Kürd yerköpüyü (lat. Paronychia kurdica) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin yerköpüyü cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir -NT. Azərbaycanın nadir növüdür.
Kürd yerköpüyü | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Kürd yerköpüyü |
||||
Beynəlxalq elmi adı | ||||
|
Bozqır yaylasında, Kür düzənliyində, Kiçik Qafqazın şimal və mərkəzi hissəsində, Naxçıvanın dağlıq və düzənlik hissəsində yayılmışdır.
Çoxillik bitkidir. Gövdəsi kökdən başlayaraq çoxsaylı, 2-10 sm uzunluğunda, yayılan və ya qalxan, qısa, sıx tükcüklü, çox vaxt kiçik yastıqcıqlar əmələ gətirir. Yarpaqlar uzunsov-xətvari, bəzən daha enli-ellipsivari, itiuclu, köt və ya kütvari, 9 mm uzunluğunda, qısa tükcüklüdür. Yarpaqaltlıqları iri, zarşəkilli, gümüşü ağ rəngli, uzunsov-neştərşəkilli, itiləşmişdir. Çiçəklər qısa saplaqlı, başcıqlı dəstələrdə toplanmışdır. Çiçəkaltlıqları çox iri, enli yumurtaşəkilli, iti uclu, gümüşü ağ rənglidir. Kasacıqlar otvari, 2-3 mm uzunluğunda, xətvari-lansetvari, tüklənmiş, xarici səthdəkilər daha uzundur.
Çiçəkləmə-meyvə əmələgətirmə dövrü may-iyun aylarına təsadüf edir. Kserofit bitkidir. Düzənlikdən orta dağ qurşağına kimi quru, gilli və daşlı yamaclarda rast gəlinir. Hazırda populyasiyanın sabitliyinə baxmayaraq, antropogen amillər və iqlim azalma tendensiyasına səbəb ola bilər. Məhdudlaşdırıcı amilləri həddindən artıq otarılma, biçilmə və iqlimin dəyişilməsidir. Yayılma əraziərində antropogen təsirləri azaldılması təklif olunur.