Pavel Filonov

Pavel Nikolayeviç Filonov (rus. Павел Николаевич Филонов) (8 yanvar, 1883 – 3 dekabr, 1941)—Sovet rəssamı.

Pavel Filonov
rus. Павел Николаевич Филонов
1921
1921
Doğum tarixi
Doğum yeri Moskva
Vəfat tarixi (58 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Serafimovskoye qəbiristanlığı[d]
Fəaliyyəti rəssam, şair, illüstrasiyaçı[d], səhnə dizayneri, qrafika ustası[d], boyakar[d]
Təhsili
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pavel Nikolayeviç Filonov Moskvada (8 yanvar 1883-cü il) kasıb bir ailədə dünyaya göz açıb. Sonbeşik Paveldən savayı, ailədə daha beş uşaq böyüyürdü. Pavelin dörd bacısı və bir qardaşı vardı. Pavel altı yaşında ikən atası "kuçer Nikolay" dünyasını dəyişir, ailənin bütün qayğıları bədbəxt ananın çiyinlərinə düşür.

Pavelin böyük bacısı kifayət qədər zəngin bir insanla ailə qurmuşdu. Bu insanın sayəsində uşaqlar, o cümlədən Pavel yaxşı təhsil ala bilmişdilər. On altı yaşlı Pavel ilk rəssamlıq təhsilini Peterburq bədii emalatxanasında alıb, sonra o, L. Dmitriyev-Kafkazskinin özəl studiyasında rəssamlıq sənətinin sirlərinə yiyələnib. Dmitriyev-Kafkazskinin özəl rəsamlıq studiyası bir zamanlar Peterburqda böyük nüfuza malikdi, tanınmış batalist rəssam Mixail Avilov, illüstrator və teatr rəssamı Mstislav Dobujinski, ekspremetçi-rəssam David Kakabidze və çox tanınmış sənətkarlar müxtəlif vaxtlarda L. Dmitriyev Kafkazskinin tələbələri olmuşdular.

Kafkazskinin zəngin silah və xalça kolleksiyası vardı, studiyada Pavel müəllimi kimi şərq motivləri çəkirdi. 1908-ci ildə Pavel Filonov Akademiyaya daxil olur, lakin iki ildən sonra onu Akademiyadan xaric edirlər, yenidən Akademiyaya bərpa olunduqdan sonra bu dəfə o, öz istəyi ilə təhsilini yarımçıq buraxır. Üstəlik də hələ dünənə qədər pərəstiş elədiyi, sevimli müəllimi kolorit ustası Sionqlinski ilə arası dəyir, başı havalı Pavel müəllimini tələbələrin və müəllimlərin qarşısında təhqir etməkdən belə çəkinmir. Bir ildən sonra gənc rəssam "Gənclər ittifaqı"nın növbəti sərgisinə qatılır. Filonov özünü rəssam-tədqiqatçı adlandırırdı, əsərin yaranma prosesini tədqiqat prosesi kimi qavrayırdı, tablonun hər bir smetrini, hər bir mikroelementini araşdırırdı, bu da onu struktualizmə və ekspressionizmə yaxınlaşdırırdı. Kiçik fırçalarla böyük kompozisiyalar işləməyə üstünlük verən rəssam eyni bir tabloda müxtəlif üslublara üz tuturdu. Klassik realizm, primitiv sənət və avanqardın gözlənilməz vəhdəti – biz rəssam Pavel Filonovun yaradıcılığının ilkin dövrünü belə xarakterizə edə bilərik.

Bu dövrdə rəssam bəzi sənətşünasların yazdıqları kimi heç də ehtiyac içində yaşamayıb, kətan və rəng sarıdan korluq çəkməyib. Təhsil illərində Pavel hər yay Volqa boyunca səyahət edər, Volqa boyunda yerləşən şəhərlərin memarlıq abidələri ilə, ələlxüsus kilsə rəssamlığı və xalq sənəti ilə ilgilənirdi. Akademiyada təhsilini yarımçıq buraxandan sonra rəssam 1911–1912-ci illərdə Fransaya və İtaliyaya gedir – bu səfərlər əlbəttə hər bir rəssam üçün çox vacib səfərlərdi – amma cibdə para olmalıdır.

Qərb mədəniyyəti rəssamın artıq formalaşmış dünyagörüşünə nəzərə çarpacaq dərəcədə təsir göstərə bilmədi, əslində Filonov sənət fədaisi idi – onu yaxından tanıyan adamlar xatirələrində onun bu cəhətini dönə-dönə vurğulayırlar.

Artıq bildiyimiz kimi, Filonov rus futurizminə çox yaxın rəssamdır. Yeri gəlmişkən, bəzən rus ədəbi tənqidində onu elə futurist rəssam kimi qələmə verirlər, amma sənətkar özünü futurist sənətkar hesab etmirdi, bu da məlumdur. Avropadan dönəndən sonra rəssam çox məhsuldar işləyirdi, irihəcmli tablolar çəkirdi, nəzəri məqalələr yazırdı, teatr tamaşaları üçün dekorasiyalar hazırlayırdı. "Gənclər ittifaqı"nın futurist tamaşası "Vladimir Mayakovski" faciəsinin səhnə quruluşu P. Filonova məxsusdur (1913-cü il).

