Palaeeudyptes klekowskii (lat.) — Pinqvinlər dəstəsinə daxil olan nəsli kəsilmiş növ. Palaeeudyptes cinsinə daxildir. Ancaq ölçü baxımından İmperator pinqvinindən dəfələrlə böyük olmuşdur.
Palaeeudyptes klekowskii | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Palaeeudyptes klekowskii |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Qalıqlar üzərində aparılar araşdırmalar göstərir ki, onların yaşaması ilkin Eosen dövrünə təsadüf edir. Bu canlıların qalıqlarına Antarktik yarımadası yaxınlığında yerləşən Seymur adasından tapılmışdır[1], P. klekowskii növü ilk əvvəllər müstəqil növ olaraq qəbul edilmirdi. Ölçü baxımdan onun Palaeeudyptes gunnari (Wiman, 1905) və P. klekowskii (Myrcha, Tatur & del Valle, 1990) növlərinə bənzədilməsinə baxmayaraq tapılan çoxlu sayda tapıntılar fərqlilikləri aşkara çıxartmağa imkan vermişdir[2].
2014-cü ilin əvvəllərində La-Plata muzeyinindən olan doktor Karolina Akosta Ospitaleç Seymur adasında P. klekowskii növünə aid olan olan çoxlu sayda sümük aşkarlamışdır[3][4][5]. Bir müddət sonra isə pinqvinləri qanad və araqlarına aid sümüklər tapılır. Onlar 9,1 sm olmuşdur. Tapılaq qalıqlar əsasında olu demək olar ki, bu növün dimdiyindən ayaqlarına qədər uzunluğu 2,01 m-dir. Bu canlılar ehtimallara görə suyun altında 40 dəqiqə qala bilirmiş[6]. Onların çəkisi 115 kq təşkil edirdi[7]. Ancaq dünyada ən nəhəng ucaq quşu olan Pelagornis sandersi kəşf etmiş Den Ksepk bu ölçülərin effektivsizliyini bildirmişdir[8].