Paraatletika təsnifatı

Para-atletika təsnifatı – paraatletika yarışlarında əlilliyi olan idmançıların bir-biri ilə yarışa bilməsini müəyyən edən sistemdir. Təsnifat ədalətli rəqabətə imkan vermək üçün oxşar fiziki qabiliyyət səviyyələrinə malik idmançıları qruplaşdırmaq üçün nəzərdə tutulub. Təsnifat Beynəlxalq Paralimpiya Komitəsi (IPC) tərəfindən yaradılıb və idarə olunur. Fiziki, görmə və əqli qüsurları olan insanlar Yay Paralimpiya Oyunlarında paraatletika yarışlarında iştirak etmək hüququna malikdirlər. Bu idman növü üçün təsnifat 1940-cı illərdə yaradılmışdır və uzun müddət tibbi göstərişə əsaslanan təsnifat sistemi olmuşdur. Təsnifat sistemi sonradan funksional qabiliyyətlərə, yəni idmançının faktiki imkanlarına əsaslanan sistemə çevrildi.

Hər bir təsnifat sinfində hərf və iki rəqəmdən ibarət kod var: "T" (track — qaçış zolağı) və ya "F" (field — açıq sahə) hərfləri idman növünün keçirilmə yerini, rəqəm isə fiziki qabiliyyət səviyyəsini ifadə edir. Atletika üçün mövcud BPK təsnifatları əlillik növünə görə aşağıdakı kimi qruplaşdırıla bilər:

  • T/F11–13 (görmə pozğunluğu)
  • T/F20 (əqli pozğunluq)
  • T/F31–34 (serebral iflic daxil olmaqla, hərəkət pozğunluğu olan idmançılar üçün əlil arabası yarışları)
  • T/F35–38 (serebral iflic daxil olmaqla, hərəkət pozğunluğu olan idmançılar üçün ayaq üstə yarışlar)
  • T/F40–41 (qısa boyluluq, cırtdanlıq da daxil olmaqla)
  • T/F42–44 (ayağın olmaması, əza çatışmazlığı olan aşağı ətraflar, ayaq uzunluğunda fərq, əzələ gücünün və ya hərəkət imkanlarının pozulması)
  • T/F45–47 (qol çatışmazlığı, əza çatışmazlığı olan yuxarı ətraflar, əzələ gücünün və ya hərəkət imkanlarının pozulması)
  • T/F51–57 (paraplegiya da daxil olmaqla bədənin aşağı hissəsinin qüsuru olan idmançılar üçün əlil arabası yarışları)
  • T/F61–64 (Əza çatışmazlığıayaq uzunluğu fərqi ilə əlaqədar aşağı ətrafların protezini istifadə edəm idmançılar)

Paralimpiya Oyunlarında paraatletika təsnifatı konkret idman növlərində kimin və hansı təsnifat sinfi daxilində yarışa biləcəyini müəyyən etmək üçün əsasdır. Bu təsnifat ədalətli rəqabətin yaradılması məqsədilə istifadə olunur. Paraatletika üzrə ümumi qaydalar əmək qabiliyyətli idmançılar üçün nəzərdə tutulmuş qaydalara əsaslanır.[1] Kor təsnifatlar funksional təsnifata deyil, tibbi təsnifata əsaslanır.[2]

Moskvada Əlillərin Məşğulluq Qabiliyyətləri üzrə Mərkəzi İnstitutda aparılan tədqiqatlar görmə qabiliyyətinin zəiflik səviyyəsinin hərəkət qabiliyyətinə də təsir etdiyini aşkar etmişdir. Bu, atletika yarışlarında mühüm rol oynayır.[3]

2012 (2012) tarixinə olan məlumata əsasən, fiziki, görmə və əqli pozuntuları olan şəxslər bu idman növündə yarışa bilərlər.[4]

Bu idman növü üçün təsnifat 1940-cı illərdə yaradılmışdır və onun erkən tarixinin çox hissəsi üçün tibbi göstərişə əsaslanan təsnifat sistemi tətbiq olunmuşdur. Bu dövrdəki təsnifata nümunə kimi L2 SCI göstərilə bilər ki, bu da aşağı ətraflarından başqa normal qabiliyyətlərə malik idmançılar üçün nəzərdə tutulmuşdu. Bu idmançılar ikiqat dizdən yuxarı amputantlara qarşı əlil arabası yarışlarında yarışa bilməzdilər, çünki onların funksional əlillikləri oxşar olsa da, tibbi göstərişləri eyni deyildi.[5] İlk əlil arabası yarışları 1952-ci ildə İngiltərədə, Stok Mandevil Xəstəxanasında keçirildi.[6] 1955-ci ilə qədər almanlar atletika yarışlarında təsnifata ehtiyac olduğunu başa düşdülər, çünki dizdən yuxarı hər iki ayağı amputasiya olunmuş şəxslərlə güclü bədənə malik idmançıların güllə atma kimi yarışlarda bir-birinə qarşı yarışmasını tələb etmək sistematik olaraq ədalətsizlik idi.[7]

1964-cü ildə Əlillər üçün Beynəlxalq İdman Təşkilatı (ISOD) yaradıldı. Onlar 27 sinifdən ibarət ilk rəsmi təsnifat sistemini yaratdılar. Bu, 1976 Yay Paralimpiya Oyunları üçün 12 sinfə, 1992 Yay Paralimpiya Oyunlarında isə doqquz sinfə endirildi.[8] 1960-cı illərin sonu və 1970-ci illərin əvvəllərində yaradılmış bir sıra "əlillik" təsnifatları problemli hesab olunurdu, çünki əlilliyi aydın şəkildə təsvir etmək və ədaləti təmin etmək məqsədilə yaradılan təsnifatların sayı rəqabətli tədbirlərin təşkilini çətinləşdirirdi.[9]

