Pankisi vadisi böhranı — 2000-ci illərin əvvəllərində Gürcüstanda meydana gələn hərbi səviyyəli siyasi böhrandır.[1] Gürcüstan Rusiya və ABŞ tərəfindən Pankisi vadisindəki Əl-Qaidə təhdidlərini dəf etmək üçün təzyiq altında idi.
Pankisi vadisi böhranı | |
---|---|
Yeri | |
|
Əbu Musab əz-Zərkavinin Əl-Qaidənin varlığının güclü olduğu Çeçenistana baxmayaraq, niyə Pankisi vadisinə köçməyi seçdiyi bilinmirdi.[2] 2003-cü ilin əvvəllərində İraq müharibəsi zamanı Birləşmiş Krallıq, Fransa və İspaniyada yüzlərlə Şimali Afrika mənşəli şəxs (əsasən, əlcəzairli) risin və digər kimyəvi silah hazırlamaqda ittiham edildi.
Sergey İvanov İspaniya şübhəlilərinin Pankisi vadisində Əl-Qaidə terrorçuları tərəfindən təlim gördüyünü və hətta, Usama Bin Ladenin Axmeta bələdiyyəsində bir yerdə gizlənmiş ola biləcəyini bildirdi.[3] Bundan əlavə, risin istehsal edən bir neçə Əl-Qaidə labarotoriyasının varlığı haqqında iddialar da var idi. Bununla birlikdə, risin istehsalı Gürcüstanda yetişdirilməyən böyük miqdarda Hind lobyası gərəkdirdiyindən iddialar əsaslı deyildi.[4]
ABŞ komandırlərin rəhbər olduğu gürcü terrorla mübarizə bölmələri onlarla ərəb yaraqlını vadidə zərərsizləşdirdi.[5] Əməliyyatın sürətli və şiddətli forması bölgədəki çeçen yaraqlıların gizlənməsinə səbəb oldu. Gürcülər və ABŞ vadini dolduran yaraqlılara ciddi təzyiq tətbiq edərək naməlum sayda yaraqlını ələ keçirdi.[6] 3 sentyabr 2003-cü ildə prezident Eduard Şevardnadze Gürcüstan təhlükəsizlik qüvvələrinin keçid üzərində tam nəzarəti bərpa etdiklərini elan etdi. Gürcüstan oktyabr ayının sonlarında bölgəyə nəzarət nöqtələri quraraq 1000 polis məmuru və təhlükəsizlik işçisini bölgəyə göndərdi.[7]
Gürcü səlahiyyətli şəxslər bundan əlavə, bir baqa Rusiya Federasiyası subyekti olan Çeçenistan və İnquşetiya yaxınlıqlarında olan sərhəd qüvvələrinin sayını artırmağı planladığını bildirdi.[8]
Rusya Gürcüstanı Çeçen döyüşçülərin sərhədi keçməsinə icazə verməklə ittiham etdi. 15 iyun 2003-cü ildə 15 çeçen yaraqlı daha bölgəyə girdi və iki mərtəbəli evə sığındı. Gürcü səlahiyyətli şəxslər 30-dan çox yaraqlının nəzarətə alındığını bildirdi.
Fransa 14 may 2004-cü ildə kimyəvi və bioloji silahlarla çalışan iki əlcəzairlini həbs etdi.[9] Gürcüstan əməliyyatın sonlandırıldığını elan etdi və 21 yanvar 2005-ci ilə qədər daxili qoşunlarını bölgədə saxladı.[10]
The detainee witnessed the ambush that killed Ibn al Khattab