Pasport

Pasport (fr. passeport) —

Azərbaycan pasportu

1. Sahibinin şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənəd. Xarici pasport.

2. Hər hansı bir maşın, avadanlıq, qurğu, təsərrüfat aləti və s. Haqqında əsas məlumatlar yazılmış qeyd şəhadətnaməsi. Avtomaşının pasportu. Dəzgahın pasportu. Televizorun pasportu.

Biometrik pasport

[redaktə | mənbəni redaktə et]

Ümumiyyətlə, pasportların (ölçüləri, spesifikasiyası və s.) üzrə beynəlxalq standartları Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ing. International Civil Aviation Organization (ICAO)) müəyyən edir.

Biometrik pasport — İCAO-nun müəyyən etdiyi yüksək texnologiya və təhlükəsizlik elementlərinin işlədilməsi ilə biometrik məlumatlarla təchiz edilmiş pasportlardır.

Dünya təcrübəsində biometrik pasportlar həmçinin "e-pasport" və ya elektron pasport (ing. electronic passports) kimi də tanınır. Azərbaycan Respublikası qanunvericliyində bunlar "yeni nəsil pasportlar" adlandırılır.

Bu sahədə son illər Azərbaycan Respublikasında bir sıra normativ sənədlər qəbul edilmiş, sistemli tədbirlər görülmüş, yeni nəsil pasportların hazırlanması, istehsalı və vətəndaşlara təqdim edilməsi, biometrik texnologiyaların istifadə edilməsi və bu sahədə təcrübənin öyrənilməsi ilə bağlı bir sıra ölkələrin aidiyyəti qurumları ilə müzakirələr və təcrübə mübadiləsi aparılmışdır. Yeni nəsil – biometrik pasportlarının hazırlanması və istehsalının təmin edilməsi ilə bağlı İsveçrənin "Trüb AG" şirkəti ilə müvafiq müqavilə imzalanmışdır.

Beləliklə, 2013-cü il iyunun 1-dən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası vətəndaşlarına elektron daşıyıcısı olan ümumvətəndaş pasportların, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən isə elektron daşıyıcısı olan xidməti və diplomatik pasportların verilməsi nəzərdə tutulmuşdur.

Biometrik pasportda elektron daşıyıcı (çip) yerləşdiriləcəkdir.

Elektron daşıyıcıya (çipə) Azərbaycan Respublikasının adı, dövlət gerbi, ölkənin kodu, pasportun tipi, nömrəsi, sahibinin soyadı, adı, atasının adı, vətəndaşlığı, doğulduğu yer və tarix, cinsi, fərdi identifikasiya nömrəsi, qan qrupu, pasportu verən orqanın adı, verilmə tarixi, etibarlılıq müddəti, pasport sahibinin üz təsviri və barmaq izi daxil edilir.

Pasportu haradan əldə edə bilərsiniz?

[redaktə | mənbəni redaktə et]

Ümumvətəndaş pasportunun verilməsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin səlahiyyətindədir. Əgər siz Azərbaycan ərazisindən kənarda yaşayırsınızsa, bu zaman Azərbaycan Respublikasının müvafiq xarici ölkədəki (və yaxud ən yaxın ölkədəki) Səfirlik və ya konsulluğuna müraciət edə bilərsiniz. Həmin diplomatik nümayəndəliklər sizə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən ümumvətəndaş pasportunun alınmasına yardımçı ola bilərlər.

Bəzi hallarda Azərbaycan Respublikası vətəndaşının pasportunun verilməsindən imtina edilməsi mümkündür. Belə ki, "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, əgər vətəndaşın ölkədən (Azərbaycan Respublikasından) getmək və gəlmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılarsa, (bu hallar qanunvericilikdə dəqiq təsbit edilmişdir.) vətəndaşa pasportun verilməsindən imtina edilir:

Bu hallarda müvafiq dövlət orqanı tərəfindən imtina qərarı və onun səbəbləri barədə həmin vətəndaşa bildirilir. Yalnız imtinanı doğuran səbəblər aradan qalxdıqdan və yalnız yeni sənədlər təqdim edildikdən sonra vətəndaşın təkrar müraciətinə baxıla bilər.

Müxtəlif ölkələrdə pasportlar müxtəlif dillərdə çap oluna bilər. Məsələn, ABŞ-də pasportlar 3 dildə (ingilis, fransız və ispan dillərində), Rusiya Federasiyasında 2 dildə (rus və ingilis dillərində), Peruda 2 dildə (ispan və ingilis dillərində), Belçikada 4 dildə (holland, fransız, alman və ingilis dillərində) Azərbaycan Respublikasında 2 dildə (azərbaycan və ingilis dillərində) olur.

Yeni doğulmuş uşağınıza pasport almaq istəyirsiniz?

[redaktə | mənbəni redaktə et]

Əziz vətəndaşlar,

Beynəlxalq Mülki Aviasiya Təşkilatının Bir pasport-bir şəxs konsepsiyası və xarici ölkələrin təcrübəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə 2012-ci ildə edilmiş son dəyişikliklərə əsasən, 2013-cü il iyunun 1-dən etibarən 1 yaşınadək uşaqlar üçün bir illik müddətə, 1 yaşından 3 yaşınadək uşaqlar üçün üç illik müddətə, 3 yaşından 18 yaşınadək uşaqlar üçün beş illik müddətə, 18 yaşına çatmış şəxslər üçün isə 10 illik müddətə pasportlar veriləcəkdir.

