Pambıqçı FK (Bərdə)

Pambıqçı FK — və ya rəsmi adı ilə Pambıqçı Futbol Klubu. Azərbaycanın Bərdə şəhərini təmsil etmiş futbol klubudur. 1981-ci ildə Rüstəm Səfərəliyevin təşəbbüsü ilə yaradılmış,[1] 1997-ci ildə isə büdcənin zəifləməsi səbəbi ilə fəaliyyətini dayandırmışdır.[2]

Pambıqçı FK
Loqonun şəkli
Klubun tam adı Pambıqçı Futbol Klubu
Ölkə Azərbaycan
Ləqəb(lər) Pambaqçılar
Kodu PFK
Rəng(lər)         
Yaranma tarixi 1981
Bağlama tarixi 1997
Stadionu Bərdə şəhər stadionu
Koordinatlar 94CM+WQ

1978-ci ildə stadionun bünövrəsi qoyulmuşdur. Hansı ki, Azərbaycanın gələckdə var olacaq güclü klubların birinin başlanğıcı idi bu stadion. 1980-ci ildə isə artıq "Pambıqçı" klubu yarışlarda iştirak etməyə başladı. 1992-ci ildən isə Azərbaycan çempionatlarında iştirak etməyə başlayan klub, rəqbləri qarşısında əzmkar qələbələrlə ön plana çıxdı.

Müxtəlif zamanlarda həmçinin "Qarabağ Bərdə FK" adı altında da fəaliyyət göstərmişdir.

Lakin 1997-ci ildə klubda maliyyə problemləri özünü bruzə verməyə başladı. Beləcə klub Azərbaycanın fəaliyyətini dayandırmş futbol klubları siyahısına daxil oldu.

Yenidən fəaliyyətini bərpa etmək üçn ün bir ümidi olsa da, stadionun təmirə möhtac vəziyyətdə qalması öz növbəsində klubun yenidən fəaliyyət göstərməsinə maniə olur.

KLubun veteran futbolşusunun bildirdiyinə görə 5,000 nəfər və ya daha çox azerkeşlə "Pambıqçı" klubu hər zaman digər klublara nisbətən daha çox sevilirdi. Hətta Birinci Qarabağ müharibəsi dövründə stadiona oyunu seyr etməyə gələnlərin sayı kifayət qədər olurdu.[3]

Emblemin anlamı

[redaktə | mənbəni redaktə et]
"Pambıqçı Bərdə" futbol klubu "Qarabağ Bərdə" futbol klubu adı altında da fəaliyyət göstərmişdir.

Klubun emblemi qalxan şəkillidir. Üst hissəsində yaşıl fon rənginin arxasında klubun adına, sol hissəsində mavi fon rənginin üstündə pambıq şəklinə yer verilmişdir. Həmçinin ortasında qırmızı fonda təmsil etdiyi bolgənin adı, sağ hissəsində isə sarı fon rəngi aüstündə futbol topun yer verilmişdir.

Adından bəlli olduğu kimi bərdə rayonunda pambıqçılığa xüsusi önəm verlilir. Klubun emblemində də bambığın yer alması təəccüblü deyil.

Həmçinin klub ad dəyişikliyinə gedən zaman da emblemində böyük bir dəyişiklik görmək mümkün olmadı. Belə ki, dəyişən sadəcə klubun üst hissəində yer alan ad oldu.