Bu məqalə qaralama halındadır. |
Paratetis (rus. Паратетис, ing. Parathetys) — Tetisin miosen geosinklinal reliktinə subparalel uzanan ikinci dərəcəli geosinklinal vilayət. Tetis geosinklinalı vilayətində qırışıqəmələgəlmə nəticəsində paleogenin sonu — miosenin əvvəlində yaranmış dağ silsilələrinin (Alp, Karpat, Balkan, Kiçik Asiya, Qafqaz, Mərkəzi İran və Əfqanıstan) ön hissəsində meydana gəlmiş paratetis vaxtaşırı olaraq Rona vilayəti, Dravosav depressiyası və Şimal İtaliya, habelə Qara dəniz vilayəti vasitəsilə Tetislə birləşirdi. Paleocoğrafi baxımdan, paratetis qərb (Alp), mərkəzi (Karpat və Balkan) və şərq (Krım-Qafqaz-Aral) vilayətlərinə bölünür. İnkişaf mərhələrinə görə Eoparatetis, Mezoparatetis və Neoparatetisə ayrılır.[1]