Çay qaraquşu (lat. Pandion haliaetus) — qaraquş cinsinə aid quş növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.[3]
Çay qaraquşu | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
???: Çay qaraquşu |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
(I-KR). Kritik vəziyyətdədir, nəslinin kəsilmə təhlükəsi var.
İri və səssiz yırtıcıdır. Bel tərəfi qaramtıl, qarın tərəfi ağdır. Döşündə tünd rəngli köndələn zolaq var. Gözlərindən boynuna tünd rəngli enli zolaq uzanır. Başının üstü çirkli-ağdır. Quyruğunun ucu düz qurtarır.
Geniş yayılıb: Avropa, Asiya, Şimali Afrika, Yeni Zelandiya. Azərbaycanda Xəzərin sahilində və Kür-Araz düzənliyində olur.
Hündür ağacları, şəffaf suyu və bol balığı olan su hövzələrinin sahilində yaşayır. Azərbaycana nəsil verməyə gəlir, apreldən oktyabra qədər olur. Hər cütün ayrıca yuva sahəsi olur. Ağacda, bəzən qayada böyük yuva tikir, 2-3 yumurta verir. Avqustda balaları pərvaz olur. Balıq yeyir və balalarına da balıq yedizdirir. Şəffaf suda balığı tez tapır və dərhal özünü suya daş kimi atıb, 2-3 kq-a qədər olan şikarını caynağında çıxarır.
ХIХ əsrdə adi saylı, ХХ əsrin 80-ci illərində nadir olub, 90-cı illərdə nəslinin kəsilməsi qorxusu yaranıb, cəmi 14 cüt qalmışdı. Son 10 ildə kritik vəziyyətə düşüb, cəmi 6 cüt qalıb. Kürqırağı tuqay meşələrində, Lənkəran düzənliyində, o cümlədən, Qızılağac Dövlət Təbiət Qoruğunda nəsil verməkdən məhrum olub.
Düzənlik meşələrinin qırılması, tuqay meşələrinin kəskin transformasiyası, qanunsuz ovçuluq, yem bazasının zəifləməsi və zəhərlənməsi, texnosferin genişlənməsi (səs-küyün çoxalması).
Ovlanması qadağandır. Azərbaycan Respublikasının və Naxçıvan MR-in Qırmızı kitablarına daxil edilib. Beynəlxalq ticarəti yasaqdır. CİTES, Bern və Bonn konvensiyalarına daxil edilib.
Yuvası olan yerlərin tapılıb təbiət abidəsi statusu ilə qorunması, yem bazasının qorunub saxlanılması, kritik vəziyyətdə olmasının xalqa çatdırılması, süni şəraitdə yetişdirilib təbiətə buraxılması.
1. Mustafayev Q.T., Sadıqova Н.А. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 121;
2. Mustafayev Q.T.,Sadıqova Н.А. və b. Azərbaycanın qızılquşkimiləri və Qırmızı kitab // “Biologiyada elmi nailiyyətlər” mövzusunda Respub. elmi konf. mat-rı., Bakı, BDU, 2009, s. 290-292;
3. Гамбаров К.М. Материалы по орнитофауне восточной части южного склона Главного Кавказского хребта и прилегаюшей низменности // Тр. Института Зоол. Азерб. ССР. Баку, 1954, том XVII, с. 71;
4. Мустафаев Г.Т., Садыгова Н.А. Состояние численности соколообразных птиц в Азербайджане // Мат-лы Республ. Науч. Конф. “Современные проблемы биологии”. Баку, БГУ, 2001, с. 101-102.
5. Azərbaycan Respublikasının "Qırmızı Kitab"ı (II nəşr). Quşlar bölməsi.