Parazit qamçılılar

Parazit qamçılılar— sarkomostiqoforlar tipinin (sarcomastigophora) qamçılılar (mastigophora) sinifinə daxildir[1].

Parazit qamçılılar
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Trypanasoma gambiense[redaktə | mənbəni redaktə et]

Trypanasoma gambiense insanda parazitlik etməklə Mərkəzi Afrikada yayılmış yuxu xəstəliyi adlanan təhlükəli xəstəliyi törədirlər. Parazit ilk mərhələdə qanın plazmasında yaşayır və sonra onurğa beyninə daxil olur. Qidalanması osmotik yolladır. Qidalanmanın tullantı məhsulları qana ifraz olunur. İfrazat məsulları qana ifraz olunur. İfrazat məhsulları (toksin) zəhərlidir və bu da ertrositlərin parçalanmasına səbəb olunur[1].

Quruluşu[redaktə | mənbəni redaktə et]

İyşəkilli formada olub, hər iki tərəfdən sivridir və xlorofilləri olmadığına görə rəngsizdir. Bədənləri 15–30 mikron ölçüdə olmaqla kiçik orqanizimlərdir. Qamçısı bədənin dal tərəfinə yaxın hissədə bazal dənəciyilə əlaqəli sahədən başlanır. Qamçı ön hissədə müstəsna olmaqla , bədənə nazik sitoplazmatikpərdə ilə bitişərək , boylama istiqamətində dal tərəfindən önə doğru uzanır. Bu pərdə dalğavari hərəkət etməklə parazitin qandakı hərəkətini təmin edir. Bazal dənəciyindən dalda, sitoplazmanın dərinliyində, kinotoblastvə ya bfefaroplast adlanan ovalşəkilli nisbətən iri parabazal cisimciyi yerləşmişdir. Bu orqanoid madddələr mübadiləsində və parazitin hərəkət etməsində enerji mənbəyi olmaqla mühüm rol oynayır. Nüvə bir ədəddir və demək olar ki, bədənin ortasında yerləşmişdir.

İnkişafı[redaktə | mənbəni redaktə et]

İnsanların tripanozomaya yoluxması uzun müddət aydınlaşdırılmamışdır. sonrakı tətqiqatlardan məlum olur ki, bu parazit insanlarla yanaşı antiloplarda da yaşayır və onlar üçün çox da təhlükəli deyildir. Antiloplar parazitin yoluxma mənbəyi olmaqla onların insanlar arasında yayılmasına səbəb olurlar. Məlum olmuşdur ki, parazitin keçricisi qansoran se-se milçəyidir. Milçək triponozomlu antilop və insan qanını sorduqda parazit onun bədəninə düşür. milçəyin bədənində parazit çoxlu miqdarda bölünmə vasitəsilə çoxalır və onun tüpürcək vəzilərinə gəlir. tüpürcək vəzilərinə gələn mərhələ parazitin invazion formasıdır ki, bununla sahib yoluxur. Sonra milçək insanı sancarkən paraziti insanın qanına keçirir və xəstəliyi törədir. Triponozomun inkişaf mərhələsi antilop və ya insanda və həşəratın bədənində baş verir. Tripanazoma cinsinə mənsub olan növlər vardır ki, onlar bir çox kənd təərrüfatı heyvanlarına zərər verirlər[1].

Leishmaniya tropica[redaktə | mənbəni redaktə et]

Leishmaniya tropica hüceyrədaxili parazitdir. Ən çox birləşdirici toxumalarda olurlar. Kiçik mikroskopik orqanizimlər olub, bədən forması ovalşəkilidir. Yaşadığı mühitdən asılı olaraq fəal hərəkətdən məhrumdur və ona görə də onlarda qamçı inkişaf etməmişdir. Yoluxmuş hüceyrənin daxilində parazit çoxalaraq külli miqdarda olur. Hər bir hüceyrədə bir iri girdə formalı nüvə vardır. Nüvənin önündə blefaroplast yerləşmişdir və omumnazik çıxıntısı vardır. Maraqlıdır ki, hüceyrə daxilində qamçısı olmayan bu paraziti qidalı maddələrlə zəngin olan mühitdə yetişdirdikdə onlarla qamçı inkişaf edir və hərəkət orqanoidi kimi fəaliyyət göstərir. Parazitin keçiricisi Phlebotomus cinsinə mənsub olan qansoran kiçik mığmığalardır. Leyişmaniyaya yoluxmuş mığmığanın bağırsağında parazit qamçılı olur. Sonra burada parazit çoxalaraq bağırsağın ön hissəsinə gəlir. Bununlada milçək insanın açıq yerini sancıb qanını sorarkən paraziti onlara keçirir. Parazitin törətdiyi xəstəlik pendinka, Şərq yarası adlanır. Professor N. İ. Latışdayevin və başqalarının tətqiqatlarından məlum olmuşdur ki, bu parazit qırmızı quyruq qum siçanlarında, nazik barmaq sünbülqıranlqrda da olur, onlar parazitin yoluxma mənbəyi olurlar. Mığmığalar parazitə göstərilən xəstə heyvanların qanını sormaqla yoluxurlar. Bu xəstəlik ən çox Cənubi Avropada, Cənubi Asiyada, Şimali Afrikada yayılmışdır. Leyşmaniya cinsinin insanlarda parazitlik edən formalarından biri də L.donovani növüdür. Morfoloji quruluşca L.tropica növünə oxşardır və keçriciləri Phlebotomus cinsinin mığmığalardır. Parazit çox ağır xəstəlik törədir. Xüsusilə, dalaqqaraciyəri zədələmələri daha təhlükəli olur, müalicə olunmasa ölümlə nəticələnə bilər. Parazitin törətdiyi xəstəliyə kala-azar deyilir[1].

Opalinkimilər[redaktə | mənbəni redaktə et]

Opalinkimilər demək olar ki, sırf suda-quruda yaşayanların parazitləridir. Xarakterik nümayəndəsi qurbağa opalinasıdır. Bədəni yastıdır, yarpaqşəkillidir və 1mm uzunluqdadır. Bədənin üzəri çoxlu miqdarda qısa və bərabər qamçılarla örtülmüşdür. Endoplazmada onlarla kiçik nüvə vardır. Yumulan vakoulu yoxdur. Qidalanması osmotik yolladır. Parazit qurbağanın düz bağırsağında yaşayır və il boyu burada qeyri-cinsi yolla çoxalır. yazda qurbağa kürü tökərkən opalin bir neçə dəfə bölünür və əmələ gəlmiş kiçik fərdlər sistalaşaraq suya tökülür. Sista çömçəquyruq tərəfindən udulur. Çömçəquyruğun bağırsağında opalinlərdən makroqammet və mikroqamet əmələ gəlir və onlar birləşərək ziqota əmələ gətirirlər. Ziqota sistalaşır, suya düşür və çömçəquyruq tərəfindən udulur ki, o da inkişaf edərək çoxnüvəli opalinə çevrilir[1].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 Behlul Ağayev. Onurğasızlar zologiyasından laboratoriya məşğələləri. ADPU: Bakı. 2004. səh. 27-31.