Paşinyan əleyhinə etirazlar

Ermənistan etirazlarıAzərbaycanErmənistan arasında imzalanan sülh müqaviləsinə etiraz olaraq 10 noyabrdan başlayan hökumət əleyhinə aksiyalar.[2][3]

Paşinyan əleyhinə etirazlar
Etirazçılar parlament binasında
Etirazçılar parlament binasında
Tarix 10 noyabr 2020 - 25 aprel 2021
Yeri Ermənistan, İrəvan
Səbəbi  • İkinci Qarabağ müharibəsində Ermənistanın məğlubiyyəti
 • AzərbaycanErmənistan arasında imzalanan sülh müqaviləsi
 • İşğal altındaki torpaqların Azərbaycana qaytarılması
 • Ermənistandakı siyasi böhran
Münaqişə tərəfləri

Ermənistan etirazçı qüvvələri
ASALA[1]

Ermənistan hökumət qüvvələri

Etirazlar Ermənistanın Baş Naziri Nikol Paşinyanın xalqına müraciəti zamanı Azərbaycanla sülh bağlandığını və işğal edilmiş torpağları Azərbaycana qaytarılacağını deməsindən sonra başlandı. Etirazçılar bu bəyanatdan sonra küçələrə axışdılar və torpağların Azərbaycana qaytarılmamasını tələb etdilər. 17 müxalifət partiyası baş nazir Nikol Paşinyan tərəfindən Qarabağa dair üçtərəfli bəyanatın imzalanmasına etiraz olaraq 10 noyabrdan bəri İrəvanda mitinqlər keçirir. Müxalifət Paşinyanın istefasını, xilasetmə komitəsinin yaradılmasını və bəyanatın bəzi müddəalarında dəyişiklik edilməsini tələb edir.[4]

Etirazçılar Ermənistan parlament binasına hücum edilblər. Parlament binasının qarşısında Ararat Mirzoyanın mühafizəçiləri ilə etirazçılar arasında insident olub. Etirazçılar həmin an avtomobilində olan Parlamentin spikerini avtomobilindən çıxararaq ölümcül şəkildə döyüblər.[5] Nikol Paşinyan "Facebook" səhifəsində iqamətgahında oğurluq olduğunu, kompüter, ətir və saatının oğurlandığını yazmışdı. O, bu məlumatı "Təbii ki, Vətən uğrunda" sözləri ilə paylaşmışdı.

Etirazçılar İrəvandaki Soros fondunun ofisinə basqın edərək buranı dağıdıblar.[6] Daha sonra polis qüvvələri ilə etirazçılar arasında qarşıdurma olub. Polis aksiya iştirakçılarına qarşı güc tətbiq edib. Etirazçılıran bir çoxu həbs edilib. "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyan da Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə aparılıb.[7]

Nikol Paşinyan üçün doğma olan İcevan şəhərində ona qarşı aksiya keçirilib. Aksiya iştirakçıları Nikol Paşinyanın istefasını tələb ediblər. Aksiya zamanı polislərlə etirazçılar arasında qarşıdurma baş verib. Vətəndaşlar hüquq-mühafizə orqanlarının əməkdaşlarını Paşinyanı müdafiə etməməyə çağırıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları isə buna cavab olaraq bir neçə nəfəri nəzarətə götürüblər.[8]

Dekabrın 2-də müxalifətin Yerevanın mərkəzində keçirdiyi son yürüşdə "Daşnaksutyun", "Vətən" və "Çiçəklənən Ermənistan" partiyalarının üzvləri iştirak ediblər. Etirazçılar "Xain Paşinyan" şüarları səsləndirib, bir daha baş nazirin istefasını tələb ediblər. Nikol Paşinyanın yerinə müxalifətin vahid namizədi sabiq baş nazir və müdafiə naziri Vazgen Manukyan olub. Vazgen Manukyan Paşinyanın devriləcəyi təqdirdə Ermənistan keçid hökumətinin baş naziri vəzifəsinə vahid namizəd olacaq.[9]

5 dekabrda İrəvanda müxalifət mitinq keçirərək baş nazir Nikol Paşinyan və komandasına 8 dekabr günortadan əvvəl istefa vermək tələbini irəli sürüb.[10]

Müxalifət bölgələrdə və paytaxtda hərəkəti iflic etməyə hazırlaşır. Günorta saat 12-dən başlayaraq, hakimiyyət əleyhdarları İrəvan və müxtəlif bölgələrdə trafikin çökməsinə səbəb ola biləcək küçələri bağlamaq niyyətindədirlər. Növbəti aksiyalardan biri Ermənistan Milli Təhlükəsizlik Xidmətinin binası önündə keçirilib. Nümayişçilər özləri ilə simvolik olaraq saat və ətir gətirərək Paşinyanı daha çox itirdiyi bu əşyaların maraqlandırdığını bildiriblər. Mitinqlərdə ictimai-siyasi şəxslər, fəallar, vəkillər və başqaları iştirak edirlər. Polis küçələri bağlamağa çalışan mitinq iştirakçılarını saxlayıb.[11]

Rusiya XİN-in Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun aparıcı elmi işçisi Sergey Markedonov deyir ki, Nikol Paşinyan ona etibar etməkdən imtina edən erməni cəmiyyətinin böyük hissəsinin gözündə legitimliyini itirib. Amma eyni zamanda, qanuni yolla hakimiyyətə gəlmiş hazırkı baş nazirin legitimliyi ilə qanuniliyi arasında açıq-aydın boşluq müşahidə edilir. Hakimiyyət orqanları — parlament, hökumət, məhkəmələr onun tərəfdarlarının əlində olduğu üçün legitim prosedurlara əməl etməklə onu hakimiyyətdən uzaqlaşdırmaq asan olmayacaq.[12] Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın fikrincə, münaqişə tərəflərinin iradəsindən asılı olmayaraq, bu mübarizə hər hansı bir təxribata görə vətəndaş müharibəsinə çevrilə bilər.[13]

Mülki münaqişə davam edir

  1. "ASALA terror təşkilatı İrəvandakı ixtişaşlarda - VİDEO". 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-10.
  2. "Arxivlənmiş surət". 2020-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-10.
  3. "Arxivlənmiş surət". 2020-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-10.
  4. "Ermənistan müxalifəti ümumxalq mitinqi keçirəcək". 2021-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-12.
  5. "Arxivlənmiş surət". 2020-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-10.
  6. "Arxivlənmiş surət". 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-11.
  7. "Arxivlənmiş surət". 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-11.
  8. "Həmyerliləri də Paşinyanın istefasını tələb edirlər". 2021-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-12.
  9. "Ermənistanda Paşinyanın yerinə namizəd seçildi". 2021-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-12.
  10. "Ermənistan müxalifəti ölkədə hərəkəti iflic etməyə hazırlaşır". 2021-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-12.
  11. "Yerevanda bövbəti aksiya: Paşinyanın istefasını tələb edənlər saxlanıldı". 2021-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-12.
  12. "Sergey Markedonov: "Paşinyanı legitim yolla kənarlaşdırmaq asan olmayacaq"". 2021-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-12.
  13. "Ter-Petrosyan Ermənistanda vətəndaş müharibəsi proqnozlaşdırır". 2021-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-12.