Paniran rəngləri — İrandilli xalqların ortaq mənşəyini simvollaşdıran rənglər toplusu. Onlara əsas olaraq qırmızı, ağ, yaşıl və bəzən sarı və ya qızıl rəngləri daxildir. Onlar əksər İrandilli dövlət və xalqlarının bayraqlarında istifadə olunan rənglərdir.[1][2][3]
Paniran rənglərinin kökü antik dövrlərdən qaynaqlanır. "Avesta"ya görə, qədim İran cəmiyyətinin tam azad əhalisi hər biri müəyyən rənglə bağlı olan üç sinfə bölünürdü:[4]
Pamir icmasında bu günə qədər qırmızı rəng xoşbəxtlik, rifah və sevinc, ağ rəng saflıq və aydınlıq, yaşıl rəng isə gənclik və firavanlıq anlayışlarını simvollaşdırır. [6]
Qırmızı, ağ və yaşıl rənglərdən istifadə ənənəsi Əhəmənilər imperiyasında yaranmışdır və o vaxtdan da davam etdirilir.[7]