Torpaq fizikası laboratoriyası;
- Torpaq meliorasiyası laboratoriyası;
- Torpaqların rekultivasiyası laboratoriyası;
- Mineral gübrələr laboratoriyası;
- Mikroelementlər və mikrogübrələr laboratoriyası;
- Üzvü gübrələr laboratoriyası;
- Torpaq proseslərinin dinamikası laboratoriyası;
- Torpaq-aqrokimyəvi tədqiqatlar və kütləvi analizlər laboratoriyası;
- Ucar Dayaq Məntəqəsi.
|
---|
Bölmələr | |
---|
Elmi mərkəzlər | |
---|
İnstitutlar | |
---|
Digər | |
---|