Palm-Sprinqs (film, 2020)

Palm Sprinqs — Endi Siaranın yazdığı, Maks Barbakovun rejissorluq etdiyi 2020 -ci il istehsalı olan elmi fantastik romantik komediya filmi. Filmin baş rollarında Endi Semberq (filmin ortaq prodüseri), Kristin Milioti və Cey Key Simmons çəkilib. Palm Sprinqsdəki toy mərasimində tanış olan iki şəxsin zaman döngəsində ilişib qalmaları göstərilir.

Palm Sprinqs
ing. Palm Springs
Janr komediya filmi
Rejissor Maks Barbakov
Prodüserlər Endi Semberq
Akiva Şaffer
Beki Sloviter
Corma Takkone
Kris Parker
Daylan Sellers
Ssenari müəllifi Endi Siara
Baş rollarda Endi Semberq
Kristin Milioti
Cey Key Simmons
Bəstəkar Metyu Kompton
Montajçı Metyu Fridman[d]
Distribütor Mozinet[d][1], Hulu[d], Neon[d]
İlk baxış tarixi 26 yanvar 2020 (Sandens)
10 iyul 2020 (ABŞ)
4 mart 2021 (Honq Konq)
Müddət 90 dəqiqə
Büdcə $5 milyon
Gəlir $1.5 milyon
Ölkə ABŞ
Dil ingilis dili
IMDb ID9484998

Palm Sprinqs filminin ilk təqdimatı 26 yanvar 2020-ci ildə Sandens Film Festivalında oldu, eyni vaxtda Hulu-da və 10 iyul 2020-ci ildə Neon tərəfindən seçilmiş kinoteatrlarda nümayiş olundu. Film aktyor heyətinin roluna və konseptdən istifadəsinə görə yüksək qiymətləndirildi. 78-ci Qızıl qlobus mükafatlarında iki nominasiya qazandı: Ən Yaxşı Film – Musiqili və ya Komediya və Ən Yaxşı Film Aktyoru. Digər mükafatlar arasında 26- cı Tənqidçilərin seçimi mükafatlarında ən yaxşı komediya mükafatını qazandı.

  1. http://nmhh.hu/dokumentum/198182/terjesztett_filmalkotasok_art_filmek_nyilvantartasa.xlsx.