Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Sultanov Paşa bəy Ələkbər bəy oğlu – Poliqlot, Azərbaycanın ilk diplomatlarından biri, lüğətçi alim, Azərbaycanda notarius qurucularından biri[1]
Paşa bəy Sultanov | |
---|---|
Sultanov Paşa bəy Ələkbər bəy oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan |
Paşa bəy 1.2.1933-dən EAZFAB Dil Bölümünə elmi işçi keçirilib və dilimizin ilk izahlı lüğətinin, fransızca-rusca və türkcə-rusca lüğətlərin tərtibinə gərgin əmək sərf edib..
Sultanov Paşa bəy Ələkbər bəy oğlu 1868-ci ildə Naxçıvanda anadan olmuşdur.
Peşəkar hüquqşünas, Azərbaycanın ilk diplomatlarından və Azərbaycanda notarius sisteminin qurucularından biri, lüğətçi alim.
Öncə molla məktəbində, sonra Gəncə şəhərindəki klassik gimnaziyada oxuyub və buranı gümüş medalla bitirib (1887). Qafqaz təqaüdü alaraq Novorossiysk (indiki Odessa) Universitetinin hüquq fakültəsinə girib və oranı uğurla başa vurub (1887–1891).
Gəncə Dairə Məhkəməsində məhkəmə vəzifələrinə kiçik namizəd kimi işə başlayıb (22.1.1892). Quzey Qafqaza göndərilərək (1894) məhkəmə idarələrində irəliləməklə Yekaterinodar Dairə Məhkəməsi mülki bölməsinin üzvü vəzifəsinədək yüksəlib.
1912-dən 1918-ədək Ümum-Rusiya Vərəmə qarşı Mübarizə Liqası Kuban Şöbəsinin sədri, Krasnodar şəhərindəki təhsil müəssisələrində çoxlu valideyn dərnəklərinin sədri, yaxud sədr müavini olub. Yekaterinodarda vəzifədən istefa verən (27.6.1918) Paşa bəy Sultanov Rostov şəhərinin notariusu təyin edilib (4.8.1918) və bu vəzifədə Don hökumətinin ləğvinədək (30.12.1919) çalışıb.
1919-un sentyabrından Azərbaycan Cümhuriyyətinin Rostov şəhərində konsul agenti təyin edilib . Bu, onun Cümhuriyyət hökumətiylə səmimi münasibətlər qurmasının göstəricisidir. Cümhuriyyəti çağında Bakıya gəlib, ancaq harada işləməsi bəlli deyil.
1 sentyabr 1920-də ASSR-in Batum şəhərindəki konsulluğunun katibi təyin edilən P. B. S. tez-tez konsulun özünü əvəzləməli olub. Bolşeviklər Gürcüstandakı milli hakimiyyəti ("menşevik hökuməti"ni) devirməkçün üsyan qaldırdığı zaman (16.2.1921) menşeviklər Paşa bəyi sovet hakimiyyətinin nümayəndəsi kimi həbs edərək öncə Kutais, sonra Batum dustaqxanasında saxlayıblar.
Qırmızı ordu Batuma girərkən (19.3.1921) onu azad edib. Paşa bəy elə həmin gün yenidən Azərbaycan SSR-in Batumdakı Konsulluğunun katibi təyin edilib və eyni zamanda konsul vəzifəsini icra edib.
1919-un oktyabrında o, partiyasız olduğuna baxmayaraq artıq rəsmən ASSR-in Batumda konsulu təyin edilib və konsulluq 1921-in sonunda ləğv edilənədək bu görəvdə çalışıb.
Xalq Ədliyyə Komissarlığı sistemində işə götürülən Paşa bəy Bakı şəhərinin xalq notariusu təyin edilib (1.1.1922). Sonralarsa O, Bakı şəhərindəki 5, 4, 1 və 2 saylı dövlət notarial kontorlarının müdiri vəzifəsində çalışıb (10.4.1924–4.9.1928). Bu müddətdə o, ASSR Dövlət Notariatı haqqında Əsasnamənin, dövlət notariat sistemi üçün başqa gərəkli sənədlərin hazırlanmasında ən yaxından iştirak edib.
Sovet hakimiyyəti Paşa bəyi əmək əlili kimi təqaüdə göndərdi (4.9.1928). 10 ay işsiz qalandan sonra Paşa bəy hesabdar kimi çox xırda işlərdə çalışmalı oldu.
ASSR Xalq Maarif Komissarlığı (XMK) yanında Azərbaycan Dil, Ədəbiyyat və Sənət Elmi-Tədqiqat İnstitutuna (AzDƏSİ) elmi işçi götürülən (15.9.1932) poliqlot Paşa bəy 1.2.1933-dən EAZFAB Dil Bölümünə elmi işçi keçirilib və dilimizin ilk izahlı lüğətinin, fransızca-rusca və türkcə-rusca lüğətlərin tərtibinə gərgin əmək sərf edib.
EA AzF Dil və Ədəbiyyat Bölümü EA AzF Dil və Ədəbiyyat İnstitutuna çevrildikdə (1.3.1936) onun lüğət-terminologiya bölümünün elmi işçisi olan P. Sultanov türkcə-rusca, türkcə orfoqrafiya və rusca-türkcə musiqi terminləri lüğətlərinin tərtibi və redaktəsi, rusca-türkcə coğrafiya terminləri lüğətinin tərtibi üzərində işləyib.
EA AzF-ın birləşmiş Tarix, Dil və Ədəbiyyat İnstitutu yaradıldıqda (31.5.1937) Paşa Sultanov Azərbaycan dili şöbəsində kiçik elmi işçi oldu və 27 oktyabr 1937-də xəstəliyi nəzərə alınmaqla öz ərizəsinə əsasən institutdan azad edildi.
Paşa bəy Sultanov təxminən 1937(1942[2])-ci ildə Bakıda vəfat etmişdir.
Bəzi mənbələrdə Cəlil Məmmədquluzadənin "Ölülər" pyesindəki Kefli İsgəndər obrazının prototipi hesab olunur.[3][4]