Paraqvay kaymanı (lat. Caiman yacare) — timsahlar dəstəsinə, Alliqatorlar fəsiləsinə, Kaymanlar cinsinə daxil olan növ. Əvvəllər gözlüklü kaymanların bir yarımnövü sayılırdı. Görünüş baxımından gözlüklü kaymanlara bənzəyir. Maksimum uzunluğu 2,5–3 m-ə çatır (ümumiyyətlə erkəklər dişilərdən daha böyükdür.). Təsdiqlənməmiş məlumatlara görə, bu növün bəzi fərdləri 4 metr uzunluğa çata bilir.
Paraqvay kaymanı | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Paraqvay kaymanı |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Paraqvay kaymanı Şimali Argentina, Cənubi Braziliya, Boliviya və Paraqvayda yayılmışdır[3]. Bu növünün arealı La Plata çayının axarı ilə cənuba qədər uzanır. Bataqlıqlarda və bataqlıqlaşmış ovalıqlarda yaşayır. Əsasən üzən adalara sığınır.
Suda yaşayan onurğasızlar (ilbizlər) və onurğalılar — əsasən balıqlar (xüsusilə piranaların sayını tənzimləyirlər), bəzən ilanlar və Paraqvay anakondalarını ovlayır. Çənələrin və dişlərin quruluşu, eyni zamanda təbii qorxu ona böyük heyvanların öhdəsindən gəlməyə imkan yaradır. Cütləşmə mövsümün ortalarında, dişilər 21–38 arası yumurta qoyduqları yuvalar qururlar. Kaymanların aktiv şəkildə məhv edildiyi yerlərdə, dişilər yumurta qoyduqdan sonra yuvaları tərk edirlər; digərlərində isə yuvaların yanında qalırlar. Mart ayında yumurtalardan balalar çıxır. Pantanalda yaquarların əsas quidasını təşkil edirlər. Onları yaquarlardan başqa Braziliya susamuru, küçə itləri və böyük anakondalar ovlaya bilir.
Paraqvay kaymanlarının sayı ümumiyyətlə azdır. Boliviya, Braziliya və Argentinada kayman populyasiyasının qorunması üçün ortaq proqramlar var. Boliviyada təbii kaymaların becərilməsi tətbiq olunur, timsah fermaları isə Braziliya və Argentinada fəaliyyət göstərərir. Onlar Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin Qırmızı Kitabına daxildir. Mövcud sayı çox yüksək deyil (100.000–200.000 baş). Ancaq saylarında sabitlik var və hətta əlverişsiz mövsümlərdə də eyni səviyyədə qalır.