İran–Roma müharibələri

İran–Roma müharibələri və ya Persiya–Roma müharibələri Roma (sonralar Bizans) ilə Parfiya (sonralar Sasanilər) dövlətləri arasında baş tutan bir sıra müharibələrin ümumi adı. Birinci müharibələr ardığıllığı Parfiya ilə Roma arasında baş tutmuş, sonralar 226-cı ildə Parfiyanın ərazisində Sasanilər sülaləsinin hakimiyyətə gəlməsi ilə ikinci mərhələyə keçmişdir.[1][2]

İran–Roma müharibələri
Tarix e.ə. 53 – b.e. 628
Yeri Mesopotamiya, Cənubi Qafqaz, Atropatena, Kiçik Asiya, Suriya, Fələstin Suriyası, Misir
Nəticəsi Status quo ante bellum
Münaqişə tərəfləri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu müharibələr dörd əsr ərzində davam etsə də, tərəflərdən heç biri əhəmiyyətli uğur əldə edə bilməmişdi. Hər iki imperiya sözügedən döyüşlərlə eyni vaxtda öz sərhədləri daxilində başqa müharibələr aparmış, həmçinin mürəkkəb daxili problemlərlə məşğul olmuşdur. Əsas əməliyyatlar ErmənistanMesopotamiya kimi sərhədyanı bölgələrdə aparılmış, buradakı şəhərlər, istehkamlar, vilayətlər tez-tez ələ keçirilir, talan edilir və əl dəyişdirirdi. Sərhəd II əsrdə Dəclə çayının yuxarı axınına keçdi və bundan sonra bir neçə dövr oldu ki, Ermənistanda və Qafqazda sərhəd kifayət qədər uzun müddət stabil qalmışdı.

İran–Roma müharibələri zamanı resursların ifrat dərəcədə sərf edilməsi hər iki imperiya üçün son nəticədə fəlakətli olmuşdu. Bu müharibələrə üçüncü tərəf, yəni Ərəb xilafəti son qoymuşdur. Ərəb istilaları VII əsrin ortalarında İranı darmadağın etmiş və VII–X əsrlərdə Bizans-ərəb müharibələrinə çevrilmişdir.

  1. "Sasanian Dynasty Arxivləşdirilib 2013-09-28 at the Wayback Machine", A. Shapur Shahbazi, Encyclopædia Iranica, (July 20, 2005)
  2. Herodian, Roman History, VI, 2.1–6 Arxivləşdirilib 2014-11-05 at the Wayback Machine; Cassius Dio, Roman History, LXXX, 4.1–2 Arxivləşdirilib 2021-08-26 at the Wayback Machine
    * Dodgeon–Greatrex–Lieu (2002), I, 16