Pallas murdarçası

Pallas murdarçası (lat. Rhamnus pallasii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin murdarça cinsinə aid bitki növü.

Pallas murdarçası
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Şimali Qafqazda təbii halda yayılmışdır.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 1-2 m olan alçaq boylu koldur. Gövdəsi çoxlu tikanlı budaqlardan ibarətdir. Yarpaqları ensiz, xətvari, neştərvari, eni 1,5-5 mm, saplaqlı, ucu biz, alt tərəfi ensizdir. Yarpaq saplağı qısadır. Çiçəkləri 4 hissəli, yaşımtıl rənglidir, yarpaqların qoltuğundan çıxan 10-12 ədəd çiçək qrupunda yerləşir. Ləçəkləri xırdadır və ya yoxdur. Sütuncuğu 2-3 bölümlüdür. Meyvəsi 4 mm-ə yaxın olan şarvari və ya tərs yumurtavari çəyirdək meyvədir, şirəli ara və ya quru təhər qəhvəyi rəngdədir. Çəyirdəyi 2-3 olmaqla qara rəngli, uzunluğu 3-mm-ə qədərdir. İyun ayında çiçəkləyir, meyvəsi oktyabr ayında yetişir.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Quraqlığa davamlı, isti və işıqsevən bitkidir.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Böyük və Kiçik Qafqaz, Talış və Naxçıvan MR-da təbii halda rast gəlinir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Bir çox forma müxtəliflikləri vardır. Yaşıllaşdırmada istifadə oluna bilər.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]