Paraceterach marantae

Paraceterach marantae (lat. Paraceterach marantae) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin pteriskimilər fəsiləsinin paraceterach cinsinə aid bitki növü.

Paraceterach marantae
Elmi təsnifat
Aləm:
Sinif:
Yarımsinif:
Yarımdəstə:
Yarımfəsilə:
Növ:
Paraceterach marantae
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 6-60 sm olan çoxillik bitkidir. Kökümsovu üfüqi yerləşmişdir, budaqlanmışdır, yumşaq qəhvəyi nazik təbəqə ilə sıx örtülüdür. Yarpaq ayası görünüşünə görə neştərvari, ikiqat-lələkvari kəsilmiş, üst tərəfdən yaşıl, alt tərəfdən ensiz-neştərvari, sivri, qəhvəyi təbəqəlidir; ikinci cərgənin seqmentləri uzunsov, küt, tamkənarlıdır. Yarpaq saplağı uzun, tündqırmızı rəngdədir, qismən sıx qəhvəyiyə çalan nazik dəriciklə örtülmüşdür. Sporları qonur rənglidir, küt iynəlidir. İyul-sentyabr aylarında sporlayır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Qobustan, BQ şərq, Kür düz., KQ mərkəzi, KQ cənub. Aşağı dağ qurşağından orta dağ qurşağına qədər.

Yaşayış mühiti

[redaktə | mənbəni redaktə et]

Quru daşlı-qayalı yamaclarda, kolluqlarların daşlı yerlərində, qaya yarıqlarında rast gəlinir.