Palaye Royale — 2008-ci ildə Las-Veqasda qurulan Amerikan rok qrupu. 2008-ci ildə 3 qardaş, Reminqton, Sebastian və Emerson tərəfindən qurulmuşdur. Fəaliyyətlərinə "Kropp Circle" adı ilə başlayan qrup 2011-ci ildən sonra adlarını Palaye Royale olaraq dəyişdirdi.
Kropp Circle ilk qurulduğu zaman Sebastianın 16, Reminqtonun 14, Emersonun isə 12 yaşı var idi. Onların anası bir dostunun məsləhəti ilə qardaşların məktəbi yarıda buraxmaqlarına və musiqi karyeralarına başlamaqlarına icazə verir.[1] 2011-ci ilin yayında isə qrup adını Palaye Royale olaraq dəyişir və bu adla fəaliyyətini davam etdirir.
2015-ci ilin dekabrında qrup Sumerian Records ilə sözləşmə imzalayır və fəaliyyətlərinə bu leybldə davam edirlər. 24 iyun 2016-cı ildə Boom Boom Boom(Side A) adında ilk albomlarını yayımladılar.[2] Albom, 13 mahnı və 2013-cü ildə yayımlanmış EPdən (Get Higher və White) ibarətdir. 2018-ci ildə isə dünya turundan cəmi 1 həftə öncə Boom Boom Boom(Side B) — ikinci albomlarını yayımladılar.
29 may 2020-ci ildə Palaye Royale 3-cü albomunu, The Bastardsı yayımladı. 2021-ci ildə yeni bir eranın başlayacağını bildirdilər. İyulun doqquzunda "No Love in LA" və "Punching Bang" sinqlları bütün musiqi platformalarında yayımlandı.[3] 11 Oktyabr "Paranoid" sinqlı yayımlandı.[4] Albomun adının "Fever Dream" olacağını rəsmi olaraq 16 noyabrda, intervyuda bildirdilər və daha sonra qrupun Twitter hesabında bu barədə post paylaşıldı. 3 avqustda Fever Dream Avropa turu elan edildi.
1 dekabr "Dead to Me" sinqlı yayımlandı və qrup 8 dekabrda Sextape adlı EP yayımlayacaqlarını bildirdi.[5]
12 yanvar 2024-cü ildə Palaye Royale "umakemenotwannadie" adlı sinqlını yayımladı. Yanvarın 19u isə Songs For Sadness adlı EP yayımladılar.[6]