Braziliya susamuru (lat. Pteronura brasiliensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin pteronura cinsinə aid heyvan növü. Pteronura cinsinə daxil olan yeganə növdür. Amazon çayının hövzəsi boyunca, tropik meşələrdə, həmçinin Orinoko çayı hövzəsində yayılmışdır.
Braziliya susamuru | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Mirdəstə: Klad: Klad: Klad: Dəstə: Yarımdəstə: İnfradəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Braziliya susamuru |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Ümumi uzunluqarı 2 metr təşkil edir (70 sm quryruqlarıdır). Çəkiləri isə 20 kq-a çatır. Şirinsulu ərazilərdə yaşayan susamurları yarımfəsiləsinə daxil olan ən böyük növdür. Açıq dənizlərdə yaşayan dəniz samurları uzunluq baxımından Braziliya susamurlarına çata bilməsə də, çəki baxımından oları ötür.
Uzaq qohumları olan susamurundan fərqlənirlər. Gündüz aktiv olan bu canlılar, ürkək deyillər. Cənubi Amerikanın çay sahili ərazilərində bu canlılar 5-8 arası başdan ibarət olan qruplar təşkil edirlər. Suda onlar balıqlar, ilanlar (anakondalar da daxil olmaqla) və su quşları, quruda isə gəmiricilər və quşlarla (onların yumurtaları ilə) qidalanırlar. Ovu qrup halında edirlər.
Baziliya susamurları 1-5 arası bala doğur. Balalarının təbiətdə ən böyük düşmənləri kaymanlar və yaquarlardır. Bu təhlükə ilə əlaqədar dişi ildə iki dəfə bala verə bilir. Təxminən on ay ərzində körpələr artıq yetkinlərin ölçüsünə çatır. Orta ömür müddəti 10 ildir.
Braziliya susamurlarının yayıldığı arealda həmçinin Amerika susamuru da yaşayır.
Cənubi Amerikadan kənarda onlar ancaq zooparklarda saxlanılırlar.