Parfiya–Roma müharibələri — Yaxın Şərqdə hegemonluq uğrunda Parfiya və Roma dövlətləri arasında müharibə ardıcıllığı.[1][2] Münaqişə eramızdan əvvəl 54-cü ildə başlamışdır[3] və bizim eranın 226-cı ilində Parfiyanın süqutu ilə başa çatmışdır. Sasanilər sülaləsi onun yerində yeni dövlət qurmuş, Şərqdə Romanın yeni əsas rəqibinə çevrilmişdir.
Parfiya–Roma müharibələri | |||
---|---|---|---|
İran–Roma müharibələri | |||
Tarix | e.ə. 53 – b.e. 226 | ||
Yeri | Ermənistan, Mesopotamiya, Atropatena, Kiçik Asiya, Suriya, Fələstin | ||
Nəticəsi | Status quo ante bellum | ||
Münaqişə tərəfləri | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Parfiyanın həyata keçirdiyi ilk hücum cəhdləri dəf edilmişdir. Eramızdan əvvəl I əsrdə Romada baş verən vətəndaş müharibəsi zamanı parfiyalılar Brut və Kassiyə fəal dəstək vermiş, Suriyanı işğal etmiş və Levantdakı əraziləri fəth etmişdir. Buna baxmayaraq, Romada ikinci vətəndaş müharibəsinin başa çatması ilə Qərbi Asiyada Roma hakimiyyəti dirçəlmişdir.[4]