Paolo Neqro

Neqro "A" Seriyasında 1990-cı il oktyabrın 28-də, 18 yaşı olarkən debüt edib. O, "Boloniya"da çıxış edirdi. "Rossoblu" ilə yanaşı, Paolo "Breşiya"da da təcrübə yığıb. Oradan isə 1993-cü ildə Romanı fəth etməyə gedib. Müdafiəçini "Latsio" gözaltı etmişdi. Neqro uzun illər paytaxtlılara sadiq qaldı. Bu illər ona "skudetto"nu, eləcə də həm daxili, həm də xarici arenada bir neçə kubok qazandırdı. Paolonun aktivində həmçinin İtaliya yığmasında 8 oyun var. O, "Skuadra Azzura"da debüt matçını 1994-cü il noyabrın 16-ca Xorvatiya millisi ilə keçirib. 2005/06-cı illər mövsümündə Neqro "Latsio"dan daha az tanınan "Syena"ya üz tutdu.

Paolo Neqro
it. Paolo Negro
Ümumi məlumatlar
Doğum tarixi (52 yaş)
Doğum yeri Artsinyano, İtaliya
Vətəndaşlığı İtaliya İtaliya
Boyu 182 sm
Çəkisi 73 kq
Mövqeyi mərkəz müdafiəçi
Klub haqqında məlumat
Klub karyerasını bitirib
Karyerası
Gənclik karyerası
1988—1990 İtaliya Breşia
Klub karyerası[* 1]
1990—1992 İtaliya Bolonya 1909 49 (0)
1992—1993 İtaliya Breşia 26 (1)
1993—2005 İtaliya Latsio 264 (19)
2005—2007 İtaliya Siena 50 (4)
Milli yığma[* 2]
1991—1994 İtaliya İtaliya (21 yaşlılar) 10 (2)
1994—2000 İtaliya İtaliya 8 (0)
Təltif və medalları
Avropa çempionatları
Gümüş Belçika/Niderland 2000

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

2006/07-ci illər mövsümü

[redaktə | mənbəni redaktə et]

20 oyunda meydana çıxan Paolo 3 qol vurdu. Özü də sonuncu hal həlledici turda baş verdi və "Syena" bu qol sayəsində "A" Seriyasında daha bir mövsüm çıxış etmək hüququ qazandı. Həm də Neqro "Latsio" ilə ev qarşılaşmasında fərqlənmişdi. O, matçın sonuna altı dəqiqə qalmış komandasının 2:1 hesablı qələbəsini təmin etmişdi.

Nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

İtaliya çempionu (2000), kubok (1998, 2000, 2004) və Superkubokun qalibi (1998, 2000), Kuboklar Kubokunun (1999) və Avropa Superkubokunun sahibi (1999).