Paris Politexnik İnstitutu (fr. Institut polytechnique de Paris) — Fransada böyük mühəndislik məktəbi. Palaiseau-da yerləşir[1]. IP Paris dövlət ali təhsil və texniki tədqiqat müəssisəsidir.[2] IP Paris tədqiqatı beş tematik sahədə aparılır: enerji və iqlim, rəqəmsal texnologiya, təhlükəsizlik, texnologiya və sağlamlıq.[3]
Paris Politexnik İnstitutu | |
---|---|
Institut polytechnique de Paris | |
48°42′38″ şm. e. 2°13′08″ ş. u. | |
Əsası qoyulub | 1 iyun 2019 |
Ölkə | |
Sayt | ip-paris.fr |
Vikianbarda əlaqəli mediafayllar |
15 sentyabr 2020-ci ildə İnstitut HEC Paris[4] ilə birlikdə süni intellekt tədqiqat mərkəzini qurdu, Hi! PARIS.[5][6]
IP Paris üzvləri bunlardır: École polytechnique, Paris Yol və Körpü Milli Məktəbi[7], ENSAE Paris, ENSTA Paris, Télécom Paris və Télécom SudParis.