Paolo Pulici (it. Paolo Pulici; 27 aprel 1950[1])[2] — Keçmiş italiyalı futbolçu. Mövqeyi hücumçu olub. Karyersını bitirdikdən sonra məşqçi kimi çalışıb.
Paolo Pulici | |
---|---|
Ümumi məlumatlar | |
Ləqəbi | Pupi, Puliciclone, Il gemello del gol |
Doğum tarixi | 27 aprel 1950[1] (74 yaş) |
Vətəndaşlığı | |
Boyu | 177 sm |
Çəkisi | 74 kq |
Mövqeyi | hücumçu |
Vikianbarda əlaqəli mediafayllar |
1966-cı ildə Paolo "Lenyaano" klubunda debut edərək burada bir mövsüm keçirir.
Bu komandada meydana çıxdığı yeganə oyununda "Torino" klubunun diqqətini cəlb edir. Futbolçu 1967-ci ildə "Torino" klubuna dəvət edilir.[2] Növbəti 15 mövsümü "Torino"da keçirərək klubun hücum xəttinin əsas oyunçusu çevrilir. Futbolçu "Torino"nun heyətində İtaliya çempionatda ortalama oyun başına 0.4 qol vurmaqla komandanın əsas bombardirlərdən biri olub. "Torino"da oynayarkən İtaliya Çempionluğu və İtaliya Kubokunu qazanıb. Paolo həm də "Torino"da üç dəfə İtaliya A Seriyası bombardiri olmağı bacarır.
1982/83 mövsümündə onun "Torino" məcaraları bitir və "Udineze" klubuna transfer olunur. Daha sonra "Fiorentina" klubuna keçir və karyerasını orada başa vurur.[3]
1969–1972-ci illərdə İtalyan gənc futbol komandasına çağırılır. İtaliya U21 komandasına 7 rəsmi görüşdə oynamış, 4 qol vurmuşdur.
1973-cü ildə ilk dəfə İtaliya yığmasının heyətində deburt edir. Milli komandadakı karyerası boyunca 19 matç keçiərək, 5 qol vurub. Milli komandanın tərkibində 1974-cü ildə Almaniyada və 1978-ci ildə Argentinada FIFA Dünya Kubokunda iştirak etmişdir.
Məşqçilik karyerasına oyunçu karyerasını başa vurduqdan dərhal sonra "Pyaçentsa" klubunda başlayıb..
Mövsum | Klub | Oyun | Qol |
---|---|---|---|
84/85 | Fiorentina | 20 | 2 |
83/84 | Fiorentina | 20 | 1 |
82/83 | Udineze | 26 | 5 |
81/82 | Torino | 27 | 5 |
80/81 | Torino | 22 | 9 |
79/80 | Torino | 23 | 3 |
78/79 | Torino | 20 | 10 |
77/78 | Torino | 28 | 12 |
76/77 | Torino | 29 | 16 |
75/76 | Torino | 30 | 21 |
74/75 | Torino | 23 | 18 |
73/74 | Torino | 25 | 14 |
72/73 | Torino | 29 | 17 |
71/72 | Torino | 26 | 5 |
70/71 | Torino | 23 | 3 |
69/70 | Torino | 24 | 0 |
68/69 | Torino | 6 | 1 |
67/68 | Torino | 0 | 0 |
66/67 | AC Legnano | 1 | 0 |
Cəmi | 402 | 142 |