P. Filonovun "Apollon" dərgisndə "Analitik incəsənətin ideologiyası və prinsipləri" məqaləsi dərc olundu, məqalə bir qrup avanqard rəssamın – P. Filonovun, Aleksandr Krillovun, David Kakabidzenin, Eduard Lasson və bir sıra başqa rəssamların müştərək deklarasiyası kimi rezonans doğurdu. Filonov Motyuşkinin təklifi ilə futurist şairlərin şeirlərinə illüstrasiyalar çəkir. Velimir Xlebnikov Filonovun illüstrasiyalarını çox bəyənirdi.[1] Xlebnikovun özünün də rəssamlıq istedadı vardı, bacısı Olqa isə Parisdə rəssamlıq təhsili almış peşəkar rəssam idi. Rəssamla şairin yaradıcılıq əməkdaşlığı dostluğa çevrilir, onların yaradıcılıq amalları, dünyagörüşləri, maraq dairələri bir çox məsələlərdə üst-üstə düşürdü. Və bu oxşarlıq heç də təsadüfi deyildi. Filosof N. F. Fyodorovun fəlsəfi təlimləri dövrün intellektualları arasında populyar idi. P. Filonov, V. Xlebnikov, V. Çekrisçin, V. Mayakovski, A. Plotonov, N. Zabolotski kimi ziyalılar Fyodorov fəlsəfəsinin güclü təsiri altında formalaşmışdılar və bu təsir hardasa onların sənət konsepsiyasını formalaşdırmışdı. Fyodorovun insan ruhunun fiziki ölüm üzərində qələbəsi ideyası Filonovun bir sıra tablolarıyla səsləşir, "Kəndli ailəsi", "Bahar formulası", "Kosmos formulası", "Bəyaz tablo", "Əbədiyyət üzərində qələbə" əsərlərində bu yüksək pafos açıq-aydın duyulur…

Filonov yenilikçi kimi

[redaktə | mənbəni redaktə et]

İyirminci yüzilliyin əvvəllərində rus avanqard təsviri sənətində bir sıra yeni konsepsiyalar yarandı. Kazimir Maleviçin supermatizmi, Mixail Larionovun luqizmi, Vasili Kandinskinin abstraksionizmi, Pavel Filonovun analitik konsepsiyası və s…

Oktyabr inqilabını tərəddüdsüz qəbul edən P. Filonov – hərbi-inqilabi icraiyyə komitəsinin sədri, yəni qırmızı komissar analitik incəsət muzeyi yaratmaq arzusundaydı. Komissar Filonov yazır: "Mən dünyanın işıqlı səhərlərinin rəssamıyam – belə çıxır ki, mən yalnız proletaram". Və təbiidir ki, komissar rəssam bütün əsərlərini proletariata həvalə etmişdi. 1919-cu ildə rəssam birinci dövlət rəssamlıq sərgisində iyirmi üç əsər sərgilədi. 23-cü ildə Filonov Dövlət Mədəniyyət İnstitutunda ümumi ideoloji şöbəyə başçılıq edir, başqa şöbələrin rəhbərləri V. Tatlin, K. Maleviç və M. Matyuşkin olub. Filonov müstəqil adam idi, institut rəhbərliyi ilə kompromisə getmirdi, hətta Lunaqarskinin dövlət üçün bir silsilə realist əsərlər işləmək təklifini cavabsız qoyur.

Filonovun bədxahları fəallaşmağa başlayır, sovet mətbuatı əlində fırça, belində tapança enişli-çıxışlı bir insan ömrü yaşayan keçmiş qırmızı komissarı yerli-yersiz tənqid atəşinə tutur. Filonov mədəniyyət institutundakı işindən çıxarılır, özünün analitik incəsənət məktəbini yaradır.

Rəssam Rus muzeyində fərdi sərgisinə hazırlaşırdı, artıq sərginin kataloqu işıq üzü görmüşdü, amma son anda əsərlərin nümayişi qadağan olunur, 46 yaşlı rəssamın fərdi sərgisi baş tutmur. Müasirləri Pavel Filonov sənətinə müxtəlif aspektlərdən yanaşırdılar, vaxtı ilə rus avanqardının liderlərindən biri olmuş sənətkarın əsərlərini otuzuncu illərdə artıq xəstə təxəyyülün məhsulu, rəssamı isə proletariata – fəhlə-sinfinə xəyanət etmiş ruhi xəstə adlandırırdılar – bu, rəsmi tənqidin hökmü idi. Rəsmi tənqidin bu ağır ittihamı bir rəssam üçün ölüm hökmünə bərabər bir fərman idi. Rəssam bir neçə realist tablo çəkdi, amma ədəbi tənqid yenə yumşalmadı, yenə onu formalizmdə və "filonovşina"da günahlandırdılar, onun bütün gəlir mənbələrini qapatdılar, ehtiyac içində yaşayan rəssam gecələr İsaakiyev məbədində rəngsazlıq etməklə bir qarın çörək pulu qazanırdı. 1937-ci ildə rəssamın sənət dostları bir-bir həbs olunurdu, tənha və yoxsul rəssam taleyin bütün üzüdönüklərinə baxmayaraq fırçasını yerə qoymurdu, kətan tapmayanda kağız üzərində yağlı boya ilə rəsmlər çəkirdi.

Vladimir MayakovskiSergey Yesenin intihar etmişdilər, Velimir Xlebnikov ruhunu göylərə tapşırmışdı, Kazimir Maleviç, Vasili Kandinski, Mark Şaqal və başqa şanslı sənətkarlar ölkəni tərk edib, Avropada mühacir həyatı yaşayırdılar, Filonov isə səfalət içində ömür sürürdü.

Rəssam 1941-ci ildə Leninqrad blokadasında tablolarla, əlyazmalarıyla, kitablarla dolu darısqal mənzilində öldü.

  1. "Selected Poems with Postscript, 1907–1914". World Digital Library. 1914. 2015-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-28.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]