Paolo Gentiloni

Paolo Gentiloni Silveri (it. Paolo Gentiloni Silveri; d. 22 noyabr 1954, Roma) — italyan siyasətçisi və dövlət xadimi. İtaliyanın baş naziri (12 dekabr 2016-cı ildən).

Paolo Gentiloni
it. Paolo Gentiloni Silveri
bayraq
İtaliyanın baş naziri
bayraq2
Vəzifədədir
12 dekabr 2016-cı ildən
PrezidentSergio Mattarella
ƏvvəlkiMatteo Rentsi
bayraq
İtaliyanın xarici işlər naziri
bayraq2
31 oktyabr 2014 – 12 dekabr 2016
ƏvvəlkiFederika Mogerini
SonrakıAncelino Alfano
bayraq
İtaliya deputatlar palatasın üzvü
Vəzifədədir
30 may 2001-ci ildən
Şəxsi məlumatlar
Doğum adı Paolo Gentiloni Silveri
Doğum tarixi (70 yaş)
Doğum yeri Roma,  İtaliya
Partiya İtaliya Demokrat Partiyası
Təhsili Roma Sapienza Universiteti
Fəaliyyəti siyasətçi, jurnalist
Dini katolik

İmzanın şəkli
paologentiloni.it
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
ABŞ Prezidenti Donald Tramp və Paolo Gentiloni, 20 aprel 2017-ci il

Paolo Gentiloni 22 noyabr 1954-cü ildə İtaliyanın paytaxtı Roma şəhərində anadan olmuşdur. Roma Sapienza Universitetinin siyasət fakültəsində ali təhsil almış və oranı jurnalist kimi bitirmişdir. 11 dekabr 2016-cı ildə İtaliya prezidenti Sergio Mattarella Matteo Renzinin istefasından sonra Paolo Gentiloniyə yeni hökumət formalaşdırmağı tapşırdı. 12 dekabr 2016-cı ildə Gentiloni baş nazir vəzifəsinin icrasına başladı. 10 yanvar 2017-ci ildə Fransua Olland ilə danışıqlardan sonra Parisdən qayıdarkən özünü pis hiss edən baş nazir Paolo Gentiloni Gemelli adlı Romadakı hospitala yerləşdirildi. Cərrahiyyə əməliyyatı zamanı tac damarları bərpa edildi.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Həyat yoldaşı Emanuele Mauro, övladı yoxdur. Lirik musiqini sevir, tennis və poker oynayır, ingilis, fransız və alman dillərini yaxşı bilir, piyada gəzməyi xoşlayır. (Vaskes Montalban)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  •  (ital.)  (ing.) Presidente del Consiglio dei Ministri Arxivləşdirilib 2017-05-22 at the Wayback Machine
  •  (ital.) Official page at the Italian Chamber of Deputies
  •  (rus.) "Паоло Джентилони стал новым министром иностранных дел Италии". РИА Новости. 2014-10-31. İstifadə tarixi: 2014-11-07.