Bilirsiniz ki, Pasport Azərbaycan Respublikasının mülkiyyətidir.

Azərbaycan Respublikası vətəndaşının pasportu Azərbaycan Respublikasının mülkiyyətidir, onun vətəndaşdan alınması və ya girov götürülməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna olunmaqla qəti qadağandır!

Bununla belə, hər bir vətəndaş pasportunu möhkəm saxlamağa borcludur. Əgər Siz — Azərbaycan Respublikasının vətəndaşı xarici ölkə ərazisində olarkən pasportunuzu itirərsinizsə, və yaxud pasportunuz oğurlanarsa, yararsız hala düşərsə (qəsdən korlanarsa) və etibarlılıq müddəti bitərsə, bu barədə dərhal Azərbaycan Respublikasının müvafiq xarici ölkədəki (və yaxud ən yaxın ölkədəki) diplomatik nümayəndəlik və ya konsulluğuna məlumat verməlisiniz.

Bu halda sizin arzusundan asılı olaraq Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəlik və ya konsulluğu tərəfindən sizə:

ya Azərbaycan Respublikasına geri qayıda bilmək üçün Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi verilə bilər; ya da yeni pasportun əldə olunması üçün zəruri tədbirlər göstərilə bilər.

Hörmətli oxucular,

Azərbaycan Respublikasının vətəndaşlarına tövsiyə olunur ki, malik olduqları Azərbaycan Respublikası vətəndaşının pasportu xarici ölkə ərazisində itdikdə və ya oğurlandıqda təcili zəruri hüquqi yardım və axtarış tədbirlərinin görülməsi üçün həmçinin müvafiq xarici ölkənin hüquq-mühafizə orqanlarına müraciət edilsin.

Pasportu neçə yaşdan almaq olar?

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasında pasport 18 yaşına çatmış vətəndaşlara verilir. Müstəsna hallarda (məsələn, təhsil almaq, beynəlxalq tədbirlərdə iştirak etmək, müalicə olunmaq və ya daimi yaşamaq üçün xaricə gedən) 18 yaşına çatmamış Azərbaycan Respublikası vətəndaşına pasport verilə bilər.

Pasportu nə qədər istifadə etmək olar?

[redaktə | mənbəni redaktə et]

Buna pasportun etibarlılıq müddəti deyilir. Müxtəlif ölkələrin qanunvericiliyində bu müddət fərqli nəzərdə tutula bilər. Məsələn, ABŞ-də pasportlar 10 və 5 illik müddətə, Belçikada 5 illik müddətə, Rusiya Federasiyasında 10 və 5 illik müddətə, Meksikada 3 və ya 6 il müddətinə verilir.

Azərbaycan Respublikasında pasportun 3 növü vardır:

  • "P" seriyalı olan ümumvətəndaş pasportu – bu pasportun etibarlılıq müddəti 10 ildir,
  • "S" seriyalı olan " xidməti pasport – bu pasportun etibarlılıq müddəti 5 il və ya sahibinin səlahiyyəti müddəti qədər ola bilər,
  • "D" diplomatik pasport – etibarlılıq müddəti 5 il və ya xüsusi səlahiyyətlərin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş müddət ola bilər.

Azərbaycan Respublikasının vətəndaşının pasportu ilə bağlı bütün ana prinsiplər "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur

Bu Qanuna əsasən, Azərbaycan Respublikası vətəndaşının pasportu Azərbaycan Respublikasının ərazisindən kənarda vətəndaşın şəxsiyyətini və vətəndaşlığını təsdiq edən, ona ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün verilən, bütün ölkələrə getmək üçün etibarlı olan rəsmi sənəddir.

Yəni Azərbaycan Respublikasının pasportu elə bir rəsmi sənəddir ki:

həm sizin doğma Azərbaycan ərazisindən başqa ölkələrə getməyinizə və Azərbaycana qayıtmağınıza əsas verir, eyni zamanda, siz Azərbaycan hüdudlarından kənarda olanda sizin şəxsiyyətinizi və Azərbaycan Respublikasının vətəndaşı olmağınızı təsdiq edir

Pasportun qeyd edilən təyinatından kənar məqsədlərlə istifadə edilməsi qadağandır!

Pasport Haqqında

[redaktə | mənbəni redaktə et]

Pasport – hər bir dövlət tərəfindən öz vətəndaşlarına verilən və bütün dünyada tanınan beynəlxalq rəsmi səyahət (sərhədkeçmə) sənədidir. Səyahət sənədlərinin müxtəlif növləri vardır ki, bu barədə digər materiallarda sizə məlumat verəcəyik.

Diqqətinizə çatdırmaq istərdik ki, dünya təcrübəsində bütün ölkələr tərəfindən bu və ya digər növ pasportlar verilir. Geniş anlamda pasport növlərini 3 iri qrupda birləşdirmək olar:

adi pasportlar – bunlar bəzən "adi" (ing. ordinary), "regular", "standart"), bəzən ümumvətəndaş rus. общeгражданский pasportlar adlandırılır "xidməti", "xüsusi", "rəsmi" – kimi fərqli adlandırılan pasportlar adətən dövlət qulluqçularına verilir "diplomatik" pasportlar — ən yüksək kateqoriya dövlət qulluqçularına, diplomatlara, bəzən isə xüsusi səlahiyyətli şəxslərlə verilir. Bəzi ölkələrdə xüsusi pasportlar diplomatik pasportlarla eyni statuslu hesab edilir