Paris Beynəxalq Sərgisi (1900)

Ümumdünya sərgisi (fr. Exposition universelle) — 1900-cü il 15 aprel — 12 noyabr tarixlərində Parisdə keçirilmiş beynəlxalq sərgi.

Sərginin simvolu yeni XX əsrin gəlməsi idi. Sərgidə ən populyar ar-nuvo üslubu oldu. Yeddi ay boyunca sərgidə 50 milyondan çox insan iştirak etdi, bu rekord yalnız 1967-ci ildə Monrealda (55 milyon nəfər) təşkil olunan Dünya Sərgisi və Şanxayda keçirilən EXPO 2010-da ikinci dəfə (70 milyondan çox insan) "qırıldı".

Sərgidə 35 ölkənin ekspozisiyası 18 tematik bölmədə təqdim olundu. O dövrdə Fransanın ən yaxın müttəfiqi olan Rusiya İmperiyasının iştirakı xüsusilə əhəmiyyətli idi.

Sərginin əsas girişi

Sərgi 1900-cü il aprelin 15-indən noyabrın 12-sinədək davam etdi. Sərgini 50 milyondan çox insan (o dövrdə dünya rekordu) ziyarət etdi, bu da Fransa xəzinəsinə 7 milyon frank gəlir gətirdi. Sərgiyə 76 mindən çox iştirakçı qatıldı, sərgi sahəsi 1.12 km² idi.

Sərgi üçün xüsusi olaraq çox sayda obyekt tikilmişdir: Lion vağzalı (bu münasibətlə üzbəüz yerləşən Mazas həbsxanası söküldü), Orse vağzalı (indiki Orse muzeyi), III Aleksandr körpüsü, BöyükKiçik saraylar. Maşın qalereyası (Salle des Machines) Qış velodromuna (Vélodrome d'hiver) çevrildi.

Paris metrosunun ilk xətti sərgi zamanı, 1900-cü il 19 iyul tarixində fəaliyyətə başladı. Bundan əlavə, sərgi zamanı trolleybus şəbəkəsi fəaliyyət göstərirdi.

Sərginin bir hissəsi beş ay (may ayından oktyabr ayınadək) boyunca davam edən İkinci Olimpiya Oyunlarının keçirilməsi üçün istifadə olunurdu. 720-si Fransadan olmaqla, cəmi 997 idmançının iştirak etdiyi bu yarışlar qadınların iştirak etdiyi ilk olimpiada oldu. 20 idman növü üzrə keçirilən yarışların 13-ü ilk dəfə təmsil olunurdu.

Sərgi planı

1900 Paris Beynəxalq Sərgisində dublyaj edilmiş filmlər və eskalatorlar ilk dəfə ictimaiyyətə təqdim edildi, Campbell Soup isə qızıl medalla təltif olundu (medal hələ də sup bankası üzərində təsvir olunur). Rudolf Dizel sərgi ziyarətçilərinə raps yağı ilə işləyən dizel mühərrikini təqdim etdi. Bir çox panoram rəsmlər və yeni panoram texnikaları (sineorama, mareorama və Trans-Sibir dəmir yolu panoraması) təqdim edildi. Serbiyalı riyaziyyatçı Mixailo Petroviç təqdim etdiyi hidravlik inteqrator ixtirasına görə qızıl medala layiq görüldü.[1]

İllüziya Sarayında diqqət mərkəzi 1,25 m obyektiv diametri olan teleskopa yönəldi. Bu teleskop o dövrdə yaradılan bütün obyektiv alətlərinin ən böyüyü idi. Teleskop borusunun uzunluğu 60 m və diametri 1,5 m idi.[2]

24 avqust 1900-cü ildə Sərgi çərçivəsində keçirilən IV Beynəlxalq Elektrotexnika Konqresində Konstantin Perski "Televiziya elektrik kino kimi" məruzəsi ilə çıxış etdi[3] və ilk dəfə "televiziya" terminini istifadə etdi[4].

  1. Српски рудари с рачунарима ("Политика", 12. април 2010) Arxivləşdirilib 2011-08-12 at the Wayback Machine, Приступљено 13. 4. 2013.
  2. Françoise Launay, "The Great Paris Exhibition Telescope of 1900", Journal for the History of Astronomy, 38 (2007), 459–475
  3. Урвалов В. А. Развитие телевидения и роль российских ученых // М.: Издательский дом «Первое сентября» (Учебно-методическая газета «Физика») (rus). № 4. 2003. İstifadə tarixi: 2019-06-07.
  4. Махровский О. В. "Константин Перский — русский военный инженер, ученый, который ввел термин «телевидение» 110 лет назад". История развития электросвязи (rus). Виртуальный компьютерный музей. 2010-11-14. 2019-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-06.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]