Palingen, palingenez - əvvəlcədən əmələ gəlmiş süxurların yüksək təzyiq və temperatur şəraitində, yəni ultrametamorfizm prosesinin müşayiəti ilə "in situ" yerindəcə əriməsi və yeni tərkibli maqmanın yaranma prosesi. Bəzi mütəxislər bu prosesi anateksis kimi şərh edir. Palingen prosesi nəticəsində yaranan qranitoidlərin tərkibi əriməyə məruz qalmış süxurların tərkibinə müvafiq olur. Anateksis və palingenez proseslərini fərqləndirmək mümkün olmayanda hər iki termin birgə işlədilir, məsələn, palingen-anatektik mənşəli qranitlər, qranodioritlər və i.a.