Pakri adaları (est. Pakri saared, isv. Rågöarna) — Fin körfəzində yerləşən iki adadan — Vyayke-Parki və Suur-Parki adalarından ibarət arxipelaq. Arxipelaq inzibati cəhətdən Paldiski şəhərində aiddir. Adada əsrlər boyunca Baltik isveçliləri yaşamışdırlar, lakin İkinci dünya müharibəsində bütün əhali arxipelaqı tərk etməyə məcbur olmuşdur.
Pakri adaları | |
---|---|
est. Pakri saared, isv. Rågöarna | |
| |
Ümumi məlumatlar | |
Adaların sayı | 2 |
Ən böyük adası | Vyayke-Pakri |
Ümumi sahəsi | 24,7 km² |
Hündür nöqtəsi | 17 m |
Əhalisi | 6 nəfər (2009-cu il) |
Yerləşməsi | |
59°20′ şm. e. 23°57′ ş. u. | |
Ölkə | Estoniya |
Vilayət | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Adaların isveçcə adı olan "Rågöarna" "Çovdar adaları" kimi tərcümə olunur: çovdar tarixən adada yetişdirilən əsas əkin bitkisi olub.[1] Həmçinin "Stora Rågö" "Böyük çovdar adası", "Lilla Rågö" isə "Kiçik çovdar adası" mənasını verir. Bu adaların İsveç dilində işlədilən alternativ adları "Västra Rågö"/"Västerö" və "Östra Rågö"/"Österö" (Qərb adası və Şərq adası) şəklindədir.[2]
Ərazi baxımından Vyayke-Pakri adası (Kiçik Pakri) əslində Suur-Pakri adasından (Böyük Pakri) bir azcıq böyükdür. Bu ziddiyyətin səbəbi güman ki, Suur-Pakri adasında keçmişdə daha çox sakinin yaşaması, daha çox əkilib-becərilməsi və daha əhəmiyyətli hesab edilməsidir.[1]
Adalar Estoniya sahillərindən bir neçə kilometr uzaqlıqda yerləşir. Vyayke-Pakri Paldiski şəhərinin 3 km qərbində yerləşir, onu bu şəhərlə dərinliyi 20 metrdən çox olan Paldiksi (Pakri) körfəzi ayırır. Cənubda isə 3 km genişliyindəki Kurske boğazı adaları ana torpaqdan ayırır.
Şərqdə yerləşən Vyayke-Pakri adasının sahəsi 12,9 km2, qərbdə yerləşən Suur-Pakri adasının sahəsi 11,6 2 təşkil edir (Estoniyanın ən böyük 8-ci və 9-cu adalarıdır). Vyayke Suurdan daha hündür adadır (uyğun olaraq, 17 metr və 8 metr). Hər iki adanın uzunluğu (cənub-şərq, şimal-qərb istiqamətində) 6 km, eni isə 2-2,5 km-dir.
Adaların ətrafında kiçik adacıqlar yerləşir (1-1,5 km məsafəyə qədər) və bu iki ada arasında dərinliyi 2-4 metr olan dayazlıq var. 1952-ci ildə Sovet ordusu tərəfindən adacıqların üzərində iki adanı birləşdirən sədd tikilmişdir.
Hər iki adanın şimalında, eləcə də, Vyayke-Pakri adasının şərqində əhəngdaşı yamacları var. Baltik qlintinin bir hissəsi kimi Suur-Pakridə onların hündürlüyü 4 metrə, Vyayke-Pakridə 13 metrə çatır.[1] Hər iki ada əslində Şimali Estoniyadakı əhəngdaşı tavasının bir hissəsidir.[3]
İkinci dünya müharibəsindən öncə adalarda beş kənd vardı: Suur-Pakridə üç, Vyayke-Pakridə iki kənd.
Suur-Pakri[2]
Vyayke-Pakri[2]
Adalar beş İsveç ailəsinin qərb adasını Padize monastırından aldıqdan sonra 1345-ci ildə məskunlaşılıb.[1] 1934-cü ildə Estoniyada keçirilən siyahıyaalmaya görə adalarda 354 nəfər yaşayırdı: hamısı demək olar ki, isveçli idi, lakin 13-ü alman idi.[4] Adalarda 5 kənd, 119 ev, kiçik xalq muzeyi (1935-ci ildə açılıb, 1940-cı ildə bağlanılıb) yerləşirdi, hər adanın öz kilsəsi və məktəbi vardı. Molotov-Ribbentrop paktının imzalanmasından və SSRİ-nin atdığı addımlardan sonra adaların bütün əhalisi köçürüldü və adalarda SSRİ ordusunun hərbi bazası quruldu. Pakri isveçlilərin çoxu Estoniyanın nasistlər tərəfindən işğalı dövründə 1944-cü ilə qədər İsveçə köçdülər. İkinci dünya müharibəsindən sonra Vyayke-Pakri adasının 1965-ci ilə qədər çox az sakini vardı.[5] Adalar Sovet erası dövründə 1992-ci ilə qədər Varşava Müqaviləsi Təşkilatı ölkələri tərəfindən poliqon kimi istifadə olundu.[1]
1994-cü ildə Estoniyanın adalara nəzarətini bərpa etməsindən sonra əsas məqsəd adaları bombalardan təmizləmək oldu. Minlərlə partlayıcı maddə məhv edildi. Bu proses 1997-ci ilə qədər davam etdirildi.[6]
Adaların şimal hissələri və Vyayke-Pakri adasının cənubu 1998-ci ildə əhəngdaşı quruluşlarını, nadir növləri və alvarları qorumaq üçün qurulmuş Pakri Təbiət Mühafizə Bölgəsinə daxil edildi.[7] 2004-cü ildə onillər sonra ilk dəfə adalarda bir nəfər daimi məskunlaşdı: İkinci dünya müharibəsində bu adalarda doğulmuş bir şəxs ailəsinin fermasını bərpa etməyə başladı.[8] 2009-cu ilin axırına qədər adaların əhalisi 6 nəfər idi.[9]