Palos burnu

Torinyan burnu (isp. Cabo de Palos}}) — İspaniyanın cənub-şərqində yerləşən burun. İnzibati baxımından Mursiya vilayətinin Kartahena inzibati vahidliyinə daxildir. Burun Avropa materikinin ən böyük laqunu olan Mar-Menor və qumlu La-Manqa dilindən cənub-şərqindəyerləşir[1]

Palos burnu
Yerləşməsi
37°38′04″ şm. e. 0°41′24″ q. u.HGYO
Akvatoriya Aralıq dənizi
Ölkə  İspaniya
Palos burnu xəritədə
Palos burnu
Palos burnu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bueun qayalıdır və Kordiler-Bekita dağ sisteminin şimal qutaracağını təşkil edir. Palos Kosta-Kalidanın bir hissəsi olsa belə onun sahilləri daşlı və sıldırımlıdır. Burundan şərqdə Ormiqas adası yerləşir (Islas Hormigas)[2]

Hələ antik dövrdə Böyük Plini və Postumius Festus Avienus burunda Ball Hamon məbədinin olması haqqında məlumat vermişdir. Roma və Karfagen anlaşmalarında əsrarəngiz burunlardan biri olaraq adı keçir. XVI əsrdə İspaniya kralı II Filipp Bərbər dəniz quldurlarından qorunmaq məqsədi ilə burada istehkam inşa etdirmişdir. 31 yanvar 1865-ci ildə burunda mayak inşa edilmişdir[3]

Burun iki dəniz döyüşünün baş verməsi baxımından xatırlanılır. Birinci döyüş 19 iyun 1815-ci ildə Bərbərlərlə müharibədə, ikincisi isə 5–6 mart 1938-ci ildə vətəndaş müharibəsi zamanı baş vermişdir[4][5]

  1. Guia de Cabo de Palos Arxivləşdirilib 2009-04-15 at the Wayback Machine Arxivləşdirilib 2009-04-15 at the Wayback Machine
  2. "Cabo de Palos y las Islas Hormigas". 2013-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-10.
  3. "Faro de Cabo de Palos". 2014-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-10.
  4. "Combate del Cabo de Palos. El hundimiento del crucero Baleares". 2012-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-10.
  5. "Guia de Cabo de Palos". 2009-04-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-10-10.