Paris müqaviləsi (1763)

Paris müqaviləsi (həmçinin Paris sülh müqaviləsi və ya 1763 müqaviləsi olaraq da tanınır), Böyük Britaniya, Fransa, İspaniyaPortuqaliya arasında 10 fevral 1763-cü ildə imzalanmış sülh müqaviləsidir. PrussiyaAvstriya öz aralarında daha bir müqavilə (Hubertusburg müqaviləsi) imzaladılar. Bu müqavilə ilə yeddiillik müharibə (Amerikada deyildiyi kimi: Fransız-hindu müharibəsi) başa çatdı.[1] Müqavilə Böyük Britaniya-Prussiya ittifaqının Fransa-Avstriya ittifaqı üzərində qələbəsinin nəticəsi idi. Fransa və Böyük Britaniya müharibə illərində işğal etdikləri yerlərin əksəriyyətini təxliyə etsələr də, Böyük Britaniya Fransanın Şimali Amerika koloniyalarının bir hissəsini ələ keçirə bildi. Böyük Britaniya həmçinin katolikçiliyin ingilis hakimiyyəti altında olan ərazilərdə azad olacağına da zəmanət vermişdir. Müqavilədən sonra Böyük Britaniyanın Avropadan kənarda hökmranlığının başlanğıcı qoyulmuşdur.[2]

Paris müqaviləsi
Yeddiillik müharibədə iştirak etmiş dövlətlər   Böyük Britanya, Prussiya və Portuqaliya ittifaqı   Fransa, İspaniya, Avstriya, Rusiya ve İsveç ittifaqı

Yeddiillik müharibədə iştirak etmiş dövlətlər

  Böyük Britanya, Prussiya və Portuqaliya ittifaqı
  Fransa, İspaniya, Avstriya, Rusiya ve İsveç ittifaqı
Müqavilənin tipi sülh müqaviləsi
İmzalanma tarixi 10 fevral 1763
İmzalanma yeri
Tərəflər  Böyük Britaniya
Portuqaliya krallığı
Fransa
İspaniya imperiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
  1. Marston, Daniel. The French–Indian War 1754–1760. en:Osprey Publishing. 2002. səh. 84. ISBN 0-415-96838-0.
  2. "Wars and Battles: Treaty of Paris (1763)". US history. 2015-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-29. In a nutshell, Britain emerged as the world's leading colonial empire.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]