Pasifik (Formula-1 komandası)

Pasifik komandasının loqosu

Pasifik ( ing. Pacific Racing) Britaniyanın avtomobil yarış komandası idi. 1994-1995-ci illərdə Formula 1 yarışlarında iştirak etmişdir.

1974-cü ildə keçmiş mexanik və yarışçı Keith Wiggins tərəfindən Avropa Formula- Ford çempionatında iştirak etmək üçün yaradılmışdır. Komandaya Amerikanın tanınmış siqaret markası Marlboro sponsorluq edirdi. Yarışçı isə Harald Huysman idi. İlk sezon uğurlu oldu. Huysman iki titul: Avropa və Benilüks çempionluğu qazandı. Növbəti sezonda, Huysmanın məsləhəti ilə komandanın Formula 3-də iştirakı üçün Bertrand Gachot dəvət olunur. Qrup həmçinin Reynard Motorsports avtomobillərini istifadə etməyə başladı. Gachot, 1985-ci ildə Britaniya Formula-Ford 1600 –da titul qazanır. Bir ildən sonra isə Formula-Ford 2000-də Britaniya çempionu və dünya kubokuna sahib olur. 1987-ci ildə Gachot u JJ Lehto əvəz edir və belçikalı iştirakçı kimi o da yaxşı nəticələr göstərir. 1988-ci ildə Britaniya Formula 3-də iştirak edn komanda yenidən qələbə qazanır və 1989-cu ildə Formula 3000-ə qatılır.

Komandaya İrlandiyalı Edmund Irvine dəvət olunur. Qazanılan qələbələrdən sonra İrvine yalnız doqquzuncu yeri tuta bilir. Bu uğursuzluq nəticəsində Marlboro sponsorluqdan çəkildi, İrvine və Lehto komandanı tərk etdi. Komandaya gələn kanadalı Stefan Pruls heç bir xal qazana bilmir. Wiggins növbəti mövsümdə Christian Fittipaldi komandaya dəvət edir. O, çətinliklə çempionluqda iki yer qazanır. 1992-ci ildə komanda yenidən Marlboro sponsorluğunu bərpa edə bildi. Christian Fittipaldi komandanı tərk etdi. Lakin komandaya gələn Jordi Gené və Laurent Aiello isə mükəmməl oyun nümayiş edə bilmədi. Formula 3000-ə bir il qalmış, Wiggins qrupa Devid Kulthardı dəvət edir. O, çempionatda üçüncü yer qazanır. Mövsümün sonunda, Wiggins tamamilə Formula 1-ə keçidi elan edir.

Formula 1-in qoyduğu qaydalardan biri də komandanın özünü şəxsi avtomobillə təmin etməsi idi. Wiggins dizayn ofisini təşkil etmək əvəzinə, şassi üçün istehsalçı satın almağa qərar verdi. Mühəndis Reynerd ona bu işdə köməklik göstərdi. 1994-cü ilə kimi onlar F1-ə daxil ola bilmədi. Yarışda 14 komanda və 28 avtomobil yarışırdı. Bu zaman komanda yarışa daxil olmaq üçün mübarizə apardı. Lakin iştirak uğursuz oldu.

1995-ci ilin fevral ayında komanda əfsanəvi Lotus ilə birləşmə elan etdi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]