Barselona Oyunlarından sonra problem yaradan funksionallığın obyektiv müəyyən edilməsində problemlərə görə IPC 2003-cü ildə yeni təsnifat sistemini inkişaf etdirməyi planlaşdırdığını açıqladı. Bu təsnifat sistemi 2007-ci ildə qüvvəyə minib və Paralimpiya səviyyəsində iştirak etmək hüququ olan on müxtəlif əlilliyi müəyyən edib. Bu, təsnifatın hər idman növü üçün spesifik olmasını tələb edirdi və iki məqsədə xidmət edirdi. Birincisi, o, idman yarışında iştirak etmək hüququnu müəyyənləşdirir, digər tərəfdənsə, hər bir sinifdə iştirak etmək hüququna malik olan idmançı qrupları yaradırdı. IPC bu çərçivə daxilində öz təsnifat sistemlərini yaratmağı Beynəlxalq Federasiyaların öhdəsinə buraxdı, bir şərtlə ki, onların təsnifat sistemləri tədqiqat yolu ilə hazırlanmış faktiki vəziyyətə əsaslanan yanaşmadan istifadə etməli idi.[10] Funksional təsnifatlardan 2010-cu illərdə istifadə olunmağa davam edildi.[11] 2010-cu ildə IPC xüsusi olaraq fiziki qüsurlarla məşğul olan yeni IPC Atletika Təsnifat kitabçasını buraxacağını elan etdi. Bu təsnifat təlimatı 2012 Yay Paralimpiya Oyunlarının bağlanış mərasimindən sonra qüvvəyə mindi.[12] T40/F40 və T41/F41 siniflərində yarışmaq üçün idmançıların ən azı 18 yaşı olmalıdır.[13]

  1. Doll-Tepper, Gudrun; Kröner, Michael; Sonnenschein, Werner; International Paralympic Committee, Sport Science Committee. Organisation and Administration of the Classification Process for the Paralympics // New Horizons in sport for athletes with a disability : proceedings of the International VISTA '99 Conference, Cologne, Germany, 28 August-1 September 1999. 1. Oxford (UK): Meyer & Meyer Sport. 2001. səh. 289. ISBN 1841260363. OCLC 48404898.
  2. Joseph P. Winnick. Adapted Physical Education and Sport. Human Kinetics. 27 October 2010. səh. 51. ISBN 978-0-7360-8918-0. İstifadə tarixi: 21 August 2012.
  3. Tolmatchev, Roman. On the Issue of Sports Classification of the Blind and Partially Sighted // Yabe, Kyonosuke (redaktor). Trends and issues in Winter Paralympic sport : proceedings of Winter Paralympic Experts Congress -4th Paralympic Congress - organized by the IPC and NAPOC March 7-8, 1998 Nagano, Japan. Nagano, Japan: Nagano Paralympic Organizing Committee. 1998. 71–72.
  4. "Layman's Guide to Paralympic Classification" (PDF). International Paralympic Committee. səh. 4. 18 August 2012 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 19 August 2012.
  5. Vanlandewijck, Yves; Thompson, Walter R; IOC Medical Commission. The paralympic athlete : handbook of sports medicine and science. Chichester, West Sussex, UK: Wiley-Blackwell. 2011. səh. 20. ISBN 9781444334043. OCLC 642278479.
  6. Goosey-Tolfrey, Vicky. Wheelchair sport : a complete guide for athletes, coaches, and teachers. Champaign, Illinois: Human Kinetics. 2010. 18–19. ISBN 9780736086769. OCLC 489446056.
  7. Doll-Tepper, Gudrun; Kröner, Michael; Sonnenschein, Werner; International Paralympic Committee, Sport Science Committee. Organisation and Administration of the Classification Process for the Paralympics // New Horizons in sport for athletes with a disability : proceedings of the International VISTA '99 Conference, Cologne, Germany, 28 August-1 September 1999. 1. Oxford (UK): Meyer & Meyer Sport. 2001. səh. 319. ISBN 1841260363. OCLC 48404898.
  8. Vernon Lin; Christopher Bono; Diana Cardenas; Frederick Frost; Laurie Lindblom; Margaret Hammond; Inder Parkash; Stevens Stiens; Robert Woolsey. Spinal Cord Medicine: Principles & Practice. Demos Medical Publishing. 19 March 2010. 810. ISBN 978-1-933864-19-8. İstifadə tarixi: 21 August 2012.
  9. Doll-Tepper, Gudrun; Kröner, Michael; Sonnenschein, Werner; International Paralympic Committee, Sport Science Committee. Organisation and Administration of the Classification Process for the Paralympics // New Horizons in sport for athletes with a disability: proceedings of the International VISTA '99 Conference, Cologne, Germany, 28 August-1 September 1999. 1. Oxford (UK): Meyer & Meyer Sport. 2001. səh. 320. ISBN 1841260363. OCLC 48404898.
  10. Vanlandewijck, Yves C.; Thompson, Walter R. Training and Coaching the Paralympic Athlete (ingilis). John Wiley & Sons. 2016-06-01. ISBN 9781119045120.
  11. Vanlandewijck, Yves; Thompson, Walter R; IOC Medical Commission. The paralympic athlete : handbook of sports medicine and science. Chichester, West Sussex, UK: Wiley-Blackwell. 2011. səh. 21. ISBN 9781444334043. OCLC 642278479.
  12. "IPC Athletics Amendments". Int'l Wheelchair & Amputee Sports Federation. 2010. İstifadə tarixi: 2019-06-12.[ölü keçid]
  13. IPC Athletics STC. "IPC Athletics Classification Rules" (PDF). International Paralympic Committee. July 15, 2010. İstifadə tarixi: July 29, 2016.[ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]