Paddinqton Ayısı (ing. Paddington Bear) — Maykl Bond tərəfindən 13 oktyabr 1958-ci ildə yazılmış 20-dən çox əsərinin personajıdır.[1] Öz köhnə papağı, əzilmiş çemodanı, daflkot, marmelad sevən, Perunun ən dərin və qaranlıq yerindən olan mehriban ayı — İngilis uşaq ədəbiyyatının klassik qəhrəmanına çevrilmişdir.[2] Paddinqton kitabları 70 ad altında 30 dildə tərcümə olunub və dünyada 30-dan çox milyon nüsxə satılıb.
Paddinqton Ayısı | |
---|---|
ing. Paddington Bear | |
Yaradan | Maykl Bond |
Məlumat | |
Cinsi | Erkək |
Ailə | Meri (arvadı), Henri, Conatan və Cudi Braun (uşaqları) |
Qohumlar | Pastuzo (dayı), Lyusi (xala) |
Milliyyəti | Perulu |
Maykl Bond 1956-cı ildə Milad gecəsindən əvvəl Paddinqton Ayısını Paddinqton stansiyasının yaxınlığında olan yuxarı rəfdə gördüyü və arvadına hədiyyə etdiyi tənha ayı üstündə əsaslandırmışdır.[3] Bu ayı Bondu ilhamlandırdı və yazıçı 10 gündən sonra ilk kitabın yazmışdır. Kitab onun agenti olan Harvi Unnaya verilmiş və 13 oktyabr 1958-ci ildə HarperCollins tərəfindən "A Bear Called Paddington" adı altında nəşr olunmuşdur.[4]