Paprəvənd məscidi

Paprəvənd məscidi — XVIII əsrə aid tarix-memarlıq abidəsi, məscid. Azərbaycanın Ağdam rayonunun Paprəvənd kəndində yerləşir.

Paprəvənd məscidi
Xəritə
40°09′25″ şm. e. 46°50′29″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Ağdam,Papravənd
Sifarişçi Pənahəli xan
Tikilmə tarixi XVIII
Üslubu Arran memarlıq məktəbi
Vəziyyəti dağıdılıb
Rəsmi adı: İNV № 4045
KateqoriyaMəscid
ƏhəmiyyətiYerli əhəmiyyətli

Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Paprəvənd məscidi XVIII əsrdə Papravənd kəndində tikilib.[1]

Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar.[2] Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi.[3] Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi.[3][4] Paprəvənd məscidi də bu dövrdə ibadətə bağlanıb.

Birinci Qarabağ müharibəsi dövründə 1993-cü ildə Ağdam rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.[5] İşğaldan sonra bölgədəki tarix memarlıq abidələri o cümlədən yaşayış məskənləri dağıdılıb.[6] Təkcə Ağdam rayonunda yerləşən 135 tarixi abidədən 75-i dağıdılıb.[7] Paprəvənd kəndi və Paprəvənd məscidi də bu dövrdə tamamilə dağıdılıb.[8]

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə məscid, yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[9]

2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayıb.[10] 2020-ci il noyabrın 10-da imzalanmış İkinci Qarabağ müharibəsini yekunlaşdıran Qarabağ atəşkəs bəyanatına əsasən Ağdam rayonu eləcə də Paprəvənd kəndi noyabrın 20-də Azərbaycanın nəzarətinə qaytarılıb.[11]

Tamamilə yerli əhəng daşı tikilmiş məscid üç tağlı eyvandan və bir ibadət zalından ibarətdir.[1] Minarəsi olmayıb.[1] Eyvanın tağları mütənasib qamətli bir cüt daş sütunlara söykənir. Tavanı isə tağbənd şəklində tamamlanır. İbadət zalı kvadrat şəklindədir. Tavanı daxildən günbəz şəklində tamamlanıb.[12] Bayır tərəfdən isə günbəz iki yamaclı formaya salınıb. Məscidin bütün tərəflərdən divarının qalınlığı 1,15 metrdir.[13] Ümumi ölçüləri isə 9,2m x 12,54 metrdir.[13]

  1. 1 2 3 "Ağdam / Papravənd kənd məscidi". heritage.gov.az. İstifadə tarixi: 2024-101-15.
  2. Yunusov, Arif. Azərbaycanda İslam (PDF) (az.). Bakı: Zaman. 2004. səh. 140. ISBN 9952-8052-2-5. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  3. 1 2 Yunusov, Arif. Azərbaycanda İslam (PDF) (az.). Bakı: Zaman. 2004. səh. 141. ISBN 9952-8052-2-5. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  4. Ələsgərova, Nəsrin. "Ислам в Азербайджане: история и современность | Heinrich Böll Stiftung | Tbilisi - South Caucasus Region". ge.boell.org (rus). 2005-01-15. 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-04.
  5. Azerbaijan: Seven years of conflict in Nagorno-Karabakh. New York. Washington. Los Angeles. London. Brussels: Human Rights Watch. 1994. 35–54. ISBN 1-56432-142-8.
  6. Robert Parsons "Tug-of-war for Nagorno-Karabakh" Arxiv surəti 21 mart 2022 tarixindən Wayback Machine saytında

    Now, you stumble into the wretched misery of Agdam, once a city of 50,000 and famed for its orchards. It’s all but empty. Every single Azeri house in the town has been blown up to discourage return.

  7. Cəfərli, Azad. "Dövlət Xidmətinin rəisi: "Ermənilər Qiyaslı məscidini tamamilə dağıdıb, burada yalnız divarlar qalıb" - VİDEO". apa.az (az.). 2021-06-05. İstifadə tarixi: 2024-10-15.
  8. "Ağdam rayonunun Papravənd kəndi". Azərbaycan Dövlət İnformasiya Agentliyi. 2022-07-30. İstifadə tarixi: 2024-10-15.
  9. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  10. "İkinci Qarabağ müharibəsi: atəşkəsin pozulması halları - xronologiya". BBC News Azərbaycanca (az.). 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-15.
  11. "Ağdamın Paprəvənd kəndi". 525-ci qəzet. 2020-12-11. İstifadə tarixi: 2024-10-15.
  12. Qarabağlı, Rizvan. “Qarabağ dünən, bu gün və sabah” 8-ci elmi-əməli konfransının materialları / Qarabağın qədim məscidləri (PDF) (az.). Bakı: Qarabağ Azadlıq Təşkilatı. 2009. 196. ISBN 978-9952-29-040-8.
  13. 1 2 Əli, Orxan. "Qarabağdakı ibadət evləri: ermənilər indi orada donuz saxlayırlar". modern.az (az.). 2012-04-19. 2024-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-15.