Palikir (ing. Palikir) — Mikroneziya Federativ Ştatlarının paytaxtı. Palikir ölkə paytaxtı statusunu 1989-cu ildə qazanıb. Ona qədər paytaxt Kolonia şəhəri idi.
Palikir şəhəri Sakit okeanda, vulkan mənşəli Ponpei adasında yerləşir.
2004-cü il məlumatına görə Palikirdə 9 min nəfər əhali yaşayır. Əhali əsasən mikroneziyalılardır. Rəsmi dil ingilis dilidir. Yerli əhali çuukeze, ponpey, kosraen, yapese və digər yerli dillərdə danışır. Əhalinin çoxu xristianlardır: protestantlar (47 %) və katoliklərdir (50 %).