Pal küçəsinin oğlanları (novella)

Pal küçəsinin oğlanları (mac. "A Pál utcai fiúk", 1906) – macar yazıçısı Ferens Molnar tərəfindən yazılmış və ilk nəşri 1906-cı ildə olmuşdur. Hamının gözlədiyindən fərqli olaraq, cəsarətli addım ata bilən oğlan uşağı haqda psixoloji əsərdir.Macarıstanda erməni hərbçisini qətlə yetirdiyi üçün həbsdə olan (2006-2012) Azərbaycan zabiti Ramil Səfərov macar dilindən tərcümə etdiyi novellalardan məhz biridə budur [1].

Pal küçəsinin oğlanları
mac. A Pál utcai fiúk
Janr Novella
Müəllif Ferens Molnar
Orijinal dili Macar dili
Nəşr ili 1906
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əsərdən seçilmiş hissələr

[redaktə | mənbəni redaktə et]
  • Vəziyyəti başa düşmək üçün EİNSTAND-ın nə olduğunu bilmək lazımdır. Bu Peştli uşaqların öz aralarında istifadə etdikləri bir söz var idi. Belə ki, əgər fiziki cəhətdən güclü olan, həndəvərində özündən daha zəif və çəlimsiz uşaqların kürə-kürə və ya top oynadıqlarını görərsə, onların kürələrini, toplarını və ya digər oyun alətlərini əllərindən almaq istəyərsə, sadəcə olaraq onlara yaxınlaşaraq EİNSTAND deməsi kifayət idi. Qulağa bir o qədər də xoş gəlməyən bu almanca kəlmə, güclü olanın oyun alətlərini bir döyüş qəniməti olaraq qəbul etdiyini, bu uğurda davaya hazır olduğunu və ona qarşı çıxanların isə döyülməyi göz altına almalarını anladırdı. Bir sözlə, EİNSTAND müharibə elan etmək demək idi. Eyni zamanda, bu kəlmə mühasirəyə almağın, fiziki güc tətbiq etməyin, zorakılığın, quldurluğun kəsə yoldan izahında istifadə olunur.
  • Meydança! Siz, Böyük Macar Ovalığının gümrah, bəxtəvər məktəbliləri! Gözoxşayan düzənlikləri seyr etmək, insanın ruhuna hüzur bəxş edən mavi asimanın ənginliyini duymaq üçün sadəcə bir addım ataraq evinizdən bayıra çıxmağınız kifayətdir. Sizin gözləriniz uzaq məsafələrə, geniş üfüqlərə baxmağa öyrəncəlidir. Hündür beton yığını binaların arasında sıxlaşıb qalmadığınıza görə, Budapeştli uşaqlar üçün boş bir Meydançanın nə demək olduğunu başa düşə bilməzsiniz. Onlar üçün bu boş ərazi, ovalıq, düzənlik, çəmənlik deməkdir. Bir tərəfi sınıq-salxaq taxta hasarla, digər tərəfi isə binaların meydana gətirdiyi beton divarla çevrələnmiş bu bir qarış torpaq sahəsi onlar üçün ədəbiyyətin, azadlığın təcəssümü deməkdir.
  • Sadəcə quyruğunu tərpətdi. Hər halda heyvanlar aləmində onun bu hərəkəti, eynilə bizim bir tanışımızın yanından ötüb keçərkən əlimizi bir az qaldırmağımız kimi başdansovdu bir həərəkət sayılırdı.
  • Özünü cəzalandırmaqla hamının hüzurunda əsl kişilik nümayiş etdirmiş və bu hərəkəti ilə digərlərinə nümunə olmuşdu. Belə nümunəvi davranışı heç latın dili dərsində də eşitmək mümkün deyildi, halbuki latın dili dərsi əvvəldən sona qədər qədim romalıların qəhrəmanlıqlarından bəhs edirdi. Amma nəticədə Boka da bir insan idi.
  • - Deməli, eynilə həqiqi hərbçilər kimi bunlar da müharibəyə başlamaq üçün bəzi səbəblər tapmışdılar. Rusların dənizə ehtiyacı var idi və bu səbəbə görə də Yaponiyaya müharibə elan etmişdilər. Qırmızıköynəklilərin də futbol oynamaq üçün Meydançaya ehtiyacları vardı və başqa çıxış yolu qalmadığına görə bu ehtiyaclarını döyüşərək təmin etmək istəyirdilər.
  • Adətən ən səfeh adam eyni zamanda ən gəvəzə adam olur.

