Pavlova tortu (ing. pavlova, сокр. pav) —Bizeli tort olub meyvələrdən ibarətdir.
Balerin kimi həssas və kövrək olan bu tort Avstraliyada və Yeni Zellandiyada məşhurdur. Beze, çalınmış xamadan tropik meyvələrdən və giləmeyvələrdən ibarətdir. Pavlovanı bəzən tort kimi bəzən isə kiçik hissəciklər şəklində porsiyon olaraq hazırlanır və ona uyğun bəzədilir.
Balerina Anna Matveyivna Pavlovanın şərəfinə adlandırılıb.1926-cı ildə Avstraliyadan Yeni Zellandiyaya gələn zaman hazırlanmışdır. Bu məşhur rəqqasənin adına müxtəlif şokaladlar, konfetlər, müxtəlif geyimlər, ətirlər adlandırılmışdır. Tortun dəqiq yaranması haqqında məlumatlar avstraliyalılar və yeni zellandiyalılar arasında mübahisə doğurmuşdur.[1] Lakin bu mübahisələrə baxmayaq hal-hazırda bir çox bayramlarda həm Yeni Zellandiyada, həm də Avstraliyada süfrələrdə yer alır.[2]
Pavlova deserti çalınmış yumurtanın və şəkər tozu ilə qarışığına bəzən sirkə turşusu, qarğıdalı nişastası qatılır. Nişastanın əlavə olunmasına görə beze daha xırt-xırtlı olur. Tortun üzərini müxtəlif meyvələrlə bəzəmək olar.
↑ History of Pavlova. What's Cooking America. Проверено 30 июня 2010. Arxivləşdirilib 2012-03-12 at the Wayback Machine 13 марта 2012 года.