Paqtıqan

Paqta (və yaPaqtıqan) - türk və altay xalq mədəniyyətində bir növ bərəkət mərasimi. Bu bayramın qoruyucu ruhu olan Baxtı Xan adına təşkil edilir.

Qoça, Saya, Payna, Paqta dördlü bir mərasim silsiləsi meydana gətirirlər. Bundan başqa Şumer ənənəsindən yaxın şərq və orta Asiyaya yayılan və bu sıralamaya uyğun düşən Narduqan bayramı bilinir.

(Bax/Bağ/Baq/Paq) kökündən törəmişdir. Güdən, gözləyən deməkdir. Baxmaq feli ilə eyni mənşəyə malikdir. Baxşi (şaman) sözü ilə də əlaqəli görünməkdədir.

Azərbaycan mədəniyyətində yeri

[redaktə | mənbəni redaktə et]

Azərbaycan xalq inancında Ay və Günəş sevgilidir. Onların sevgisi əbədidir, amma heç vaxt birləşə bilməzlər. Lakin gecə ilə gündüzün bərabər olduğu gündə bir-birinin üzünü görə bilirlər. Buna baxmayaraq, onlar yenə də görüşə bilmədən bir-birlərini itirirlər. Azərbaycan kəndlərində bu gecə müxtəlif oyunlar oynayırlar.

Sabantoy (Kotan Bayramı)

[redaktə | mənbəni redaktə et]

Sabantoy - türk, qazax və altay xalq mədəniyyətində payız bayramıdır. Sabantoy (Saban Şənliyi) payız gün dönümünde (gündüzlə gecənin bərabərləndiyi gündə) edilən bir bayramdır. Qazaxlarda payızın son isti günlərində "Altı Alaşı" (altı millət) və nümayəndələrini yığıb, onlara yemək vermə ənənəsi vardır. Bu yeməkdə at yarışı, güləş və kokpar təşkil edilər. İlin ən yaxşı və ən məhsuldar iş edən əkinçilərinə də hədiyyələr verilir.

Həmçinin baxın

[redaktə | mənbəni redaktə et]