- Budur mastika, – dedi. - Yaxşı, axı bu, nə işə yarayır? – deyə müəllim soruşdu. - Bu bir növ yapışqandır, Pəncərəyə şüşə taxmazdan əvvəl bu mastikanı çərçivəyə sürtürlər ki, şüşə yerindən oynayıb laxlamasın. Biz də pəncərələrdən dırnağımızla qopardırıq. - Bunu sən qopartmısan? - Xeyr, təşkilatımızın mastikasıdır. Müəllimin gözləri az qala hədəqəsindən çıxacaqdı. - Necə yəni? Vaysın cəsarəti bir az da artdı. İzah etməyə başladı: - Bunu təşkilatımız üzvləri yığıblar. İcra komitəsi də mənə əmanətetdi ki, mühafizə edim. Məndən öncə Kolnay mühafizə edirdi, çünki maliyyə işlərinə o baxırdı. Amma mastika ondaykən həmişə quruyardı, çünki qətiyyən çeynəməzdi. - Üstəlik bunu çeynəmək də lazımdır? - Bəli, yoxsa quruyar. Sərtləşdikdən sonra əzmək mümkün olmur. Mən hər gün çeynəyirəm. - Yaxşı, niyə məhz sən? - Çünki nizamnamədə göstərilir ki, təşkilatın sədri gün ərzində ən azı bir dəfə çeynəməlidir. Əks təqdirdə tez bir vaxtda quruyar.

  • Bu bir qarış qeyri-məhsuldar, kələ-kötür şəhər ərazisi, iki binanın arasında sıxılıb qalmış kiçik düzənlik, körpə ruhlar üçün əbədiyyətin, azadlığın təcəssümü idi. Bu kiçik torpaq sahəsi səhərlər Amerikanın geniş çöllərini, günortadan sonra Böyük Macar ovalığını, yağış yağdığı zaman dənizi, qış aylarında isə Şimal Qütbünü əvəz edirdi. Bir sözlə, bu kiçik sahə sırf onları əyləndirib razı salmaq üçün arzuladıqları istənilən məkana çevrilə bilən səmimi bir dost idi.
  • Boka kifayət qədər ağıllı oğlan idi. Amma insanların bir-birlərindən fərqli olduqlarını və bu fərqi duymaq üçün iztirab çəkməyin labüd olduğunu hələ dərk etmirdi.
  • Bir az bundan əvvəl oğlum evə ağlayaraq gəldi. Nə qədər dil töksəm də, nə baş verdiyini mənə demədi. Axırda məcbur oldum, bir az danladım və bu qədərini dedi ki, onu satqınlıqda ittiham etmisiniz. Mən də ona dedim ki, “Bu dəqiqə şlyapamı da götürüb gedirəm həmin uşaqların yanına. Onlarla danışacam və bunun doğru olub-olmadığını soruşacam. Əgər doğru deyilsə, o zaman onlardan tələb edəcəm ki, gəlib səndən üzr istəsinlər. Yox əgər dedikləri doğrudursa, onda gör sənin başına nə oyun açacam. Çünki sənin atan bütün həyatı boyunca öz şərəfini hər şeydən üstün tutub və o qətiyyən öz oğlunun dostlarını satmasına göz yuma bilməz”.
    "Pal küçəsinin oğlanları" heykəli, Budapeşt
  • - Adımı balaca hərflərlə yazdılar…mənim yazıq, şərəfli, balaca adımı balaca hərflərlə yazdılar…
  • - Sən deyəndə ki: “Qoçaq oğlansan, Gereb” yaman sevindim. Amma “Hər şeyə baxmayaraq, qoçaq oğlansan, Gereb” sözü mənə çox ağır gəldi.ss
  • Barabas, üzv: Sədrin haqqı yoxdur seçiciləri təhqir edib, onlara ağır söz desin.

Sədr: Var! Barabas, üzv: Yoxdur! Sədr: Var! Barabas, üzv: Yoxdur! Sədr: Yaxşı, sən deyən olsun! Gündəlikdə başqa məsələ olmadığına görə sədr iclası qapalı elan etdi. İmzalar: Lejik, katib. Kolnay, sədr. Sədrin qeydi: Mən hələ də bunun bir donuzluq olduğunu düşünürəm.

  • Bu yaşam deyilən şey nə olan hikmətdir? Bəzən sevinclər verən, bəzən də içimizi ağrılarla dolduran, köləsi olduğumuz bu həyat nəyin möcüzəsidir belə?..[2]

Ekranlaşdırılması

[redaktə | mənbəni redaktə et]
  • Pal küçəsinin oğlanları -(mac. "A Pál utcai fiúk") səssiz film, rejissor: Bela Balok, 1924 [3]
  • No Greater Glory- rejissor: Frank Borzeyq , 1934 [4]
  • Pal küçəsinin oğlanları –(it. I ragazzi della via Paal) rejissor: Alberto Mondadori və Mariyo Moniçelli, 1935 [5]
  • Pal küçəsinin oğlanları- rejissor: Zoltan Fabri, 1969 [6]
  • Pal küçəsinin oğlanları- (it. I ragazzi della via Paal) rejissor: Maurizio Zakkaro, 2003 [7]
  • Pal küçəsinin oğlanları- rejissor: Ferens Török, 2005 [8]
  1. ""Pal küçəsinin oğlanları" Ramil Səfərovun macar dilindən tərcümə etdiyi kitabın təqdimatı". 2020-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-19.
  2. "Pal küçəsinin oğlanları" (PDF). 2021-11-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-12-19.
  3. A Pál-utcai fiúk (1925) IMDB
  4. No Greater Glory (1934)
  5. The Boys of Via Paal (1935)
  6. The Boys of Paul Street (1968)
  7. I ragazzi della via Pál (2003)
  8. A Pál utcai fiúk (2005)